• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni kitablar

  • 02 Sentyabr 2020
  • comments
  • Novator.az
  • Posted in Xəbər

“Qanun” Nəşrlər Evinin yeni kitabları haqda qısa məlumatları təqdim edirik.

Fridrix Niçe, “Zərdüşt belə deyirdi”

Böyük alman filosofu Fridrix Niçenin (1844-1900) yaradıcılığı üç dövrü əhatə edir. Üçüncü dövrdə (1883-1888) o, “Zərdüşt belə söylədi”, “Xeyir və şərin o tərəfində” və s. əsərlərini yazır.

“Zərdüşt belə söylədi” əsəri filosofun ən mühüm əsəri sayılır. Formasına və məzmununa görə bu əsər fəlsəfi əsərə oxşamır. Adətən ədəbiyyatı peşə və fiksiya növlərinə böləndə fəlsəfi əsərləri peşə ədəbiyyatına daxil edirlər. Fəlsəfə fiksiya olmaq istəmir. Platon fiksiya olan mifik ədəbiyyata qarşı məntiqi ədəbiyyatı qoyurdu. Məntiqi düşüncə həqiqətə gedən yolu müəyyənləşdirir.

Niçenin “Zərdüşt belə söylədi” əsərini fiktiv ədəbiyyata aid etmək olar. Zərdüşt düşünülmüş obrazdır. Onun adı Şərqdə müdriklik təlimiylə bağlıdır, onun fəlsəfəsində məntiqi arqumentdən çox müdriklik var və bu müdrikliyi o, aforistik yolla elan edir. Bəs Niçe niyə ona əl atır? İki minillik tarixi olan Qərb fəlsəfəsini qoyub Niçe niyə məhz Sokratdan əvvəlki dövrə gedib çıxır. Niçe həqiqəti bu yolla vaxtın və zamanın fövqündə duran bir şey kimi götürür. Ancaq bu yolla onu tapmaq olar. Məsələn, ədalət ideyası dildən kənara çıxmaqla həqiqətə qovuşur.

Əsəri almancadan Fəxrəddin Veysəlli və Müttəlif Səfərov tərcümə ediblər.

Kitabın satış qiyməti 11.99 manatdır.

Seymur Baycan, “Quqark”

“Quqark” romanı həyat hadisələri ilə zəngindir. Baxmayaraq ki, əsərin qəhrəmanı müəllif özüdür, oxucu romanın bir çox hissəsini oxuduğu zaman müəllifi unutmağa məcbur olur. Romanda epizodik hadisələr, obrazlar, həddindən artıq çoxdur və əsərdə konkret süjet xətti yoxdur. Bir neçə süjet xətti (Sovet İttifaqı dağıldıqdan sonra Qafqazda baş verən ictimai-siyasi hadisələr, müharibə, üçüncü ölkədə yaşayan yazıçının həyatı…) əsərdə bir-birinə qarışır. Ancaq bu dolaşıq hadisələr axınında müəllif vəziyyətdən çıxa bilir. Obrazların hissləri, hadisələrə yanaşmaları, problemləri əsər boyu çox az gözə çarpsa da, dövrün intelligentindən ən axmaq adamına kimi danışdığı bu əsərdə hər kəs haqda müəyyən təsəvvür yaranır.

Kitabın satış qiyməti 9.99 manatdır.

Cek London, “Oyun”

Dünya şöhrətli yazıçı Cek London həm bir idman müxbiri, həm də həvəskar boksçu olaraq boksla yaxından maraqlanıb. “Oyun” romanında pul qarşılığında döyüşən Co adlı boksçunun faciəvi taleyindən bəhs olunur.

Conun sevgilisi Cenevyeva onun döyüşməsinə qarşı olsa da, o, müəyyən səbəblərə görə döyüşməyə məcburdur. Co toy günündə sonuncu dəfə rinqə çıxır və bu onun son döyüşü olur.

İşin içinə pul qarışdığında boks idmanının nə qədər amansız ola biləcəyini söyləyən qısa və təsiredici roman.

Əsəri Rəna Şıxəmirova tərcümə edib.

Kitabın satış qiyməti 4.99 manatdır.

Maksim Qorki, “Fırıldaqçı”

“…Bəli, İnsana inanmayın! Çünki o həmişə özündən danışdıqda yalan danışır! Bədbəxtliyə düşəndə də yalan danışır ki, özünə qarşı çox mərhəmət hissi oyandırsın, xoşbəxt olanda da yalan danışır ki, ona daha çox həsəd aparsınlar, hər bir halda yalan danışır ki, özünə qarşı diqqəti artırsın”.

Bu cümlələr “Fırıldaq”çının əsl mahiyyətini göz­lər önünə sərir. Maksim Qorkinin bu əsəri həcmcə kiçik olsa da, özündə dərin məna əks etdirir.

Əsərin tərcüməçisi Mikayıl Rzaquluzadədir.

Kitabın satış qiyməti 3.49 manatdır.

Hökm ərəfəsində: Tofiq aclığa başladı

  • 02 Sentyabr 2020
  • comments

Akademiyanın statusu

  • 02 Sentyabr 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Gürcüstan seçki və boykot yollarında

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ədəbiyyat
  • Mədəniyyət
  • Nəsr
  • Yazarlar

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ermənistanın istehlak bazarı eniş və yoxuşda

GLOBALS:0
comments
Xəbər

Konstitusiya Məhkəməsində yeniliklər

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda