• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Operativ qərargahın informasiya siyasəti

  • 23 İyun 2020
  • comments
  • Novator.az
  • Posted in ManşetMediaTribunaYazarlar

Onun qərarları, brifinqləri niyə təsirli və inandırıcı deyil?

Seymur Kazımov

İnamsızlıq. İnam yaratmağa bank hesabı kimi baxın. Şəxs inanmadığı banka pul qoymaz. Operativ qərargah da özünü müflis olacağını elan etmək istəyən bank kimi aparır. Amma elan etməyə tələsmir. “Məsuliyyətsiz” adlandırdıqları vətəndaşlar isə tərslikdən məsuliyyətli davranıb, onlara inanmır.

Pandemiya sanitar-epidemioloji vəziyyətdir. Bunun həll yolu isə sosial problemlərin həllindən keçir. Dəfələrlə suallar verildi ki, kommunal xərclərlə bağlı hansı güzəştlər olacaq? Məlum oldu ki, güzəşt dedikləri hansısa məbləğdən hansısa faizin azaldılmasıdır. Vətəndaş isə kommunaldan tam azad olunmağı gözləyir. Xalqı evə yığırsansa, bunu həll etmək gərəkdir.

Bundan başqa, 190 manatlıq kompensasiya ilə bağlı məsələ. Vəsaitlərin verilməsi hələ də həllini tapmayıb. İnsanlar günlərlə bankların qarşısına axışır.

Daha bir məsələ: Nazirlər Kabinetinin qərarında qeyd olunur ki, hər iki valideyni yaşa görə əmək pensiyası alan şəxslərin övladları təhsil haqqından azad olunacaq. Çox maraqlıdır ki, yaşa görə əmək pensiyası almaq üçün kişinin 64, qadının 61.6 yaşı olmalıdır. Azərbaycanda yaşları 64 və 61 olan neçə şəxs var ki, onların övladları universitet tələbəsi olsun? Detallı analiz aparsaq, bu kimi məsələlər çoxdur. Vətəndaş elə belə qərarlara görə inanmırlar.

Mesajın doğru çatdırılmaması. Nazirlər Kabineti yanında operativ qərargahın vətəndaşlara ən çox əzab verdiyi məqam budur. Qərargahın verdiyi qərarlar dəfələrlə oxunur, amma çox nadir hallarda anlaşılır. Qərarların çıxdığı gün Azərbaycan sosial şəbəkəsində ciddi müzakirələr gedir. Qərarları yox ha, orada yazılanları müzakirə edirlər. Hamı bir-birindən soruşur, biri izah edir, başqa biri onunla razılaşmır, tamam başqası məcbur qalır rəsmilərdən kiməsə zəng vursun, o da telefonda başlayır izah etməyə, sonra həmin fikir paylaşılır… bir neçə saat bu kimi halların aydınlaşdırılmasına gedir.

Nəzərə alın ki, sosial şəbəkələrdə bu sayaq müzakirələr daha çox jurnalistlər, iqtisadçılar, siyasətçilər arasında gedir. Yaxşı olardı ki, qərargahdakılar yazdıqları mətni öncədən sınaqdan keçirsinlər, yəni kiməsə oxutsunlar.

Çıxışların planlaşdırılmaması. Əsas ciddi qüsur burada üzə çıxır: bütün natiqlər “nə deyəcəyəm” yox, “nə üçün bunları deməliyəm” barədə düşünməlidirlər. Yəni bu çıxışımdan sonra dinləyici, izləyici nə öyrənəcək.

SPİN. “İstəyirəm bunu başa düşəsiniz və dərk edəsiniz…” Bundan öncə də “məsuliyyətiz”, “eqoist” deyilmişdi. Belə cümlə və sözlərə SPİN deyilir. Bunun da əsas qayəsi manipulyasiya etməkdir.

SPİN-in ən geniş yayılmış növlərindən biri öz günahını başqasının ayağına yazmaqdır. Sanki üzr istəyirmiş kimi: “Təəssüf ki, siz məni doğru anlamadınız”. Fikir verin, demir ki, “təəssüf ki, mən sizə doğru izah etmədim”.

Bu da canlı nümunə:

“İstəyirəm bunu başa düşəsiniz və dərk edəsiniz …”

“Bizim qısa qapanmalara getməyimiz gözlədiyimiz nəticəni vermədi, tam əks nəticələr aldıq…”

Reallıqdan və alternativ fikirdən uzaq. Operativ qərargahın brifinqləri müzakirəyə açıq və demokratik deyil. Orada müstəqil media və jurnalistlər, həm də vətəndaş cəmiyyəti təmsil olunmur. Bunun üzərində çox dayanmağa gərək yoxdur. Siz operativ qərargahın brifinqində iştirak edən şəxsləri müstəqil mediaya açıqlama və müsahibə verən görmüsünüzmü?

Aşkarlığın olmaması. Operativ qərargahın tərkibinə daxil olan elm adamlarının adı, soyadı və vəzifələri barədə bugünədək məlumat yoxdur. Bilmirik belə adamlar var, ya yox. Yuxarıda qeyd etdiyimiz kimi, pandemiya sanitar-epidemioloji vəziyyətdir. Qərarları verən şəxslər kimlərdir?

Aktual deyil. Bugünədək kommunal xərclər, sosial yardımlar və bank kreditləri ilə bağlı bir nəfər də media qarşısına çıxmayıb. Vətəndaşları, ümumiyyətlə bütün cəmiyyəti narahat edən əsas məsələlər bunlardır. Nazirlər Kabinetinin mətbuat katibi bir neçə dəfə bu tip suallara “üzərində iş gedir” cavabını verdi, sonra da “biz kommunizm deyilik ki, yardımlar edək” tipli bir açıqlama verdi.

Media qarşısına çıxarılan şəxslər. Onlara nə dərəcədə inanırsınız? Onların ƏMİNETMƏ və TƏSİRETMƏ bacarıqları varmı?


Müəllifin başqa yazıları:

Jurnalistika fakültəsi və “qabiliyyətli” tələbələr

Ədəbi dil normalarına əməl etməklə yalan danışmaq olarmı?

Jurnalist seçim qarşısında: vicdan, yoxsa pul?

Medianın yaratdığı “qəhrəman” və “düşmən” obrazlarının cəmiyyətə təsiri

Sosial medianın ənənəvi media üzərində qələbəsinin əsas səbəbləri

Azərbaycanda media niyə biznesə çevrilə bilmir?

“Ölü jurnalist material hazırlaya bilməz”

İtkin düşən alpinistlər, mübahisə edən nazirliklər, susqun media və bloqçular

Peşəkar jurnalist olmağın yükü… Azərbaycanda

Azərbaycan televiziyalarının seçki reallıqları

Medianın “həqiqəti üzə çıxarmaq” problemi

Gənc jurnalistləri kimlərdən qorumalı?

Mətbuat Şurasının qurultayı nə ilə yadda qaldı?

Keyfiyyətli jurnalistika tədrisinə necə nail olmalı?

Tənqidə dözümsüzlük problemi və onun fəsadları

Sosial medianın qanuni yollarla inhisara alınması

Təhlükəli tendensiya: jurnalistin siyasətə qarışması

Jurnalistin vətəndaş mövqeyi olmalıdırmı?

Məsuliyyətsiz jurnalistika

Vətəndaşın “informasiya aclığı” problemi

KİV-lə işin düzgün qurulması təlimatı

Azərbaycan əhalisinin “media savadlılığı” göstəriciləri

Natamam jurnalistika, məlumatlı əhali

İnformasiya təminatı effektiv kommunikasiyanın əsas şərtidir

Mətbuat konfransını işıqlandırmaq qaydaları: nələrə diqqət etmək lazımdır?

Jurnalistə hücum: demokratiyaya, vətəndaşa, dövlətə vurulan zərbə

ABŞ söz, mətbuat azadlığı sahəsində hegemonluğunu itirirmi?

Jurnalistlərin Posttravmatik Stress Pozuntusu problemi

KİVDF-nin “Qəzetlər nə zaman öləcək” sualına cavabı

Keyfiyyətli jurnalistika təhsilinin bazası: azadlıq, müstəqillik

Qeyri-peşəkar mətbuat katibləri və “psix” jurnalistlər

Mətbuat günümüz və bu günün reallığı

Manipulyasiya – jurnalistikanın gizli funksiyası

KİV-in nəzarət mexanizmi niyə çalışmır?

Dağlıq Qarabağ məsələsini beynəlxalq tədbirlərdə necə səsləndirməli?

Jurnalist mitinqdə və ya PRESS gödəkcəsi indulgensiya deyil

Seçkidə məğlub olan jurnalistin peşəsinə dönüşü etikdirmi?

Media koronavirusla bağlı hansı suallara cavab tapmalıdır?

5878 nəfər aktiv xəstə var

  • 22 İyun 2020
  • comments

Konstitusiya Məhkəməsindən pensiya şərhi

  • 23 İyun 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
comments
TribunaYazarlar

Dustaqlara nə deyərdim?

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Elm
  • Hüquq
  • Media
  • Səhiyyə
  • Siyasət
  • Sosial
  • Texnologiya
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda