• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni kitablar

  • 15 Aprel 2021
  • comments
  • Novator.az
  • Posted in Xəbər

“Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitablar haqda qısa məlumatları təqdim edirik.

Cəfər Cabbarlı, “Oqtay Eloğlu”

Milli teatr yaratmağı qarşısına məqsəd qoyan Oqtay ciddi çətinliklərlə qarşılaşır. Maddi imkansızlıq, həmkarlarının çoxunun həqiqi sənətdən uzaq olması, köhnəfikirli adamların töhməti, təhqiri, dost-tanışın, qohum-əqrəbanın ondan üz çevirməsi bu iradəli, istedadlı aktyoru ruhdan salmır.

Şəxsi həyatını, rahatlığını büsbütün unudan Oqtay xalqın mənafeyi uğrunda hər kəsin bacardığını etməsini vacib sayır, gələcəyin tələb etdiyi inkişafın qarşısında “bu yazıq xalqı tək buraxıb qaçmağı” özünə layiq bilmir…

Firəngizlə tanışlığı, bu səmimi qızı sevməsi Oqtaya yeni güc, yaradıcılıq həvəsi verir. Yeniliyi sözdə qəbul edən, Oqtay kimi namuslu sənət adamlarına, teatra alçaq nəzərlə baxan, sərvət, şöhrət qulu olan Aslan bəy Firəngizi Oqtaydan ayırır, özünün mənsəb məqsədlərinə qurban verir.

Kitabın satış qiyməti 3.49 manatdır.

Andrey Platonov, “Qayıdış”

Əsərlərinin əsas mövzusu müharibədən sonrakı təlatümlü Rusiya həyatı, yoxsulluq və aclıq, əzab və zülm olsa da, Platonov hər zaman sonda ümidi, sevgini, hər şeyə rəğmən xoşbəxt olmaq əzmini ön planda sərgiləyir.

“Qayıdış” əsərində isə 2 illik əzablı müharibə həyatından, xaosun içindən ailəsinin yanına qayıdan baş qəhrəmanın real həyatda nələrlə qarşılaşdığının şahidi olacaqsınız. Bəs əsl xaos hardadır? Müharibədə, yoxsa real həyatda?

O, ürəyindəki nakam sevgini, yoxsa əzablarla dolu, lakin ona möhtac olan ailə üzvlərini seçəcək?

Əsəri Araz Gündüz tərcümə edib.

Kitabın satış qiyməti 3.49 manatdır.

Qaraqan, “Üçüncü addım”

“Üçüncü addım”ı bu gün oxuyub bitirdim. Yazdıqlarıma baxdım və başa düşdüm ki, bu qarışıq, ağır və inanılmaz kitabdan heç nə anlamaq olmur. Kvant fizikasını, Kemantika, Rasionalizm fəlsəfəsi, Astrofizika, Etologiya və Neyrofiziologiyanı, Dzen məktəbini bir araya sıxışdırmaq, 200 səhifədə tam anlatmaq mümkün olmadı.

Bu kitab Üçüncü Addım deyil, Üçüncü Addıma doğru bir işarədir. Onu atmaq üçün isə siz özünüz daha dərindən və hər bir mövzunu ayrılıqda incələməlisiniz. Ümid edirəm ki, Rəqəmsal meşəyə bu alleqorik səyahət sizin yadınızda xoş bir xatirə olaraq qalacaq.

P.S Kitabı bitirdikdən sonra “Üç addım” trilogiyasını ye­nidən oxuyun. Yalnız belə dolğun bir nəticəyə gələ biləcəksiniz.

Kitabın satış qiyməti 9.99 manatdır.

Güntay Gəncalp, “Nadir Şah. Avşar dövləti”

Kitab Avşar imperiyasının qurucusu Nadir şahın mey­dana çıxmağını, yüksəlişini və dövlət başçısı olma macəralarını qaynaqlara dayanaraq anlatmaqdadır.

Avşar boyundan bir gənc olan Nadir heç bir xarici dəs­tək almadan inanılmaz sürətlə aşağıdan dövlətin təpəsinə doğru yüksələr. Səfəvilər sarayı əfqanlar tərəfin­dən işğal edilmişdir. Ölkə pərişan bir halda qurtarıcı gözləməkdədir. Tam bu gözləntiyə cavab olaraq Oğuz-Avşar boyundan Nadir adlı bir qəhrəman ortaya çıxar. Öncə avşarları öz ətrafında birləşdirib əfqanlara hücum edər. Ölkəni azad etdikdən sonra Səfəvi dövlətini ləğv edib, böyük Muğan Qurultayında Avşar dövlətinin qurulduğunu bəyan etdi. Daha sonra dini reformlara imza atdı.

Kitabın satış qiyməti 11.99 manatdır.

Joze Mauro de Vaskonselos, “Şəkər portağalı”

Braziliya yazıçısı Joze Mauro de Vaskonselosun ən məşhur əsəri “Şəkər portağalı” avtobioqrafik povestdir. Müəllif böyüklərin ağrı-acısını, dərdini yaşayan, həm də anlayıb yaşayan balaca oğlanın dililə öz acı xatirələrini danışır.

“Kasıb atanın oğlu olmaq ən böyük bədbəxtlikdir” deyən balaca Zeze yalnız öz aləmində, xəyal dünyasında xoşbəxtdir. “Şəkər portağalı” adi əsər deyil, həm uşaqlar, həm də valideynlər üçün gerçək həyat dərsidir.

Əsəri Lalə Qasımlı tərcümə edib.

Kitabın satış qiyməti 7.49 manatdır.

Antoni Börcess, “Mexaniki portağal”

Hətta müəllifini belə daxili çəkişmələrə məruz qoyan bu əsər destopik İngiltərədə baş verənləri bir gəncin dilindən əks etdirir. Ağla güclə sığışan qəddar oyunlarına insanları alət edəcək qədər dəyərlərini itirmiş, amma eyni zamanda Bethovenin musiqisinə qarşısında diz çökəcək dərəcədə heyranlıq duyan bir gənc cinayətkardan bəhs edən “Mexaniki portağal” həmçinin şəxsi iş xarakterli ilk əsərdir.

Roman bəşər övladının islaholunmaz fitrətini nəzərə almadan mükəmməl nizam yaratmağa çalışan ekstremist siyasi rejimləri satira yolu ilə tənqid edir. Börcessin rus dilindən ilhamlanaraq tərtib etdiyi jarqon lüğət – “nadsat” isə əsərin orijinallığını qat-qat artırır.

Əsəri Zinyət Əmir tərcümə edib.

Kitabın satış qiyməti 7.99 manatdır.

“Qobusnamə” (Qədim şərqin qiymətli incisi)

Qədim Şərq ədəbiyyatının qiymətli nümunələrin­dən olan “Qabusnamə” özünün məzmun rənga­rəng­liyinə görə geniş şöhrət qazanıb.

Dünyanın bir çox xalqlarının dillərinə tərcümə edilmiş bu hikmət kitabı dövranın acısını-şirinini dadmış atanın öz oğluna nəsihəti və vəsiyyətidir.

Əsəri farscadan Rəhim Sultanov tərcümə edib.

Kitabın satış qiyməti 9.99 manatdır.

Nəsirəddin Tusi, “Əxlaqi-nasiri”

Əsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olunan “Əxlaqi-Nasiri” kitabında Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer alıb.

Kitab müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət daşıyır.

Əsəri farscadan Rəhim Sultanov tərcümə edib.

Kitabın satış qiyməti 9.99 manatdır.

Ərəfə

  • 15 Aprel 2021
  • comments

15 gündə 32498 yoluxma, 478 ölüm

  • 15 Aprel 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Din
  • Ədəbiyyat
  • Gənclər
  • Mədəniyyət
  • Nəsr
  • Tarix
  • Təhsil
  • Yazarlar

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda