• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ataqamın nanəli konfeti

  • 27 İyul 2020
  • Posted in AktualManşetTribunaYazarlar
0
SHARES
FacebookTwitterPinterest

Rəşid Bərgüşadlı

Bu gün nasirlərimizin doxsan beş faizi hadisəyə gödək, allı-güllü bədii don geydirib “əsər” adıyla sırışt edənlərdir. Baxdığı filmlərdən, oxuduğu əsərlərdən biçdikləri yamaq mətnin şadara dəlikləri altında lala kimi qızarır. Yaşına-başına, davranış-duruşuna baxmadan həvəslə mütaliə etdiyim bir neçə yazıçımız var ki, fərqli yazmaq zülmünə dözür, oxucunu dalana dirəməyə fərasəti çatır. Onların arasında bərq vuran bir imzanı xüsusi vurğulamaq istəyirəm – Ataqamı…

Ataqamın mətnlərinə düşmək üçün nərdivan dayamağa ən etibarlı istinad onun yazılarına özündən qoyduğu hissi pıçıltılardır. Onun hekayələrini oxuyandan sonra öz-özündən soruşursan ki, nədi bu əsərlərdə sənə maraqlı gələn? Tələsik cavab verə bilməzsən. Cavabını tapmaq üçün mətnin altında sayrışan, səslərin kölgəsindəki küyə qulaq şəkləməlisən, obrazın mimikalarını sezmək üçün bir az da gözüaçıq olmalısan. Bu pıçıltılara ənənəvi şablon-trafaretlərlə qulaq dayamaq çox baməzə alınardı. Onun hekayəsini oxuyub qurtarırsan, amma əlində-ovcunda qalan başqa əsər olur.

Onun priyomları şahanədir: “Kənddə uşaqlar qaramanlı Osman kimi şirindil kişilərə “dayı”, Quşdan Məhərrəm kimi, nə bilim, Sərəncamın əri Abdal Əvəz kimi acıdil, əzazil kişilərə “əmi” deyirdi. Niyəsini bilmirdik, elə eşitmişdik, elə də deyirdik” – quşu gözündən vuran, oxucunu şirəyə çəkən sərrast atışdır! Oxucunun arxa cinahına atılmış əsl desant cümlədir!.. Neçə ilin dostuyuq, hər görüşdə ondakı söz baqajının tükənməzliyinə həsəd aparıram, xoruz səsi eşitməmiş ifadələrin açmasını öyrənirəm. Ataqamın ən yaxşı hekayələri zaman-məkan sərgərdanlığında darıxan insanın müşahidələri, xatirələridir. Qürbət ellərdə darıxmaqla baş-başa qalmaq fürsəti yazdırır onu.

Ataqam mətləbi ştrixlərlə verən, mətndən mətnə ustalıqla “qıl körpü”lər salan yazıçıdır. Onun bu üslubuna eyzan həsəd aparmışam. Baxın, “Nanəli konfet”də Bəsirətin canına and içdirib “İskəndərin buynuzu var, buynuzu…” nağılını dedirdən Osman son görüşdə şalvarının, köynəyinin cibini eşələyir, eşələyir.., heç nə tapmayıb yerə çökür. Sükanı yerdən götürüb sinəsinə sıxır. Çiyinləri əsə-əsə dayanmadan təkrarlayır: “İskəndərin buynuzu var, buynuzu”… Mətn burda bitir, amma sən məcbursan ki, Bəsirətlə Osmanın gizli icdivacından hali olmaq üçün “İskəndər Zülqərneyn” nağılını tapıb oxuyasan. Oxumasan, anlamazsan hər görüşdə Bəsirətin Osmana verdiyi nanəli konfetlərin dadını. Əslində qızın Osmanla görüşünə aid heç bir işarə yoxdu hekayədə, amma padşahın başını qırxan dəllək var ha –  gördüyü sirri qarnını deşən, gedib meşədə bir çuxur eşib oraya üç dəfə yavaşcadan “İskəndərin buynuzu var, buynuzu” deyən çoban… – bax, hekayənin mətləbi, gerisi həmin nağıldadı. O çuxurda bitən qarğıdan tütək qayırıb üfləsən “İskəndərin buynuzu var, buynuzu” sədası gəlməzmi? Gələr! Bəs Bəsirətin Osmanla gizli icdivacını qırx gündən çox gizləmək olardımı? Olmazdı! Osman cibində nanəli konfet tapammayanda oxucu artıq duyuq düşür ki, nanəli Bəsirət ölüb. Osmanın “buynuzu” burdaca pırtlayıb çıxır ortaya.

“Nanəli konfet” hekayəsini “İskəndər Zülqərneyn” nağılıyla açmaq… Mətləbi bu cür paralel mətnlər vasitəsilə vermək Ataqamın nasir kimi üstün fərqidir. Bu cür əsərləri oxuyandan sonra həmin nağılda deyildiyi kimi “adamın  qazanı aşla dolur, toxlar yeyib aclar doyur” və nəfəsini dərəndə baxırsan ki, havada bir azot atomu da tərpənmir…

Sudan səmərəli istifadə planı təsdiqlənib

  • 27 İyul 2020

Məmməd İbrahimə ittiham

  • 27 İyul 2020

Son materiallar

comments
ManşetXəbər

Karantin uzadılır, yumşalır

comments
ManşetXəbər

20-ci ilin xarici ticarəti

comments
ManşetXəbər

Prezidentin Şuşa çıxışları

comments

Azadlıq bölgəsində FOTOLAR

Rəylər

Do not miss

comments
ManşetXəbər

Karantin uzadılır, yumşalır

Son materiallar

comments
ManşetXəbər

Karantin uzadılır, yumşalır

comments
ManşetXəbər

20-ci ilin xarici ticarəti

comments
ManşetXəbər

Prezidentin Şuşa çıxışları

comments

Azadlıq bölgəsində FOTOLAR

comments
ManşetŞərh

Rəsmi statistikadan nə mövzu çıxır?

comments
ManşetXəbər

Arif Hacılı Mərkəzi Bank layihəsinin ləğvinə çağırır

comments
Dünyanın səsiManşetTribuna

Putin niyə “peyvənd nəhəngi” ola bilmədi?

comments
ManşetVideoXəbər

Şuşa səfərindən VİDEOLAR

comments
Dünyanın səsiManşetXəbər

Yaxın çevrənin itkiləri

comments
AktualDünyanın səsiManşetXəbər

Xaricdəki Azərbaycan

comments
ManşetXəbər

Vüqar Səfərli həbs edilib

comments
Dünyanın səsiManşetXəbər

İndoneziyada qeyri-adi peyvənd strategiyası

comments
ManşetŞərh

Üç azalmanın ikincisi

comments
Dünyanın səsiManşetXəbər

Avropa Məhkəməsindən yeni cərimələr

comments
AktualDünyanın səsiManşetŞərh

Kapitoliyə basqın doğrudanmı Putinə hədiyyədir?

comments
AktualManşetTribunaYazarlar

Əriyib yoxa çıxmaq

comments
AktualManşetXəbər

“Heç bir biznesim yoxdur və olmayıb”

comments
AktualManşetŞərh

İqtisadçı bahalı layihəyə qarşı

comments
AktualDünyanın səsiVideoXəbər

Pandemiya və yeni texnologiyalar: qayğıkeş robot, ağıllı maska…

comments
AktualManşetXəbər

Vasitəçisiz danışıq təklifi 

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda