• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Kitab dükanları niyə açılmır?

  • 24 İyul 2020
  • comments
  • Novator.az
  • Posted in AktualManşetTribunaYazarlar

Şahbaz Xuduoğlu, 
“Qanun” nəşriyyatının direktoru 

Kitab cəmiyyətin zərif üzüdür. Azca gərginlik yarananda kitab dərhal böhrana düşür: oxunmur, yaddan çıxır, dükanlar qapanır, kitabxanalar bağlanır.

Siyasi aktivlik olanda oxumaq passivləşir. İnqilabi ruh toxtayana qədər kitab oxunmaz.

Cəbhədə gərginlik yarananda havası kitabı vurur. Pandemiya da kitabı əzdi: dükanlar qapandı və hələ də işləyə bilmir.

Karantinin ilk günlərində evdə oturmaq bir az əyləncəli gəlirdi. “Düşünməyə, oxumağa vaxt qazandıq” deyənlər də vardı. İlk aylarda online kitab satışı artdı. Bu, gündəlik satılan kitabın cüzi bir hissəsini təşkil etsə də, bazarda dinamik əhval yarada bilirdi.

“Evdə qal, kitab oxu”, amma nə oxusun? Online çatdırma bizdə çox zəif durumda idi. E-kitab da yox. Nəşriyyatlar buna hazır deyildilər. Heç kitab dükanları da. Dükanlar online işləməyi hələ indi-indi qaydaya salmağa çalışır…

Bəs dünya kitabı koronavirus dönəmini necə yaşayır?

Aprelin 20-dən Almaniyada kitab dükanları yenidən işləməyə başladı. Paytaxt Berlində kitab dükanları ümumiyyətlə bağlanmamışdı.

1 ay qapalı qalandan sonra kitab dükanlarının cəmiyyət üçün əvəzedilməz olduğu qənaətinə gəldilər və ölkə boyu işləməsinə icazə verildi. Alman Naşirlər və Kitabçılar Assosiasiyasının məlumatına görə, 4 həftə ərzində kitab dükanlarına 543 milyon avro ziyan dəyib. Kitab dükanları açıq olsa da, alıcılıq xeyli aşağı düşüb: həm dükanlara gələnlər azalıb, həm də insanlar öz xərclərinə qənaət edir.

Türkiyədə də kitab dükanlarının əksəriyyəti işlədi. Türkiyə Yayınçılar Birliyi “Pandemiya günlərində bölgələrdə kitab evlərinə dəstək olalım” şüarı ilə cəmiyyətə müraciət etdi. Dövlət kreditlər və yardımlarla kitab sektorunu əvvəlki halına qaytarmağa çalışır.

Bəzi yerlərdə vətəndaş cəmiyyətinin təmsilçiləri evdə qalanlara ərzaqla yanaşı KİTAB YARDIMI kampaniyası da təşkil etdilər.

Beynəlxalq yarmarkalar təxirə salındı. Düzdür, Frankfurt hələ də oktyabrda nəzərdə tutulan yarmarkanı keçirməyə ümid edir.

American Association of Publishers (AAP) kitabçılara və kitabxanalara dəstək almaq üçün Konqresə məktub göndərdib. Konqresdən istənilən məbləğ 2 milyard dollardır.

Britaniya dövləti naşirlərə, kitabçılara 100 faizlik zəmanətlə, aşağısı 50 min funtdan başlayaraq kredit verməyə başlayıb.

Dünyanın hər yerində kitaba müxtəlif formalarda dəstək olmağa çalışırlar. Bəzi yerlərdə dövlət kitabxanalar üçün nəşriyyatlardan daha çox kitab almağa başladı, bu da yardımın bir formasıdır. Vergilərdən, kommunal ödənişlərdən azad etdilər.

Bəs bizdə?

…Belə bir vəziyyətdə dükanlarını dayandırmaq kitabı daha da böhranlı duruma sürükləyir. Çox istərdim ki, Nazirlər Kabineti yanında operativ qərargah karantin rejimi dövründə kitab dükanlarının işləməsinə icazə versin.

Yaxın ölkələrdə yoluxma və sağalma

  • 24 İyul 2020
  • comments

Telman Seyfullayevin yoldaşı ağır xəstədir

  • 24 İyul 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Elm
  • Ədəbiyyat
  • Gənclər
  • Mədəniyyət
  • Nəsr
  • Sosial
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda