Səsimə səs verin
- 23 Noyabr 2020
- comments
- Novator.az
- Posted in TribunaYazarlar
Rüfət Rüstəmov
BDU-nun Şərqşünaslıq fakültəsinin
Türk filologiyası kafedrasının müdiri, professor
Hər bir azərbaycanlı kimi mən də xəbərlər proqramını səbirsizliklə gözləyirəm. Azad olmuş rayonlarımızın siyahısını dinlədikcə mən də bu vətənin bir övladı kimi qürur hissi keçirirəm. Qələbə xəbərindən dərhal sonra balaca fidanların eyvanlardan, küçələrdən gələn “Qarabağ bizimdir, bizim olcaq”, “Qarabağ Azərbaycandır” şüarları bizi körəltməsin, neyləsin!..
Xalqımızın vətənpəvər, qeyrətli və səbirli oğlu, Ulu Öndərimiz Heydə Əliyev siyasi kursunun layiqli davamçısı, prezident, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyev qələbə xəbərini verərkən, onun yanaqlarındakı təbəssüm, gözlərindəki qığılcım heç kəsin nəzərindən qaça bilməz. Zati-aliləri, sizin bu təqdimatınız artıq tarixin səhifələrində səslənəcək. Qüdrətli, qədirbilən Azərbaycan xalqı bir daha əmin oldu ki, Sizdə cəsarət, sədaqət, səbir kimi keyfiyyətlər başqaları üçün həyat dərsi olacaq. Siz sübut etdiniz ki, halva-halva deməklə ağız şirin olmur. Xalqın birliyinin təminatcısı olmaq, milli həmrəylik və xalqın etimadını qazanmaq lazımdır.
Bu gün tarix bizi sınağa çəkir, inşallah, biz millət olaraq bu sınaqdan Sizin başçılığınızla üzüağ çıxacağıq. Düşmən yaxşı başa düşür ki, Azərbaycan xalqının dünya diplomatiya tarixinə qızıl həflərlə imza atmış yüksək səviyyəli ictimai-siyasi xadimi, dövlət rəhbəri var. Xalqımız prezidenti ilə fəxr edir. Bu gün hər bir azərbaycanlı prezidetinin ətrafında sıx birləşib. Bir sözlə, xalqımız qələbə sevinci ilə yaşayır. Düşünürəm ki, hər bir insan dediyi sözün sahibi olmalıdır. Mən də öz sözümün sahibiyəm. Xalqın adından danışmamaq xalqa olan dəyərdən irəli gəlir. Fəxrlə qeyd etmək istəyirəm ki, xalqımızın qeyrətli oğulları bu gün döyüş meydanında daşnak tör-töküntülərinə sübut edirlər ki, yalvarmaqla, qızlarının müqəvvasını döyüş meydanına gətirməklə bizi aldada bilməzlər. Unutmayın, ər meydanına tülkülər, çaqqal-çuqallar soxulanda aqibətləri pis olur. Başqasının yalına hürməklə ətrafınıza özünüz kimi şərəfsiz vətən xainlərini toplamaqla, meydanda tək qalacaqsınız. Siz tarixin qaranlıq səhifələrində gizlənmiş, ömürlük məskən salmış karonaviruslarsınız. Bu gün dünya icimayəti sizin çirkin əməllərinizə nifrət edir!..
Nəticə göz qabağındadır, şanlı ordumuz düşmənin canlı qüvvəsini, döyüş texnikasını məhv etməkdə davam edir. Siz Türkün qəhrəmanlıq salnaməsini bildiyiniz halda, nə üçün özünüzü bicliyə vurursunuz?!
Gözləyin, millət olmağın necə və hansı şərtlərdə, hansı mübarizə və çətinliklərlə baş tutmasını Azərbayca xalqı sizə öyrədəcək. İndiyə qədər gərək siz başa düşəydiniz ki, ər meydanında Azərbaycan oğullarıyla zarafat etmək olmaz! Onun ər oğlu, ər ali baş komandanı var!
Dünyanın çox nüfuzlu diplomatlarından biri Azərbaycan xalqını yatmış aslana bənzətmişdi. Bu yad oğlunun sözünə hörmətlə yanaşsaq, görərik ki, bu bir həqiqətdir. Bu gün yatmış aslan demək olar ki, oyanıb. Döyüş meydanının sahibi artıq onlardır. Düşmən qəhrəman Azərbaycan əsgərinin nəyə qadir olduğunun bir daha şahidi olduğu üçün Ermənistanın siyasi rəhbərliyi yaşlı və qoca sakinlərlə yanaşı Hitlersayağı yeniyetmələri də hərbi əməliyyata cəlb etməkdə davam edirlər. Görəsən dünya ictimayəti bu vandallığı görmürmü?
Xalqının qeyrətini çəkən, onun saf ürəyini oxuyan hörmətli prezidentimizin qızıl hərflərlə tarixin səhifələrində özünə yer tapan müdrik ifadəsi: Azərbaycan tarix yazır! Yolumuz Qarabağdır! Qarabağ Azərbaycandır!..
Bu müqəddəs kəlamların sahibi ali baş komandanımız 29 ildən sonra üçrəngli bayrağımıza yeni bir həyat verdi. Fəxrlə qeyd etmək istəyirik ki, bu gün Azərbaycan ordusu bir dəfə də olsun mülki şəxslərin, körpə uşaqların, qadınların və yaşlı insanların yaşadıqları binalara heç bir silah işlətməyib. Ordumuzun diqqətli olması, dinc əhaliyə hörmətlə yanaşması ulularımızdan xalqımıza miras qalan müdrikliyin məntiqi nəticəsidir.
Hadisələrin gərgin davam etdiyi bir zamanda erməni vandalları dinc əhalinin yaşadığı yaşayış binasını raket atəşinə tutarkən heç düşünmədilərmi, şirin yuxuda ikən, orada mışıl-mışıl uyuyan köpələr, yaşlı insanlar var. Mən düşünürəm ki, belə əmrləri yalnız ruhi xəstələr verə bilər.
Görəsən bu cahillər nə vaxt başa düşəcək: müharibənin öz qanunları var, ordu yalnız ordu ilə savaşar.
Qüdrətli Azərbaycan ordusunun cəngəvərləri xalqın müqəddəs adət-ənənələrinə hörmətlə yanaşaraq, ordu qanunlarına tam əməl edirlər.
Vaxtilə keçirilən irimiqyaslı təlimlər bir daha sübut etdi ki, ordumuz güclüdür, yenilməzdir. Deyilmiş müdrik kəlamlardan birini dilə gətirməyimiz yerinə düşərdi: “Ordu quruculuğu Vətənə sevgidir, dövlətə, dövlətçiliyə sədaqətdir” – ali baş komandan İlham Əliyev!
Artıq dünya ictimaiyyəti yaxşı başa düşür ki, şanlı Azərbaycan ordusu öz ərazilərini mənfur düşmən taptağından, işğalından azad etməkdədir. Çox sayda jurnalistlərin bu məsələ ilə əlaqədar verdiyi suallara ali baş komandanımız belə cavab verib: Həll yolu Azərbaycanın ərazi bütövlüyünə əsaslanır. Razılaşma beynəlxalq hüquqa əsaslanmalıdır! Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli beynəlxalq hüquqa və Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olmalıdır. Beynəlxalq hüquqa və milli qanunvericiliyə görə Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir.
Bu cavablardan aydın olur ki, ali baş komandan Azərbaycanın ərazi bütövlüyünü, həm siyasi, həm coğrafi cəhətdən nadir bir ölkə olduğunu diqqətə çatdıraraq, onları bir daha əmin edir ki, Azərbaycan xalqının müzəffər peşəkar ordusu və onun sərkərdə prezidenti var. Məqsədimiz xalqımızın əsrlər boyu mübarizə apardığı, nəhayət əldə etdiyi müstəqilliyini qoruyub saxlamağı bacaran güclü bir ölkə olduğunu dünya ictimaiyyətinə çatdırmaqdır. Bu gün Azərbaycan öz iradəsilə yaşayır. Düşmənlərimiz yaxşı bilir ki, Azərbacan regionda güclü orduya malikdir. Bu gün qüdrətli, həm də qeyrətli ordumuz mülki insanlara zərər vurmadan döyüş meydanında düşməni susdurmaqda davam edir. Öz gücünü yaxşı başa düşən azğın düşmən bəzən qadağan olunmuş silahlardan istifadə etməkdən də çəkinmir. Çıxılmaz vəziyyətdə qalan düşmənin bütün dünyanın nifrətinə səbəb olan Xocalı soyqırımından sonra dişində şirə qalmışdı. Olmayan şərəfini ayaqlar altına atan düşmən hər şeyin onlar düşündüyü kimi olacağından arxayınlaşmışdılar. Şükürlər olsun, onların bu arzuları gözlərində qaldı. Qarşısında güclü Azərbaycan Ordusunu görən düşmən başını itirdi.
Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı İlham Əliyevin düşünülmüş müdrik siyasəti artıq öz bəhrəsini verməkdədir. “Bir millət, iki dövlət” müdrik kəlamını həmişə hörmətlə dilə gətirən ali baş komandan qardaş Türkiyə Respublikasını və onun dövlət xadimlərini doğmaları kimi qiymətlədirməklə hər iki xalqın rəğbətini qazanıb. Müdriklərimiz demişkən, qardaş olmaq üçün atanın, ananın bir olması şərt deyil. Türkiyə Respublikasının prezideti zati-aliləri Rəcəb Teyyub Ərdoğan 2007-ci ildə baş nazir kimi Bakıda səfərdə olarkən Qarabağ münaqişəsini “Türk millətinin qanayan yarası” adlandırır və regionda sülh və inkişaf naminə işğal altında olan Azərbaycan torpaqlarının azd edilməsinə çağırır. Zaman-zaman belə çağırışlara məhəl qoymayan Paşinyanlar öz hikkəli hərəkətləri ilə özlərinə daha dərin quyu qazdılar. Başqasının torpağında, Şuşada sərxoş vəziyyətdə şıllaq atmaqla incəsənətə meyilli olduğunu dünyaya nümayiş etdirməyə qəti ehtiyac yoxdur. Azərbaycan xalqı sənin kimi koronavirusların öhdəsindən gəlməyi yaxşı bilir. Az bir zamanda dünya ictimaiyyəti də yaxşı başa düşdü ki, sən hansı yuvanın quşusan. Dön arxana bax!.. Keçmişin barədə bir azca düşünsən, bəlkə ağlın başına gəldi. Ər meydanı təlxəkliyi sevmir. İnsanların sənin haqqında nələr düşündüklərini saf-çürük etməyə vaxt ayırsan daha yaxşı olar!.. Qazdığınız quyular sandığınız qədər dibsiz deyil, hər birinizə nəsib olacaq. Dünyada ən saf insan olduğunu iddia edənlər əslində şeytana məsləhətçilik edənlərdir. Siz, şeytan Paşinyanlar qoyun dərisinə girib, dünya ictimaiyyətinə özünüzü yazıq kimi poza verib göstərməyiniz, deyəsən hələlik nəticə vermir!.
Düşünürəm, deyəsən, sizdə insanlıq hissi çoxdan ölüb. Nə qədər gec deyil, müalicə olunmaq lazımdır. Başqasının malına göz dikənin gözünə su gələr. Mənim üçün çox maraqlıdır, əgər sən “Nida” işarəsini başa düşmədinsə, o daşnak quldurları necə idarə edirsən?!.
Bütün beynəlxalq görüşlərdə səni başa saldılar ki, gəda, qərarlara hörmətlə yanaş, bir az siyasətlə məşğul ol, bəlkə ağıllandın. Çox təəssüf, başa dümürsən ki, düşmürsən. Zavallı! Sən çaldığını çal, gör fələk nə çalır. Unutma, bu dünyada heç zaman mərdlik-kişilik ölmür. Bizim varlığımız sizi kor edəcək. Meydan bizimdir!..
Çox sevindirici haldır ki,bu gün xalqımın birliyi prezidentinə olan inamdan irəli gəlir. Hamı bir nəfər kimi qələbə sevincilə yaşayır. Ali baş komandana ünvanlanmış bir məktubda bir politoloqun dedikləri diqqətimi çəkdi: “Prezidentə ancaq bircə söz demək istəyirəm, gözlərindən öpürəm!”
Mən düşünürəm ki, bu qardaşımız bütün Azərbaycan xalqının arzusunu, istəyini ifadə edib. Belə qardaşlarımızın bu işqlı dünyada yaşamağa haqqı var. Hər kəs ürəkdən gələn hisslərini bu şəkildə ifadə edə bilmir. Ali baş komandanımız insanlar üçün deyilən ən xoş sözlərə və Azərbaycanımın Milli Qəhrəmanı adına layiqdir. Vətən oğullarının səsimə səs vermələrini mən də çox arzu edirəm. Biz qürur hissiylə qeyd etmək istəyirik ki, ali baş komandanımız elə bir məktəb yaradb ki, hər kəs istəyir ki, o məktəbin dinləyicisi olsun. Hələ xarici duplomatları demirəm. Məni bir vətəndaş kimi çox düşündürən almanyalı müxbirin hərəkəti və verdiyi qərəzli suallar da oldu. OŞ başını demək olar ki, suçlu adam kimi heç qaldırmadı. Bu müsahibəni təhlil edən Azərbaycan ictimaiyyəti bir daha əmin oldu ki, bu zavallı müxbiri özü kimi əqidədaşları hazırlayıb. Hörmətli prezidetimiz verilən suallara cavab olaraq, ona həm tarixdən, həm də dünya diplomatiyasından yaxşıca dərs verdi. Bunu yalnız Azərbaycan xalqının sevimli oğlu, ali baş komandan İlham Əliyev edə bilərdi və etdi də!..
Hər kəs yaxşı görür və bilir ki, dövlətimiz sağlam əllərdədir. Burada anidən keçmiş günləri xatırlamalı oldum. Mən şərqşünaslıq fakültəsində dekan müavini vəzifəsində çalışırdım, o vaxt Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutundan iki xanım ərəb ədəbiyyatından dərs deməyə gəlirdilər. Bunlardan biri Aida İmanquliyeva, o biri Nərmin Sultanlı idi. Aida xanım az bir müddətdə tələbələrin sevimlisinə çevrilmişdi. Bir müddət keçdikdən sonra Aida xanımın təşkilatçılıq bacarığını, görkəmli bir alim olduğunu nəzərə alaraq onu Şərqşünaslıq İnstitutuna direktor təyin etdilər. Bu görkəmli şərqşünas alim az bir müddətdə institut kollektivinin həm anası, həm də bacısı olmuşdu. Hər kəsin hörmətini qazanmışdı. Bir sözlə, institut kollektivinin sevimlisi idi. Mən fəxrlə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva o missiyanı davam etdirir. Onun əlil uşaqlar üçün yaratdığı bərpa mərkəzləri, orta məktəb şagirdləri üçün yeni-yeni tədris binaları, şəhid analarına, yaralı əsgərlərimizə göstərdiyi qayğı, evsizləri evlə təmin etməsi və saymaqla bitməyən digər xeyriyyəçilik tədbirləri ölkədə çox böyük hörmətlə qarşılanır. O, müharibə başladığı andan xalqının yanındadır. Şəhid anaları ilə əlaqəni kəsmir, onların qayğısına qalır. Onlara sübut edir ki, siz tək deyilsiniz, siz bu gün döyüş meydalarında vətən, torpaq naminə azğın düşmənə qan udduran cəsur əsgərlərimizin anasısınız. Belə oğulların anaları başlarını dik tutmalıdır! Biz, hər birimiz ana müqəddəsliyi qarşısında baş əyirik!.. Xalqının etimadını doğruldanı xalq heç vaxt unutmur…
Mehriban xanım öz arzularını belə şərh edib: Ulu Tanrı Azərbaycan xalqına, onun müqəddəs mübarizəsində yar olsun! Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin! Gücümüz birlikdədir!
Çox sevindirici haldır ki, Azərbaycan xalqının ümid çırağı, vətənpərvər oğlu, qətiyyətli siyasi xadim, möhtərəm prezident nəyi necə, nə vaxt etmək lazım olduğunu bilir və zamanında qərarını verir. Keçmiş daxili işlər naziri Ramil Usubov bir həqiqəti belə dilə gətirmişdi: Cənab İlham Əliyev müdrik rəhbər və professional strateq kimi bu ədalətli savaşın hazırlığına mübaliğəsiz deyərdim ki, 17 il öncədən, prezident fəaliyyətinin ilk günlərindən başlayıb.
Bu yerdə Ziya Paşanın müdrik kəlamlarını dilə gətirmək yerinə düşərdi:
Ayinesi işdir kişinin lafa bakılmaz
Şahsın görünür rütbe-i aklı eserinde.
Mən fəxrlə deyərdim ki, xalqımın bu qüdrətli sərkərdəsinin yazdığı tarix böyüməkdə olan gənclərimiz üçün bir məktəb olacaq. Zati-aliləri, qeyd etmək istəyirik ki, bu gün dünya dövlətlərinin çoxu Sizin şah əsəriniz olan Azərbaycan Ordusunun döyüş meydanlarında göstərdiyi tarixi zəfərlərindən, qazandıqları naliyyətlərdən söz açır. Siz öz parlaq çıxışlarınızla regionda sülhün və ədalətin təminatcısı olduğunuzu bir daha sübut etdiniz. Artıq dünya hiss edir ki, İlham Əliyev diplomatiyası qarşısında duruş gətirmək asan deyil!
Zati-aliləri, bu gün bütün Türk dünyası Sizinlə fəxr edir. Qeyd etdiyim kimi, Siz ulularımızın qüdrətli insanlar üçün söylədikləri ən dəyərli sözlərə və Azərbaycanın Milli Qəhrəmanı adına layiqsiniz. Düşünürəm ki, qədirbilən Azərbaycan xalqı mənim səsimə səs verəcək!
Müəllifin başqa yazıları:
Ziyanın yarısından qayıtmaq qəniməti
Qəbiristanlıq yolunda qaz əhvalatı
Müqəddəs ruhlar şərləri qəbul etməz…
Koronavirus təhlükəsi və mənim həkimliyim