Rövşən Ağayev
Bölgələr üzrə təhsilin qeyri-bərabərliyinin müntəzəm ölçülməsi, nəticələrin ictimai müzakirəsi son dərəcə vacibdir. Təhsil irəli getməsə, orta və uzun müddət ərzində bölgə inkişafındakı fantastik qeyri-bərabərliyi aradan qaldırmaq mümkün olmayacaq.
İqtisadi inkişafdakı qeyri-bərabərliyin miqyasına baxın: ölkənin milli gəlirinin tam 80%-i ərazinin 5%-də, qalan hissəsi ərazinin 95%-də formalaşır.
Yaxud ölkə əhalisinin 40%-ə qədəri ərazinin təxminən 5%-də məskunlaşıb.
Bu mənzərənin təhsildə də qeyri-bərabərlik yaratması qaçılmazdır. Yalnız bir göstəricidən istifadə etməklə – hər bölgə üzrə məzunların universitetlərə qəbul sayını hesablamaqla real mənzərəyə baxmaq mümkündür. Aşağı və yuxarı göstərici arasında təxminən 12 dəfə fərq var. Məsələn, Bakı, Sumqayıt və Naxçıvan şəhərləri, Abşeron, Zəngilan və Qubadlı rayonlarında hər 10000 nəfərə universitetə daxil olan məzun sayı 60 nəfərdir. Daşkəsəndə həmin göstərici 5 nəfərdir. Yaxud bu göstərici Ağsu, Hacıqabul, Saatlı, Sabirabad, Cəlilabad, Lerik rayonları üzrə 15-17 nəfər, Gəncə, Oğuz, Qazax, Qəbələ üzrə 30-45 nəfər arasında dəyişir…
Müəllifin başqa yazıları:
İdxal azaldı: manat dinclik tapa bilərmi?
Büdcə: dəyişən nədir, dəyişməli olan nə?
Ucuz manat niyə ixraca yol açmır?
Zənginlərin pulunu necə saymalı?
Qalan 4 ayda manatı nə gözləyir?
Nazirin dedikləri və gerçəklik
Uşaq pulu təklifləri: çıxış yolu nədir?
Statistika islah edilməlidir. Kökündən
Böyük pullar kimlərin işinə yarayıb?
İslahat mübahisələri: gerçək islahatlar necə olur?
Artan maaşlar, dəyişən büdcə, cavabsız qalan suallar
İş yeri statistikasından doğan suallar