• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni nəşrlər

  • 19 Yanvar 2021
  • comments
  • Novator.az
  • Posted in Xəbər

“Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitablar haqda qısa məlumatları təqdim edirik.

Milan Kundera, “Varlığın  dözülməz yüngüllüyü”

Roman bəşəri mövzu olan qadın-kişi münasibətlərinin bəzən mürəkkəb, bəzən də olduqca sadə görünən məqamlarından bəhs edir.

İnsanın həyatında rastlaşdığı hər bir halın onun üçün ilk və təkrarsız olduğunu, qərarını sınamaq şansının olmadığını, yaşamaq təcrübəsinin yaşadıqca yarandığını deyən yazıçı, əslində, bütün bunların olmamaq ehtimalının varlığını da inkar etmir.

İnsan daim seçim qarşısındadır, bu seçimin yüngüllüyü və ağırlığı onun gələcək həyatının trayektoriyasını cızır.

Əsəri Aslan Quliyev tərcümə edib.

Kitabın satış qiyməti 9.99 manatdır.

Martin Paj, “Mən necə idiot oldum”

Martin Paj bu kitabında az qala dünyada hamını axmaq yerinə qoyub: avtomobilçilərdən tutmuş universitet müəllimlərinə, video oyun, dəbli paltar, etnik musiqi və televiziya həvəskarlarına qədər hər kəsi. Oxucu ona istehza edənləri xoşlamır.

Sonralar oxucular romanı demək olar ki, sözbəsöz sitatlara böldülər, internet saytlarının birində Pajın cümlələrini Stendalın, Nitsşenin və Nabokovun aforizmlərilə yanaşı görmək olardı.

Romanın qəhrəmanı Antuan dövrünün çətinlik və xəstəliklərindən özünü qorumaq üçün “idiotlaşmaq” yolunu seçir. Antuanın on bir yaşı olanda günlərin bir günü özünü yetmiş yeddi yaşlı qoca kişi kimi hiss edir. İyirmi beş yaşa çatanda isə “idiot” olmaqdan başqa çarəsi qalmadığını anlayır. Hər şey də bundan sonra başlayır.

Əsəri Nadir Qocabəyli tərcümə edib.

Kitabın satış qiyməti 4.99 manatdır.

Uilyam Şekspir, “Otello”

“Otello”nu Şekspirin digər tragediyalarından fərqləndirən əsas xüsusiyyət odur ki, Otello nə kral, nə şahzadə, nə də kral olmaq ehtirası və bu ehtirası reallaşdırmaq arzusu olan biridir. Otello, sadəcə, Venesiya dövlətinə xidmət edən adi kapitandır.

Şübhəyə əsaslanaraq qərar qəbul etmək, insanların taleyinə hökm etmək istəyi, hisslərin ən qarışığı olan sevgi və şübhəylə qarşı-qarşıya qalmaq əsərin əsas ideyasıdır. Faciə təkcə Otellonun yox, bütün insanlığın faciəsidir.

Əsəri Sabir Mustafa tərcümə edib.

Kitabın satış qiyməti 7.99 manatdır.

Çarlz Dahiqq, “Vərdişlərin hakimiyyəti”

Pulitser mükafatı laureatı Çarlz Dahiqq oxucular qarşısında vərdişlərin necə formalaşması və niyə mövcud olması, həmçinin onları necə dəyişmək haqda son elmi tapıntıların maraqlı dünyasını açır.

“Starbucks” öz müştərilərini necə cəlb edir? Özünü qələbə qazanmağa proqramlaşdıra bilərsənmi? Bir nəfərin vərdişləri ümumi məqsədə çatmağa təsir göstərirmi?

Elmi məlumatları maraqlı misallarla – iri şirkətlərin, uğurlu idman komandalarının və hətta vətəndaş hüquqlarının müdafiəsi hərəkatlarının tarixçələri ilə zənginləşdirən Dahiqq bizi insan təbiəti və onun həqiqətən sərhədsiz imkanları barədə qənaətə gətirib çıxarır.

Hər şey: idmanla məşğul olmaq və artıq çəki ilə mübarizə aparmaq, peşəkar faydalılıq və maliyyə uğurları vərdişin gücündən asılıdır.

Vərdişlərimizi dəyişməklə öz həyatımızı və bizi əhatə edən dünyanı dəyişə bilərik!

Əsəri Qızılgül Abdin tərcümə edib.

Kitabın satış qiyməti 9.99 manatdır.

Kamilla Lekberq, “Buz şahzadəsi”

Beynəlxalq triller müəllifi Skandinaviyanın bir sahil kəndində baş verən dəhşətli qətlin təfsilatı ilə oxucunu az qala elektrik gərginliyinə bağlayır.

Erika Falk ata-anasının ölümündən sonra öz doğma kəndinə, İsveçin kiçik və ucqar Felbakka kəndinə gəlir və burada başqa bir faciə ilə rastlaşır: qadının uşaqlıq rəfiqəsi Aleks intihar edib. Aleksin nəşini də o özü tapır – hamam vannasının dondurulmuş suyunda, biləkləri doğranmış halda. Erika ağlına sığışdıra bilmir: hər şeyi olan gözəl bir qadın canına niyə qıysın?

Polis detektivi Patrik Hedstromla birlikdə onlar Aleksin uşaqlıq həyatından dəhşətli şeylər öyrənirlər. Baş verənləri öyrəndikcə Erika və Patrikin marağı onları bir-birinə daha da yaxınlaşdırır, flört və eşqbazlıq qarşısıalınmaz cazibə ilə onları ağuşuna alır.

Tezliklə bir şey aydın olur: qətlin sirri açılmaqdadır, amma kimsə var ki, buna mane olmağa, hətta bunun üçün daha birisini öldürməyə hazırdır.

Əsəri Əliağa Şərəfxanlı tərcümə edib.

Kitabın satış qiyməti 10.99 manatdır.

Qarabağ Dirçəliş Fondunun nizamnaməsi

  • 19 Yanvar 2021
  • comments

Azərbaycan nefti neçəyədir?

  • 19 Yanvar 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Elm
  • Ədəbiyyat
  • Gender
  • Gənclər
  • Mədəniyyət
  • Nəsr
  • Təhsil
  • Yazarlar

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda