• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
İlham İsmayil

1990 (2)

  • 21 Dekabr 2017
2
SHARES
FacebookTwitterPinterest

İlham İSMAYIL

Çaykənd ətrafla Ermənistandan gələn vertolyotlarla əlaqə saxlayırdı. Vertolyotlar Sevan gölünün sahilindən – Kamo şəhərindəki bazadan qalxırdı. Rabitə isə yalnız radiostansiya vasitəsilə idi. Ermənistanlı yaraqlılar müasir silah-sursatla gəlirdilər. O zaman bizim avtomat silahlar üçün burnumuzun ucu göynəyirdi. Hacıkənddən Toğanaya gedən asfalt yola Çaykənd erməniləri nəzarət edirdi.

Əsirləri dəyişdiyimiz günün səhərisi – yanvarın 16-da Hacıkəndin üstündə, Beşulduz deyilən yerdə xeyli adam toplaşmışdı. Əksəriyyət silahsız idi. Bir xaos hökm sürürdü. Bu insanlara rəhbərlik etmək də çətin idi. Müxtəlif bölgələrdən gələnlər dəstə-dəstə toplaşıb söhbət edirdilər.

Həmin yerdə dolu buludlarını dağıdan topxana da vardı. Cavanlar topxananı ələ keçirib Çaykənd istiqamətinə bir neçə atəş açdılar. Bu vaxt iki vertolyot peyda olub başımızın üstündə dövrə vurmağa başladı. Topun başında duran oğlan bu dəfə vertolyotlara atəş açdı. Mərmi yan keçdi, amma küləyi vertolyotu silkələdi və aşağıdakılara elə gəldi ki, vertolyot vuruldu. “Ura” deyib vertolyota doğru tüfəngdən atəş açanlar da oldu.

Vertolyotlar Gəncəyə doğru uçdu. Hava çox aydın idi. Gülüstan qəsəbəsinin üzərində bir neçə dəfə fırlanandan sonra vertolyotlar aerodroma tərəf istiqamət aldı.

Fikirləşdim ki, bunlar bir plan cızdılar, nəsə ola bilər. Toplaşanlara üz tutub dağılmağı məsləhət gördüm. Fikir verən olmadı. AXC Xanlar şöbəsinin sədri Nadirov əynində qara yapıncı mənə yaxınlaşıb dedi ki, səni düz başa düşməzlər, elə bilərlər qəsdən edirsən.

Hacıkəndə enib poçtdan şöbəyə zəng etməyi qərara aldım. Cəmi 20 metr yerimişdim ki, meşənin üstündən vertolyotlar peyda oldu. İnsanların gur toplaşdığı yerə atəş açdılar. Dikdə tikilmiş dayanacağın kafellərinin zərbədən necə dağılıb havaya sovrulduğu hələ də gözlərimin qarşısındadır.

Poçta qaçıb şöbəyə zəng etdim, rəis müavini Qardaşovla danışıb hadisəni söylədim. Bu vaxt poçtun yanında gözləyən iki təcili yardım maşınına yaralı gətirdilər. Növbətçi – Cəmşid həkim mənə baxıb yaralıları xilas etməyin qeyri-mümkün olduğunu dedi.

Nəticə ağır oldu. Gəncə sakini Neman Vəliyev, Xanlar şəhər sakini Səbuhi Hacıyev iriçaplı pulemyot güllələrindən ölmüşdülər.

Yanvarın 16-da dəfn mərasimi oldu. Həmin gün axşam Hacıkənd ətrafına yenə xeyli adam toplaşmışdı. Stepanakertdə dislokasiya olunan hərbi hissədən bir BMP və bir BTR Çaykəndə gəlmişdi. Bir erməni bələdçi də götürüb Hacıkəndə doğru hərəkət etmişdilər.

Hacıkəndin üstündə qarşılarını bizimkilər kəsib həm BTR-i, həm də BMP-ni əllərindən almışdılar.

Zirehli maşınları alanlara Bakıdan gəlmiş AXC funksionerləri Fəzail Ağamalı və Fəhmin Hacıyev rəhbərlik etmişdi. Hər iki zirehli maşının əsgər və zabit heyətini Xanların milis şöbəsinə gətirdilər.

Komandirin soyadı Belov idi. Onlarla görüşüb özümü təqdim edəndən sonra gəlişlərinin səbəbini soruşdum. Çaykəndə kömək etməyə gəldiklərini, əslində isə ermənilərin hiylə və yalanlarının qurbanı olduqlarını etiraf etdilər.

Rus əsgər və zabitləri Xanlarda saxlamaq təhlükəli idi. Rusların öldürdüyü Səbuhinin qohumları qisas almaq üçün fürsət axtarırdılar. Gecə idi, bir avtobus təşkil edib onları Gəncəyə gətirdim, mənimlə Fəhmin Hacıyev də gəldi. Belov zirehli texnikanı verməyi tələb edəndə başa saldım ki, səni əsgərlərinlə birlikdə Gəncədəki hərbi hissəyə təhvil verək, sonra maşın axtarışına çıxarıq. BTR-i də, BMP-ni də uşaqlar Hacıkənd meşəsində gizlətmişdilər.

Yeri gəlmişkən, Fəhmin Hacıyevin avtobusa minəndə ayaqqabılarının qış fəslinə uyğun olmadığını gördüm və əsgərləri təhvil verəndən sonra evə gedib ona isti çəkmə gətirdim. Sonralar Fəhmin bəy həbsdən çıxıb gələndə ilk görüşümüzdə dedi ki, ayaqqabılar o vaxt dadına çatmışdı.

Həmin gecə ələ keçirilən BTR və BMP ilə Kamo və Azad kəndlərinə hücum oldu. Atışma zamanı bir neçə erməni öldürüldü, səhərə yaxın zirehli maşınlar yenə gizlədildi.

Bu, Kamo və Azad kəndlərinə ilk və son hücum oldu. Bunu xüsusi vurğulayıram. Bəzən mətbuatda ayrı-ayrı adamların yazılarında Kamo və Azad kəndləri uğrunda döyüşdüklərini, kəndi azad etdiklərini oxuyanda təəccüb edirəm. Kamo və Azad kəndləri döyüşlə azad edilməyib, danışıqlar nəticəsində boşaldılıb. Bu barədə sonra.
Yanvarın 17-da məni və Xanlar Rayon Milis Şöbəsinin rəisi Cavanşir Babayevi Mərkəzi Komitənin katibi Həsən Həsənov Gəncə Şəhər Partiya Komitəsinin birinci katibi Süleyman Məmmədovun otağına çağırdı. Həsən Həsənov rayondakı vəziyyət barədə məlumat istədi. Əməliyyat şəraitini, yaranmış vəziyyəti və çıxış yollarını hərtərəfli məruzə etdik.

Bu zaman maraqlı faktların şahidi oldum. Həsən Həsənov bizim yanımızda Mərkəzi Komitənin ikinci katibi Viktor Polyaniçko ilə təxminən 20-25 dəqiqə telefonla danışdı. Polyaniçko Həsənovu inandırmağa çalışırdı ki, Bakıda fövqəladə vəziyyət elan olunması üçün Mərkəzi Komitənin Büro üzvləri səs verməli və o da təcili Bakıya gəlib Büronun iclasında iştirak etməlidir.

Həsənov özünəməxsus çılğınlıqla Polyaniçkoya sərt cavablar verdi: “Viktor Petroviç, mən hər gün gənc insanların dəfnində iştirak edirəm. Onları erməni döyüşçülər, saqqallılar öldürmür, şanlı sovet ordusu qətlə yetirir. İndi siz mənə deyirsiz ki, Bakıda fövqəladə vəziyyət elan olunsun, rəhbərliyi də həmin sovet ordusuna tapşıraq? Mən bunun qəti əleyhinəyəm! Bu saat deyəcəm ki, mən o Büroya gəlmirəm və mənim adımın qarşısında “əleyhinə” yazsınlar. İndi Ayaz Niyazoviçlə də danışacam”.

Dəstəyi yerinə qoyub bir müddət üzümə baxıb nəsə fikirləşdi, sonra vəziyyətin yaxşılaşması üçün təkliflər planı hazırlayıb ona çatdırmağı tapşırdı. Bakıda vəziyyətin ağır olduğu rəhbərlik səviyyəsində gərginlikdən aydın görünürdü.

Xanlara qayıtdıq. Fəzail Ağamalı AXC-nin nümayəndəsi kimi Xanlarda idi. Yaxınlaşıb dedim ki, Bakıda vəziyyət gərgin olacaq, AXC rəhbərliyini xəbərdar etmək gərəkdir. Həsən Həsənovla Viktor Polyaniçkonun mübahisəsini danışdım.

Fəzail Ağamalı qayıtdı ki, mən desəm inanmazlar, özünü təqdim et, Etibar Məmmədovla birləşdirim, danış. Mən Etibar Məmmədovla, ümumiyyətlə AXC-nin telefonu ilə danışsam səsimin yazılacağını bilirdim. O telefonları bizim xidmət dinləyirdi, amma vəziyyətin gərgin olacağını düşünəndə bu telefon danışığının mənim üçün yaxşı olub-olmayacağının fərqində deyildim.

AXC liderlərindən olan Etibar Məmmədovla telefonla danışdım, Bakıda fövqəladə vəziyyətin tətbiq olunacağını, şəhərin idarə olunmasının orduya tapşırılacağını söylədim. Etibar Məmmədov sözlərimə üç dəfə “hə” deməklə kifayətləndi.

17-si gecə şöbədə növbətçi idim. Saat 22:00-da Baş Kəşfiyyat İdarəsinin generalı Aleksandrov mənə dedi ki, gecə saatlarına qədər işləyəcək: “İstəsən, evə gedə bilərsən”.

Mən təşəkkür edib ona mane olmayacağımı, səhərə qədər şöbədə qalmağımın vacib olduğunu bildirdim.

Gecə saat 11 radələrində oturduğu kabinetdən generalın gur səsini eşitdim. Qapı örtülü olsa da, onun danışığı aydın eşidilirdi. Əməliyyat telefonu ilə (OC) Moskva ilə danışırdı. Telefonun o başındakını inandırmaq üçün əlindən gələni edirdi. Generalın bu sözləri indiki kimi yadımdadır: “Yoldaş general, bu şəhərin rəhbərliyi də, milisi də, hətta DTK işçiləri də qatı millətçilərdir və bizə, sovet hakimiyyətinə nifrət edirlər. Bizim verdiyimiz məsləhətlərə qulaq asan yoxdur. Hamı Moskvanı, Mərkəzi Komitəni açıq söyür. Hər gün vəziyyət gərginləşir. Əgər qəti tədbirlər görülməsə, bunların dərsi verilməsə, daha da azğınlaşıb hakimiyyəti ələ keçirə bilərlər. Ona görə də qərar qəbul etmək lazımdır. Bu antisovet ünsürlərin payı şiddətlə verilməlidir. Siz yüz faiz əmin ola bilərsiniz ki, əvvəl göndərdiyim informasiyaların hamısı təsdiqlənir. Yuxarının qarşısında qəti tələb qoyun ki, ciddi güc göstərmək lazımdır”.

Səhərin açılmasını səbirsizliklə gözləyir, həm də ehtiyat edirdim ki, generalın danışığına gizlicə qulaq asmağımı rəhbərliyə desəm, məni düzgün qəbul edəcəklərmi?
Şöbənin rəisi Rəhman Mikayılov gələndə eşitdiklərimi ona danışdım. Çox qayğılandı, fikrə gedib “Yaxşı, heç kimə bir söz demə, ehtiyatlı ol! Görüm Bakıdan kimlə danışıram” dedi.

Hiss edirdim ki, fəlakət yaxınlaşır. 18-də yoldaşımı və qızımı Tərtərə apardım. Gecəm-gündüzüm bilinmirdi, ev yadımdan çıxmışdı. Ən yaxşısı onları Tərtərə aparmaq idi.

(Ardı var)

“KQB-MTN… Görünən dağın bələdçiliyi” silsiləsinin əvvəlki bölümləri:
 1   2   3   4   5   6   7   8   9   10   11   12   13   14   15   16   17   18   19  

2018-ci ildə 108 istirahət günü var

  • 21 Dekabr 2017

Tətil Paris möhürü ilə başladı

  • 21 Dekabr 2017

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Müddətsizlik yolu?

comments
ManşetTribunaYazarlar

İki dünya arasında…

comments
ManşetXəbər

Büdcədə yenilik qanunu imzalandı

comments
ManşetXəbər

Müəllimlərin sınağı: təklif var

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Müddətsizlik yolu?

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Müddətsizlik yolu?

comments
ManşetTribunaYazarlar

İki dünya arasında…

comments
ManşetXəbər

Büdcədə yenilik qanunu imzalandı

comments
ManşetXəbər

Müəllimlərin sınağı: təklif var

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Türkiyə Ukraynanın qələbəsinə necə kömək edə bilər? – “Vaşinqton Post”

comments
ManşetXəbər

Maaş dolanbacı

comments
ManşetŞərh

Sülhün bir yolu

comments
ManşetTribunaYazarlar

O nümunədən bu nümunəyə

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrin itkiləri

comments
AktualManşetXəbər

Məclis üzvlərinin yeni maaşları

comments
ManşetXəbər

Manat yarım ildə 2,7 milyard dollar aparıb

comments
ManşetXəbər

Qaz bazarında çevriliş?

comments
Dünyanın səsiManşetXəbər

Müxalif lider postunu itirdi

comments
ManşetXəbər

Valyuta ehtiyatı nə qədər artıb?

comments
AktualManşetXəbər

Əlilliyin müəyyən olunması meyarları

comments
AktualDünyanın səsiManşetTribunaYazarlar

Rusiya neçə yerindən parçalana bilər? – “EUObserver” nəşri

comments
AktualManşetXəbər

Müharibə veteranlarına 210 manat

comments
AktualManşetXəbər

Zülmün nümayişi

comments
ManşetXəbər

Hasilatda yeni norma

comments
Dünyanın səsiManşetXəbər

Bayden: “Müharibə Ukraynanın məğlub olması ilə bitməyəcək”

comments
AktualŞərh

Efir qovğasının cəzası

comments
AktualManşetXəbər

İsa Qəmbərin şikayətinə baxılacaq

comments
ManşetXəbər

“Güc və müdriklik sayəsində torpaqlarımızı azad etdik”

comments
AktualManşetXəbər

Laçını tam qaytaran yol

comments
ManşetXəbər

Avropadan təzminat qərarları

comments
Dünyanın səsiManşetXəbər

İsrail növbədənkənar seçkiyə gedir

comments
Dünyanın səsiManşetŞərh

Putinin bu avantürası puça çıxıb – “Vaşinqton Post”

comments
TribunaYazarlar

O yay axşamı yağış həsrətilə yanırdı hamı!

comments
ManşetTribunaYazarlar

Hərənin öz siyahısı

comments
AktualManşetXəbər

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda