• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

2783 xarı bülbül

  • 04 Dekabr 2020
  • comments
  • Novator.az
  • Posted in AktualManşetTribunaYazarlar

Oqtay Qorçu

Payızın soluxmuş əhvalından hələ də qopmayıb paytaxt şəhəri. Bu gün şəhərə yağış yağdı. Sükuta qoşulan yağış. Bu necə ölkədir, İlahi! Məmləkətin bir bucağında yaz nəfəsli yaşıllıq, o biri tərəfində xəzan qoxulu payız, ara-sıra yağan selləmə yağış, çiskin, duman. Bir yanda da dağlara sərilən qarlı qış. Kəlbəcərdə, Laçında, Şuşada olduğu kimi… Paytaxtda isə ləng yerişli qışdan əsər-əlamət yoxdur. Qış gecikir…

Bu gün Azərbaycan şəhidlərini andı. Bu gün xalq 2783 nəfərin şahidliyi ilə üzqaralığından qurtulduğuna şəhadət verdi. Bu gün Bakı qəribçilikdən dönən xarı bülbülün bayatısı təki çağladı. Azərbaycan Ordusu bizi başıpapaqlı kişilərə çevirdi. Azərbaycan əsgəri qanı tökülənlərin qanını almaqla İlahi ədalətin varlığını sübuta yetirdi. Azman Azərbaycan Ordusu bizə dünyanın ən böyük dastanını yazdı. Onlar adi əsgərlər deyil, onlar bu millətin, bu xalqın ruhuna dərd üzlü sevinc qatan böyük toplumun, Azərbaycanın ən böyük möcüzələridir. Müharibə bitsə də, mübarizə bitməyib.

Mən nə qədər ağır olsa da indi toxtayan bir xalqın övladıyam. Mənə səbir etməyi öyrədən isə onlar oldular – Azərbaycanın döyüşçüləri, Azərbaycanın Ordusu.

Bakıda qış gecikir, dağlarda isə qarı ayaqlayan əsgərlər dolaşır. Bizim əsgərlərimiz. Arzuları gerçəyə çevirən ordunun əsgərləri, zabitləri. Onlar Azərbaycan adlı ünvanda evlərindən türk, talış, ləzgi, avar, kürd, udin, rus, yəhudi kimi çıxıb vətən oğlu kimi tarixə imzalarını qoyan, şəhid məqamına yüksəlib üçrəngli bayrağa bükülmüş tabutlarla Azərbaycan adlı evlərinə qəhrəman kimi, qalib kimi dönən igidlərdir. Onlar bizim arzuladığımız gələcəyin başlanğıcında duran möhtəşəm bir tarixdirlər.

Şəhidlərimiz anıldı. Onların harada, necə döyüşməyindən asılı olmayaraq həm də. Məncə də elədi… Onlar 2783 xarı bülbülü bütün ölkə boyu gəzdirən Şuşalılar ordusudur həm də.

Finiş ərəfəsində

  • 04 Dekabr 2020
  • comments

COVİD-19 dişləri tökürmü? – “Nyu-York Tayms”ın ara...

  • 05 Dekabr 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ədəbiyyat
  • Gənclər
  • Hüquq
  • Nəsr
  • Ordu
  • Siyasət
  • Tarix
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda