• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Üç ay qabaq dediyin sözlərin reallığını indi dərk etdim

  • 10 Oktyabr 2020
  • Posted in ManşetTribunaYazarlar
0
SHARES
FacebookTwitterPinterest

Əməkdar jurnalist Əlövsət Ağalarov hüquqşünas, dövlət xadimi, alim, diplomat Eldar Həsənovun 65 yaşını sosial şəbəkə vasitəsilə təbrik edib.

Eldar Hümmət oğlu Həsənov 1955-ci il oktyabrın 10-da Kəlbəcərin Laçın kəndində doğulub. 1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışıb, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub. 1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantı, hüquq elmləri doktoru, professordur.

2001-ci il martın 28-dən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib. 2013-cü il martın 28-də onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib. 2020-ci il avqustun 17-də isə Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfir vəzifəsindən azad edilib.

Eldar Həsənov 2020-ci il avqustun 13-dən həbsdədir. O, vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmədə ittiham olunur. Hazırda istintaq gedir. Eldar Həsənov özünü təqsirli bilmir.

Novator.az Əlövsət Ağalarovun Eldar Həsənovun 65 yaşına yazdığı təbriki təqdim edir.


DARIXDIM

Eldar Hümmət oğluna

Axşam da qəribdi, mən də qəribəm,
Ürəyimdən nələr keçdi, darıxdım.
Zalım ayrılığın kamil ovçusu
Ox atdı, sinəmi deşdi, darıxdım.

Nə kövrək zamandı, nə kövrək andı,
Nəfəsim təngidi, ürəyim yandı.
Kəpəzdən bir çəngə bulud boylandı,
Xəyal uzaqlara uçdu, darıxdım.

Qoy yazım varağı, qalmasın ağı,
Kim çəkər həsrəti Bəhmən sayağı?!
Çox da müqəddəsdi Gəncə torpağı,
Kəlbəcər yadıma düşdü, darıxdım.

Bəhmən Vətənoğlu 
Gəncə, 1992

Qardaş, indi sən də Bəhmən darıxmağını yaşayırsan… elə mən də! Yanlış yazdım, 1993-cü ildən… Kəlbəcərə, ümumən işğalda olan torpaqlara həsrətik. Azərbaycanın qüdrətli Ordusu Ali Baş Komandanın qətiyyəti və mahir diplomatik gedişi ilə bizi bu 27 illik həsrətə qovuşdurmaqdadır!

Bilirəm, vəkillərinin dediyinə görə, Ordumuzun hər bir qələbəsinə necə sevinirsən! Deməsələr də, sənin Qarabağın, Kəlbəcərin azadlığı uğrundakı mübarizənə (əvvəllər hərbi, sonralar diplomatik müstəvidə) bələdəm. Üç ay qabaq telefon danışığımızda dediyin sözlərin reallığını indi Ordumuz Kəlbəcəri azad etmək ərəfəsində dərk etdim: “Qardaş, ürəyimə damıbdı ki, bu il hökmən Kəlbəcər azad olunacaq”. Elə qəti dedin ki, inanmamağa haqqım olmadı. İndi təsəvvür edirəm hər qələbə xəbərini eşidəndəki sevincini! İnşallah, ümid edirəm ki, Qarabağı tam azad edəndən sonra birlikdə oraları ziyarət edib Kəlbəcərimizdə xarabazarlığa çevrilmiş kəndlərimizdəki ata evimizi yenidən tikəcəyik. Onda Hümmət müəllimlə İbrahim Ağalaroğlunun ruhları da şad olacaqdır.

Əziz qardaşım, bu gün sənin iki çox arzuladığın gündür. Biri torpaqlarımızın mənfur düşməndən azad olunması, ikincisi, 65 yaşının tamamında hörmətli Prezidentimizin icazəsi və xeyir-duası ilə təqaüdə çıxıb elmi-pedaqoji fəaliyyətini davam etdirmək. Birincisi Azərbaycan Ordusunun qüdrəti ilə həll olunur, yubiley yaşın isə ulu yaradanın hökmü ilə! Bu mübarək yubileyinə xüsusi yazı hazırlamağı planlaşdırmışdım, amma heç nə yaza bilmədim… bağışla məni, qardaş!

Bir tərəfdən Qarabağdakı uğurlu döyüş əməliyyatları nəticəsindəki Qələbənin sevinc göz yaşları, digər tərəfdən… İndi sadəcə, böyük şairimiz Bəhmən Vətənoğlunun 1992-ci ildə Gəncədə yaşadığı dövrdə sənə həsr etdiyi şeirin təsiri altındayam. DARIXDIM. Kəlbəcər üçün necə darıxıramsa, səndən ötrü də o qədər darıxdım… nə az, nə çox!

65 illik yubileyini təbrik edirəm!

Sücaətin bu misralarını hələlik keçirə bilmədiyimiz yubileyinə ünvanlayıram:

Qəm eləmə, ağrın alım
Kişi bərkə-boşa düşər…

Mavi gözlərindən öpürəm, əziz və əvəzedilməz qardaşım!

Tezliklə görüşmək arzusu ilə qardaşın Əlövsət.

“Ermənistan prezidentinin dedikləri feykdir”

  • 09 Oktyabr 2020

Razılaşma

  • 10 Oktyabr 2020

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycana gətirilən peyvəndin özəllikləri – “Nyu-York Tayms”

comments
ManşetXəbər

Karantin uzadılır, yumşalır

comments
ManşetXəbər

20-ci ilin xarici ticarəti

comments
ManşetXəbər

Prezidentin Şuşa çıxışları

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycana gətirilən peyvəndin özəllikləri – “Nyu-York Tayms”

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycana gətirilən peyvəndin özəllikləri – “Nyu-York Tayms”

comments
ManşetXəbər

Karantin uzadılır, yumşalır

comments
ManşetXəbər

20-ci ilin xarici ticarəti

comments
ManşetXəbər

Prezidentin Şuşa çıxışları

comments

Azadlıq bölgəsində FOTOLAR

comments
ManşetŞərh

Rəsmi statistikadan nə mövzu çıxır?

comments
ManşetXəbər

Arif Hacılı Mərkəzi Bank layihəsinin ləğvinə çağırır

comments
Dünyanın səsiManşetTribuna

Putin niyə “peyvənd nəhəngi” ola bilmədi?

comments
ManşetVideoXəbər

Şuşa səfərindən VİDEOLAR

comments
Dünyanın səsiManşetXəbər

Yaxın çevrənin itkiləri

comments
AktualDünyanın səsiManşetXəbər

Xaricdəki Azərbaycan

comments
ManşetXəbər

Vüqar Səfərli həbs edilib

comments
Dünyanın səsiManşetXəbər

İndoneziyada qeyri-adi peyvənd strategiyası

comments
ManşetŞərh

Üç azalmanın ikincisi

comments
Dünyanın səsiManşetXəbər

Avropa Məhkəməsindən yeni cərimələr

comments
AktualDünyanın səsiManşetŞərh

Kapitoliyə basqın doğrudanmı Putinə hədiyyədir?

comments
AktualManşetTribunaYazarlar

Əriyib yoxa çıxmaq

comments
AktualManşetXəbər

“Heç bir biznesim yoxdur və olmayıb”

comments
AktualManşetŞərh

İqtisadçı bahalı layihəyə qarşı

comments
AktualManşetXəbər

Vasitəçisiz danışıq təklifi 

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda