• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Pandemiya siniri (Hekayə)

  • 21 Dekabr 2020
  • comments
  • Novator.az
  • Posted in AktualManşetTribunaYazarlar

Oqtay Qorçu

Uzun sürən yuxusuzluqdan sonra nəhayət cümə günü adətimə üsyan edib özümə söz verdim ki, mən bu axşam saat 12-də daş kimi yerimə sərələnib doyunca yatacam. Belə də oldu.

Başım yastığa düşən andan ilk ağlıma gələn yenə zülmət vahiməli, qorxulu süjetləriylə hər gecə məni tərlədən yuxularım barədə fikirlər oldu. Guman edirdim ki, heç nə dəyişməyəcək, yəqin bu gecə də əcaib-qəraib yuxular ovuma çıxacaq, fəqət uca Tanrının mərhəməti üstümdən əskik deyilmiş, mən yanıldım, tez yatdım və gözəl yuxu gördüm.

Gördüklərimə inana bilmirdim. Qara-qura yuxularımın divarlarına, içinə sanki qeybdən bir əl mavi suvaq çəkdi, qəfildən ucsuz-bucaqsız şirin yuxum qarışdı, dəyişdi, sonra durulub pardaqlana-pardaqlana rəngdən-rəngə düşdü.

Məkana yetişdim. Yaşıl bir adaya, lap nağıllardakı kimi, sanki sehrli xalçadan düşdüm yerə. Deyəsən, sayıqlayırdım da: “İlahi! Bura lap cənnətiymiş ki, İlahi!”

Adanın sahilində durmuşdum. Gün çıxsa da nədənsə canım qızmırdı. Amma titrəsəm də tamaşa etməkdən doymurdum.

Mən cənnətdə üşüyürdüm…

Gözlərimə inanmadım, bir də nə görsəm yaxşıdır…

Sahildə pələnglə “qaçdı-tutdu” oynayan tutuquşunun şaqqanağından yarpaqlar əsirdi. Kolluqdan başını yuxarı uzadıb yuvadakı ac sərçə balalarına yem atan dinozavrın vahiməli görünüşü bir andaca əridi gözlərində.

Çox möcüzələr gördüm, ancaq məni diksindirən tək nəsnə ağ şiri yəhərləyib minən, 23 yaşımda yolundan itələyib mənə “yox” cavabı verən o qız oldu.

Nədənsə onu görəndə sevinməməyim, bir zaman eşqindən divanə olduğum bu gözəl xanıma acımağım mənə qəribə gəlirdi. Axı mən doyunca şadlanmaq, bu adada atılıb-düşmək üçün özümə əzab verib saat 12-də yatmışam ki, şirin yuxudan doya-doya uyuyum. Sanki kimsə mənə “bir özünə bax” dedi və çılpaq olduğumu gördüm, bir az da tənhaydım burada…

Tez ayılmaq, ayrılmaq istədim bu yaşıl adadan. Koronavirus pandemiyası dünyanı bürümüşdü. Yuxuma min bir rəng qatan o möcüzəli, nağıl adada virusa yoluxmaqdan qorxduğumdan dartıb özümü şirin yuxudan aldım. Qan-tər içində gecə saat 5-in yarısında oyandım…

18 dekabr, 2020, Bakı 

Tətil havası, davam

  • 21 Dekabr 2020
  • comments

Avropa kubokları: gələn mövsümün ilkin sxemi

  • 21 Dekabr 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ədəbiyyat
  • Nəsr
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

Son materiallar

comments
ManşetTribunaYazarlar

Dublin yəhudisinin odisseyası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda