Rövşən Ağayev
Siyasi sistemin yetkin və təşviqedici olmamasının cəmiyyətə gətirdiyi ən böyük itkilərdən biri də istedadlı insanların əriyib yoxa çıxması, ya da öz həmvətənlərinə fayda verə bilməməsidir.
Nəhəng elm, idman və ya mədəniyyət adamlarını təkcə fitri istedadları ortaya çıxarmır, olduqları yerdə sistemin təşviqedici gücü də çox önəmlidir. Bəzən onlar doğulduqları, bəzən miqrasiya etdikləri coğrafiyada uğur qazanırlar. Bu asılıdır imkan və təşviqin harada olmasından.
Uğursuz ölkələrdə bəlkə də minlərlə insan öz istedadını… qəbirə aparır. Belə ölkələrdə az sayda istedadlı adam özünü reallaşdırmaq üçün miqrasiya edərək imkanını ortaya çıxarmağa nail olur.
Miqrasiya etmək həm də cəsarət məsələsidir. Mən 5-6 il əvvəl çox cəhd elədim, iradəm çatmadı. Adamlara, doğulduğum kəndə bağlılıq bu qərarımı reallaşdırmağa imkan vermədi. Əmin oldum ki, bu məsələdə iradə son dərəcə önəmlidir.
Bunları niyə yazıram? Ölkənin siyasi səhnəsinə baxıram, meydan hərəkatından sonra bircə parlaq siyasi lider, siyasətçi nəsli yetişmədi. Sistem imkan vermədi. Bəlkə də elə bir nəsil yetişərdi ki, Azərbaycanı dünyada gerçəkdən analoqu olmayan möhtəşəm bir ölkəyə çevirərdi.
Eyni vəziyyət, çox güman ki, mədəniyyət və idman sahəsində də var. O insanlar bizim ətrafımızdadır, amma istedadları ilə yox, yalnız fiziki mövcudluqları ilə.
Elə özümün məxsus olduğum iqtisadçı cəmiyyətini də deyim. Ciddi elmlə, tədqiqatla məşğul olmaq, bütün potensialını ortaya qoymaq üçün bir bünövrəli tədqiqat mərkəzi də yoxdur.
Yeri gəlmişkən, yaxşı iqtisadçı-araşdırıcı kimi yetişmək üçün dövlət siyasətinin də içərisində olmalısan. Onların bütün datalarına maneəsiz çıxışın olmalıdır. Yoxdur belə bir imkan, bütün qapılar bağlıdır. Mərkəzi Bankdan, İqtisadiyyat Nazirliyindən elementar məlumatları belə dəqiqləşdirmək olmur…
Müəllifin başqa yazıları:
İdxal azaldı: manat dinclik tapa bilərmi?
Büdcə: dəyişən nədir, dəyişməli olan nə?
Ucuz manat niyə ixraca yol açmır?
Zənginlərin pulunu necə saymalı?
Qalan 4 ayda manatı nə gözləyir?
Nazirin dedikləri və gerçəklik
Uşaq pulu təklifləri: çıxış yolu nədir?
Statistika islah edilməlidir. Kökündən
Böyük pullar kimlərin işinə yarayıb?
İslahat mübahisələri: gerçək islahatlar necə olur?
Artan maaşlar, dəyişən büdcə, cavabsız qalan suallar
İş yeri statistikasından doğan suallar