• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İctimai nəzarət formulu

  • 04 Fevral 2021
  • comments
  • hikmet
  • Posted in AktualManşetTribunaYazarlar

Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası

Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərin bərpası planından danışarkən vətəndaşlara səslənib: “Bərpa işləri ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır. Olmasa, bax, bilin, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək”.

İctimai nəzarətin ən vacib forması vətəndaş cəmiyyətidir. Sivil toplumun normal fəaliyyəti üçün isə yeni qanun lazımdır, çünki 2013-2014-cü illərdə vətəndaş cəmiyyəti ilə bağlı qanunlara çox mürtəce və maneələr yaradan dəyişikliklər edilib. Bizim partiya 2020-ci ilin ikinci yarısında çoxsaylı görüşlərdə bu məsələni dəfələrlə qaldırıb, partiyanın sədri dialoq masası çərçivəsində, parlament təmsilçimiz Erkin Qədirli isə həm Milli Məclisdəki çıxışlarında, həm də QHT təmsilçiləri ilə keçirdiyi çoxsaylı görüşlərdə məsələni gündəmə gətirib.

Hətta QHT təmsilçilərindən təklifləri də toplayıb sistemləşdirmişik. Prezidentin köməkçisi Hikmət Hacıyev də QHT nümayəndələri ilə bir neçə görüş keçirib, təkliflər orada da səsləndirilib. Sivil toplumu narahat edən bütün problemləri toplayıb sənədləşdirmişik, indi iş qalıb rəsmilərdə: Prezident Administrasiyası layihəni Milli Məclisə göndərsin, yeni qanun qəbul edilsin, o zaman ictimai nəzarəti gücləndirmək mümkün olacaq. Yəni parlamentin yaz sessiyasında belə bir qanun qəbul edilsə, hakimiyyətin bu məsələdə səmimi olduğu təsdiqini tapacaq.

İctimai nəzarətin ali forması isə parlamentdir – indiki parlamentlə ictimai nəzarəti həyata keçirmək mümkün deyil. Söhbət tək tərkibdən getmir, həm də Milli Məclisin səlahiyyətlərinin dar və yayğın olmasından gedir. Yeni siyasi partiyalar qanunu qəbul edilməli, parlament partiyalarının səlahiyyətləri genişləndirilməli, onların istənilən naziri, məmuru dəvət edib suallar verməsi qanunla təsbit edilməlidir.

Proporsional seçki sistemi qəbul edilməli, yeni qaydalarla yeni parlament seçkisi keçirilməlidir. Parlamentdə fraksiya qurmaq üçün say indiki 25 deputatdan 10 deputata endirilməlidir. Proporsional seçki sisteminin tətbiqi zamanı deputatların sayı indiki 125 nəfərdən azı 200 nəfərə qaldırılmalı, əgər hakimiyyət qarışıq sistemdə israrlıdırsa, o zaman 100 nəfər proporsional, 100 nəfər majoritar qaydada seçilə bilər. Biz gələcəkdə tam proporsional sistemə keçməyin tərəfdarıyıq.

Yəni ictimai nəzarətin güclü olması üçün güclü vətəndaş cəmiyyəti, azad seçkilər mütləqdir, qədim Afinadan bu günə bəşəriyyət hələ başqa optimal yol tapmayıb. Velosiped kəşf etməyə ehtiyac yoxdur: güclü vətəndaş cəmiyyəti, azad seçkilər, müstəqil media, yerli özünüidarəetmə orqanları. Vəssalam…

Müəllifin başqa yazıları:

İmic problemi

Bir millət, bir sistem

Nə etməli?

Virus dönəminin dərsləri

Gəlirsiz xərclər

“Bahalı manat” dalanı

Düşünmək üçün…

Sivil toplum, toplumla sivil davranış

Dəyişikliklərə hazırlaşmalı

Qalib kimi yaşamalı

Məcbur və məhkumuq

İanədə mədəniyyət

Koronavirus dalğasında…

Təhlükələrdən sığorta

 

60 dollara doğru

  • 04 Fevral 2021
  • comments

Peyvənddən sonrakı yoluxmanın izahı – “Nyu-Y...

  • 04 Fevral 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

Son materiallar

comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda