• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
İlham İsmayil

Keçmişin işığında (2)

  • 23 Oktyabr 2017
3
SHARES
FacebookTwitterPinterest

Novator.az bu ay 60 yaşı olan Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant İlham İsmayılın “KQB-MTN… Görünən dağın bələdçiliyi” kitabından seçmələrin təqdimatını davam etdirir.

İlham İsmayıl 1957-ci il oktyabrın 22-də Tərtərin Sarıcalı kəndində doğulub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Minsk Ali Kursunu bitirib. 1982-ci ildən Dövlət Təhlükəsizlik Komitəsi (Milli Təhlükəsizlik Nazirliyi) sistemində xidmət edib. DTK-nın (MTN) Gəncə Şəhər Şöbəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili postlarında çalışıb. Gəncəbasar bölgəsinin erməni işğalçılarından azad olunmasında fəal iştirak edib. MTN-in Şəmkir və Göyçay bölmələrinin rəisi, Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi olub. 1995-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. 

“KQB-MTN… Görünən dağın bələdçiliyi” kitabından

Keçmişin işığında

(əvvəli bu linkdə)

Təyinat vərəqini Bərdə Rayon Partiya Komitəsinə təqdim etməli idim. Gəlişim pambıq yığımının şıdırğı dövrünə düşmüşdü. Pambıq yığımı mövsümündə Bərdədə gündüz küçədə heç kəs gözə dəyməzdi, tam səfərbərlik elan olunur, bütün idarə və təşkilatlar pambıq yığımına cəlb edilir, şəhər, ümumiyyətlə bütün rayon ölü məkan təsiri bağışlayırdı.

Axşam saat 6-dan sonra raykoma gəlib təyinat vərəqəmi birinci katib Rüstəm Səfərəliyevə təqdim etməli olduğumu dedim. Köməkçi katibin qəbul etməyəcəyini, nə vaxt qəbul edəcəyini də bilmədiyini söylədi və məsləhət gördü ki, buralarda olum, bəlkə qəbul etdi.

Bu minvalla bir həftə hər gün gəlib qəbul otağında gözlədim. Bir gün ikinci katib Atlas Məmmədova soruşdu: “Səni hər gün burda görürəm, nə istəyirsən, kimsən?” Cavabımı gözləməyib məni kabinetinə dəvət etdi. Təyinatımı göstərib danışdım. Gülüb dedi ki, pis vaxtda gəlmisən, katibin, elə hamımızın başı pambığa qarışıb, amma mən katibə məlumat verərəm, sabah gəl.

Bir neçə gün gəlib-gedəndən sonra, nəhayət, Səfərəliyev məni qəbul etdi. Ağsaçlı, arıq, hündürboy bu kişidən rayonda hamı qorxur, çəkinirdi. Zəhmi ağır idi. Sənədi alıb baxdı, haralı olduğum, kim olduğum, ailə vəziyyətim barədə suallardan sonra: “Lap yaxşı, tapşıraram redaksiyada işləyərsən” dedi.

Fikirləşirdim ki, yəqin bir-iki günə fəaliyyətə başlayaram. Bir ay gəldim-getdim, redaksiyaya da baş çəkdim. Qəzetin redaktoru bildirdi: “Bu redaksiyada bir nəfər də ixtisaslı jurnalist yoxdur, çox istəyərəm ki, sən işləyəsən, Yusifə (qardaşımı deyirdi, o vaxt qardaşım Yusif İsmayılov “Azərbaycan gəncləri” qəzetində işləyirdi) böyük hörmətim var, amma mən kimi işdən çıxarıb səni götürüm? Katibə də deyəcəm, görək nə deyir…”

Kəsəsi, pambıq mövsümü bitdi, il də qurtardı, amma mənim iş məsələm həll olunmurdu. Bu arada Gəncəyə getdim, “Kirovabad kommunisti” qəzetinin redaktoru Sabir Hacıyevlə görüşdüm. Gəncədə işləmək istədiyimi və mümkünsə kömək etməsini xahiş etdim. Sabir müəllim də qardaşımı tanıyırdı, razılıq verdi, amma dedi ki, təyinatını mütləq dəyişdirib Gəncəyə almalısan, yoxsa mümkün olmayacaq.

Gəncəni seçməyimin səbəbi o idi ki, bu şəhəri, insanlarını çox sevirdim. Tələbəlik illərində yay tətilini demək olar ki, Hacıkənddə keçirərdik. Yeni dərs mövsümünə təzə paltarı gəlib Gəncədə almağımdan tutmuş adamların mehribanlığına, təbiətinin gözəlliyinə qədər hər şey məni özünə çəkirdi.

Gəncədən ümidlə, sevinclə qayıtdım. Sabahı Bərdəyə gedib Atlas müəlliməyə dedim ki, mən özümə iş tapmışam, xahiş edirəm Səfərəliyevə deyin, mənim təyinatıma etiraz yazsın, təyinatımı dəyişdirməliyəm.

Atlas müəllimə “İnanmıram Səfərəliyev Mərkəzi Komitənin təbliğat-təşviqat şöbəsinin təyinatına otkaz yazsın” dedi.

Elə də oldu. İki gündən sonra Səfərəliyevlə pilləkəndə rastlaşdıq. Üzümə baxıb “Sabah gələrsən qəbuluma” dedi.

Artıq özümü Gəncənin işçisi kimi hiss edirdim və ürəklənib soruşdum: “Sabah nə vaxt gəlim?”

Səfərəliyev təəccüblə üzümə baxıb “Günortadan sonra gələrsən” dedi.

Sonralar onun təəccübünü anladım. Səfərəliyev deyirdisə sabah gəl, deməli, səhər tezdən gəlməli, lazım gəlsə, günün sonuna qədər gözləməliydin.

Evimizə gələndə anama dedim ki, az qala Əbdürrəhim bəyin “Zavtra”sındakı kimi bezdirdi bu “get, sabah gələrsən”lər.

Anam cəmi 4 sinif təhsil alsa da, filoloq bacımın, mənim oxuduğumuz bədii əsərlərdən, xüsusilə Mirzə Cəlilin, Əbdürrəhim bəyin hekayələrindən məlumatlıydı. Həmişə biz kitab oxuyanda üzümüzdə yaranan hisslərə reaksiyası belə olurdu: ”Niyə paxıllıq edirsiniz, bərkdən oxuyun görüm nə yazırlar”.

Anama hekayə oxumaqdan ləzzət alırdım. Onun oxuduqlarıma reaksiyası o qədər təbii olurdu ki, o reaksiyadan yeni bir hekayə yazmaq olardı.

Əbdürrəhim bəyin “Zavtra”sından anamın məlumatlı olduğunu bildiyimdən bu sözləri söyləmişdim.

Anam həm də Əbdürrəhim bəyin uzaq qohumu olduğunu deyir, Vəzirovlarla Əbdürrəhim bəyin qohum olduğunu danışardı. Anamın nənəsi Güllü xanım Vəzirovlar nəslindən idi. Qonşu Zümürxaç kəndinin Vəzirovların kəndi olduğunu, Zülfüqar bəy, Əsgər bəy Vəzirovların, Sovet İttifaqı Qəhrəmanı Aslan Vəzirovun qohumları olduğunu fəxrlə deyərdi. Hamımızın xüsusi hörmət etdiyi Həcər xanım Vəzirova (Zülfüqar bəyin xanımı), Ziba xanım Vəzirova (Əsgər bəyin xanımı) anamın yaxın qohumları, evimizin ən əziz qonaqları idi.

Anam çox səbirli idi, hirsləndiyimi, fikirli olduğumu görüb dedi: “Çox fikir eləmə, bir də gördün sabah sənə bir iş verdi”.

Sabah getdim, bütün günü gözlədim, Səfərəliyev məni qəbul etmədi, amma köməkçisinə tapşırıbmış ki, o Mirbəşirdən (Tərtərin o vaxtkı adı) gələn oğlana de, sabah tezdən yanımda olsun.

Sabah məni qəbul etdi. Üzünü pəncərəyə tutub məni görmürmüş kimi sözə başladı:

– Eşitdim Kirovabada (Gəncənin o vaxtkı adı) getmək istəyirsən. Nə işin var, ə, orda? Ora ciqanxanadı, böyrünə bir bıçaq vurajaxlar, öləssən. Sən mənə burda lazımsan. Gələn il “Azərbaycan” kolxozunda qəzet buraxdıracam. Kim çıxaracaq o qəzeti? Gözümün qabağında olacaqsan, burda, raykomda.

Sonra selektorun düyməsini basıb komsomolun birinci katibini çağırdı. Məni təlimatçı vəzifəsinə təyin etdiyini dedi. Açığı, bu təyinata çox sevinirdim, anama görə. O tək qalmayacaqdı, mən Gəncəyə gedəsi olmayacaqdım. Sabahdan Bərdə Rayon Komsomol Komitəsinin təlimatçısı kimi işə başlayacaqdım.

(Ardı var)

Andrey Babish

Narazılar milyarderi başa çıxarır

  • 23 Oktyabr 2017
Vergiler Nazirliyi

Vergilər Nazirliyində təkrar çəkişmələr

  • 23 Oktyabr 2017

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Müddətsizlik yolu?

comments
ManşetTribunaYazarlar

İki dünya arasında…

comments
ManşetXəbər

Büdcədə yenilik qanunu imzalandı

comments
ManşetXəbər

Müəllimlərin sınağı: təklif var

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Müddətsizlik yolu?

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Müddətsizlik yolu?

comments
ManşetTribunaYazarlar

İki dünya arasında…

comments
ManşetXəbər

Büdcədə yenilik qanunu imzalandı

comments
ManşetXəbər

Müəllimlərin sınağı: təklif var

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Türkiyə Ukraynanın qələbəsinə necə kömək edə bilər? – “Vaşinqton Post”

comments
ManşetXəbər

Maaş dolanbacı

comments
ManşetŞərh

Sülhün bir yolu

comments
ManşetTribunaYazarlar

O nümunədən bu nümunəyə

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrin itkiləri

comments
AktualManşetXəbər

Məclis üzvlərinin yeni maaşları

comments
ManşetXəbər

Manat yarım ildə 2,7 milyard dollar aparıb

comments
ManşetXəbər

Qaz bazarında çevriliş?

comments
Dünyanın səsiManşetXəbər

Müxalif lider postunu itirdi

comments
ManşetXəbər

Valyuta ehtiyatı nə qədər artıb?

comments
AktualManşetXəbər

Əlilliyin müəyyən olunması meyarları

comments
AktualDünyanın səsiManşetTribunaYazarlar

Rusiya neçə yerindən parçalana bilər? – “EUObserver” nəşri

comments
AktualManşetXəbər

Müharibə veteranlarına 210 manat

comments
AktualManşetXəbər

Zülmün nümayişi

comments
ManşetXəbər

Hasilatda yeni norma

comments
Dünyanın səsiManşetXəbər

Bayden: “Müharibə Ukraynanın məğlub olması ilə bitməyəcək”

comments
AktualManşetXəbər

İsa Qəmbərin şikayətinə baxılacaq

comments
ManşetXəbər

“Güc və müdriklik sayəsində torpaqlarımızı azad etdik”

comments
AktualManşetXəbər

Laçını tam qaytaran yol

comments
ManşetXəbər

Avropadan təzminat qərarları

comments
Dünyanın səsiManşetXəbər

İsrail növbədənkənar seçkiyə gedir

comments
Dünyanın səsiManşetŞərh

Putinin bu avantürası puça çıxıb – “Vaşinqton Post”

comments
TribunaYazarlar

O yay axşamı yağış həsrətilə yanırdı hamı!

comments
ManşetTribunaYazarlar

Hərənin öz siyahısı

comments
AktualManşetXəbər

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya

comments
ManşetXəbər

Səfər anonsları

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda