• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Telmana

  • 26 İyul 2020
  • comments
  • Novator.az
  • Posted in AktualManşetTribunaYazarlar

Hikmət Sabiroğlu

Mən sənə Dəli Telman deyirəm.

Dəli deyilsən, dəli-dolusan, ipə-sapa yatmırsan, yerə-göyə sığmırsan, Seyfullayev.

Neçə yol sözümüz çəp gəlib, vuruşmuşuq. Sən sərt, mən ürəyiyuxa. Amma küsmədik, aralanmadıq – el adamı, torpaq adamısan, el adamı, torpaq adamı mənim də adamımdır, sənin də.

…1994-cü ilin payızında Şamaxıya, Zöhrab Əmirxanlının (heyf Zöhrabdan!) qardaşının toyuna getmişdik. Sən dəvət almadığın o toya “Azadlıq” qəzetinin işçilərini BMV-nə yığıb gətirmişdin.

Qayıdanda sənin maşınına oturdum. Bərk sürdün və elə Şamaxının tən ortasındaca, payız nəminin islatdığı sürüşkən yolda maşın əldən çıxıb əvvəl bir ağaca, sonra başqasına dəyib ləngərlədi; hər sürücü o vəziyyətdən çıxa bilməzdi, sən özünü itirməyib maşını aşmağa qoymadın.

Alman maşını olmasaydı, beş adamın biri də salamat qalmazdı.

Heç kimin burnu qanamadı, amma BMV xurd-xəşil oldu.

Mən o vaxt təzə-təzə tanıdığım Telmanın toxtaqlığına heyran qaldım. Yetim-yesiri Şamaxıya daşıyıb ziyana düşmüşdün, amma heç halını da pozmadın.

1994-cü ildə hər qapıda BMV nə gəzirdi? Konserv qutusuna dönmüş maşının beş-üç hissəsi satlıq oldu, o da dərdə dərman deyildi, sən kimdənsə bir manat ummaq nədir, heç üzünü də turşutmadın.

…Şəhərin mərkəzində kafe işlədirdin. İdeya adamlarının mehr saldığı o kafedə səni hər zaman gülərüz gördük, haqq-hesab sənin stola müftə göndərdiyinin yarısı eləmirdi, onu da götürmək istəmirdin.

…Dost-qardaşın toyunu danışmağı, yemək-içməyə nəzarəti, qonaq-qaranı yola salmağı hər zaman sənə yüklədik.

Tanımadığın adam yoxdur: dost maşın almaq istəyir – Telman, yol polisinə işi düşüb – Telman, ev axtarır – Telman, hər yerdə, hər işdə varsan.

Kazandan vurub İstanbuldan çıxırsan, Tiflisdən vurub Moskvadan – hansı qapını döyürsən, dost qapısı, qardaş qapısıdır.

…Qızının toyu. Bir yanda jurnalist, şair-şüəra oturub. Bir yanda siyasətçi. Bir yanda futbol veteranı. O biri yanda maşın işinə baxan. O biri yanda şərə-şur adamlar. Hamısı da Telman deyir. Belə bir Telmansan.

Hər yerə çıxışın var. İstəsən, Bakının yarısı sənin olardı, amma hər qapını döyməz, hər adama ağız açmazsan.

Əlində-ovcunda olanı da buna görə itirdin.

Sən dünya malının yox, ideyanın əsirisən. Sənin ideyan dörd bir yanı düşmənlə dolu, içində qara yellər əsən Azərbaycandır. Sən qazanc istəmirsən, kimisə taxtdan yıxıb kimisə posta gətirmək istəmirsən, vətəni azad görmək istəyirsən, qayınlarını Ağdamda, məni Şuşada görmək istəyirsən, bu yolda heç nə gözündə deyil, el adamısan, Seyfullayev.

Ədalət istəyirsən. Sənin başqa bir diləyin yoxdur.

…Hər görəndə, danışanda “Özünü qoru, tutulma” deyirdim.

Çox adam indi, sən həbs olunanda eşidib, amma mən çoxdan bilirəm yoldaşın xəstədir. Bilirdim əlinə düşən beş manatın beşi də dava-dərmana gedir, gecən-gündüzün yox, rahatlığın yox, evin işini də özün görürsən…

Amma elin adı olan yerdə Telmanın gözünə heç nə görünməz.

Səni qınamıram. 30 il qabaqkı üç şüarımızın üçü də hələ şüardır: Qarabağ, müstəqillik, ədalət. Bilirəm, Dəli Telman, buna dözmək çətindir…

“Qarabağ söhbətləri”:

Fevral 1988

Balalar

Adamlar

Niyyət

Bizim sinif

Mahnılar

Almatıya məktub

Güllələr, toylar, şəkillər

Sərçələr qaldı

Sevgilər

Yol üstündə

Yay yağışı

Başqa yazılar:

Mənim gördüyüm yanvar

Onun adı Yusifdir…

Ayrılığın əvvəli

Yol uzunu 

Şuşada qış

Şuşada ölməklə Şuşasız ölməyin fərqi

Qardaşımın barmaqları

Bağışlamasa yaxşıdır

5+2 neçə eləyir, Şuşa?

Öyüd

Şirməmməd müəllimin dərsləri

Aynur

44 uçqunu

İbadət vaxtı

Hər dərdin dərmanı

Jurnalist vəsiqəsi

Minalanmış sahələrə doğru irəli!

  • 25 İyul 2020
  • comments

Operativ qərargahdan

  • 26 İyul 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Laçınlı Sultanovların savaşı

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Avropa İttifaqı: əhali statistikası nə göstərir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Ukraynada Çin casusları tutulub

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Media
  • Nəsr
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Laçınlı Sultanovların savaşı

Son materiallar

comments
ManşetTribunaYazarlar

Laçınlı Sultanovların savaşı

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Avropa İttifaqı: əhali statistikası nə göstərir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetTribuna

QHT-lərin kitabı niyə bağlanır? – “Foreign Affairs”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda