“Qanun” Nəşrlər Evi Lao Tszının “Dao De Dzin”, Maya Angelounun “Fenomenal qadın”, Leyla Vəkilqızının “Söz buketi” kitablarını çap edib. Kitablar haqda qısa məlumatları oxucuların diqqətinə çatdırırıq.
Lao Tszı, “Dao De Dzin”
Daosizm – ənənəvi Çin dini-fəlsəfi təlimidir. Onun adı praktik olmasından xəbər verir. Daosizm (Çin sözü olan “daotszyao” sözündən yaranıb) – Yol haqqında təlimdir. Yol onun üzərində yeriməyi, yəni praktika tələb edir. Əlbəttə, dao anlayışı dao nəzəriyyəçilərinin kəşfi deyil, çünki konfutsiçilər, legistlər, moistlər, hətta buddistlərin bir hissəsi bizim Həqiqət adlandırdığımız anlayışı bu sözlə ifadə ediblər.
“Həqiqət axtarışı” ifadəsinin Çin dilində analoqu “Daonu axtarmaq”dır. Lakin bizim həqiqətimizdən fərqli olaraq, dao təkcə ontoloji reallıq, məişət və mövcud olan demək deyil. Daonun axtarışı yalnız mövcud olanın axtarışı deyil. O həm də Metod axtarışı və axtarış Metodudur. Təsadüfi deyil ki, bu sözün ilkin mənası “yol”dur. Tyantszin şəhərində olsaz, görəcəksiz ki, orada küçələr standart tsze kəliməsi ilə yox, məhz dao kəliməsi ilə işarələnib. Dao praktik və praqmatikdir. O, təkcə həqiqətin özü deyil, həm də onun axtarışıdır, həqiqəti tapmağa kömək olacaq üsuldur.
Əsəri Zakir Abbas tərcümə edib.
Kitabın satış qiyməti 3.99 manatdır.
Maya Angelou, “Fenomenal qadın”
Amerikalı yazar, alim, qaradərili qadın azadlığı carçısı, feminist şair Maya Angelounun adı və çalışmaları ilə az-çox tanış olsaydım da, onun şeir dünyası birinci dəfə “Qadın işi” adlı şeiri ilə tam təsadüfən qarşıma çıxdı.
Özümü gündəlik həyatın gurultusu və pası içində itirmiş mən və uzun zamandır yorğun və durğun qaldığım, ancaq dərinliyində hələ də inqilabçı ruhunu itirməmiş qadınlığımı, o gün tanış olduğum onun məhz o ilkin şeirində tapdım.
Sonra başqa şeirlərini də zövqla oxumağa başladım. “Mayanı mütləq Azərbaycan türkcəsinə çevirməliyəm” dedim özümə. Çünkü şairin anlatdığı Amerikda yaşayan qaradərili qadının dərdı və durumu, əslində dünyanın başqa qitə və bölgələrində yaşayan qadınların durumu üçün nə uzaq, nə yabancı deyil.
Tərcümə: Türkan Urmulu
Kitabın satış qiyməti 4.99 manatdır.
Leyla Vəkilqızı, “Söz buketi”
Müəllifin sayca ikinci kitabı olan “Söz buketi”ndə klassik şeir növlərindən olan, qoşma, gəraylı və digər janrlarda qələmə aldığı poeziya nümunələri toplanıb.
Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Kitabın satış qiyməti 4.99 manatdır.