İlham İsmayıl
Bir tərəfdə günəş çıxıb eyni anda yağış yağanda deyərlər tülkü toy eləyir. Bir yanda ölkənin ab-havasının qeyri-müəyyənliyi, mənəvi iqlimindəki gərginliyi, əsir torpaqlar, digər yanda hədəfləri yalnız dövlət malını talamaq olan, son günlər baş verənləri traybalist təfəkkürdən dəyərləndirənlərin eyforiyası tülkü toyunu xatırladır. Bəy tülkülərin əllərinə fürsət keçib, çoxillik istəklərinə çatıblar və onlar salimdirlər, çox da vətən batır.
Şərəfsizlik o qədər stimullaşıb ki, fürsətçilər uçana-qaçana macal vermirlər, ağalarının sifarişi ilə özləri kimi birisini tapıb ağızlarına gələni dedirdir, yazdırır, yalan və iftiraları sərgiləyib ağalarının qabaqlarına nə atmasını dördgözlə güdürlər. Güdmək tülkü xislətidir, onun güddüyü müqəddəs yer toyuq hinidir, şərəfsizlər, yaltaqlar da ağalarının cibinə “müqəddəs toyuq hini” kimi baxar.
“Güclülər mərhəmətinə tapınan, hakimlər tapdağında sürünən qarışqalar”, bilin ki, “qılınc və zəncir dünyası”nda heç nə yaddan çıxmır, heç nə unudulmur. Dünyanın zaman adlı gərdişi var, gecə sabaha hamilədir.
Tülkü toylarının səsi hər gün çeşidli, məlum yerlərdən cırcırama səslərlə aləmə yayılır. Cırcıramaların bəyliyi yay bitənə kimi, bildirçinin bəyliyi darı sovulana kimi, dərəni xəlvət görən tülkülərin də bəyliyi tələ yiyəsi gələnə qədərdir.
Müəllifin başqa yazıları:
Qarabağ siyasətində inqilab olsun
“Yumşaq danış, amma sərt dəyənəyin olsun”
“KQB-MTN… Görünən dağın bələdçiliyi” silsiləsi:
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 42