• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Azadlıq” macar dilində

  • 11 İyun 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

Macarıstanın “Narkut Kiado” nəşriyyatı xalq yazıçısı, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri Afaq Məsudun “Azadlıq” (“Szabadulás”) romanını nəşr edib. Əsəri türk dilindən (“Azatlık”, “Zengin yayıncılık” nəşriyyatı – 2018) macar dilinə Laura Pal çevirib.

Paytaxt Budapeştdə fəaliyyət göstərən “Narkut Kiado” müasir və klassik macar ədəbiyyatı ilə yanaşı dünya ədəbiyyatı nümunələrinin nəşrinə də geniş yer ayıran aparıcı nəşriyyatlardan biri kimi tanınır.

Kitab “Narkut Kiado” nəşriyyatının təşəbbüsü və maddi dəstəyi ilə işıq üzü görüb.

Novator.az bildirir ki, müsahibələrinin birində Afaq Məsud “Azadlıq” romanını belə təqdim edir: “Azadlıq” 1990-cı illərin əvvəllərində – Azərbaycan öz müstəqilliyi uğrunda mübarizəyə qalxdığı kəşməkəşli dövrlərdə yazılıb. O illər Bakının dənizkənarı bulvar tərəfində yerləşən Azadlıq meydanı Azərbaycanın döyünən ürəyinə çevrilmişdi, məmləkətin dörd bir yanından bura insanlar axışır, hər tərəfdən “Azadlıq” sədaları eşidilirdi. Bu, hədsiz təsirli bir mənzərə idi. Uzun illər sovetlər birliyinin tərkibində, sovet ideologiyası əsarətində boğulan xalq artıq azad nəfəs almaq istəyirdi.

Bütün bu hadisələrdə, təbii ki, mən də iştirak edirdim, insanların günlər və həftələrlə meydanı tərk etmədiyini, soyuq gecələrdə tonqallar qalayıb, çadırlarda yatdığının şahidi olurdum.

Eyni zamanda bu izdihamlı xalq hərəkatına qatılan, lakin ölkədə nə baş verdiyini anlamayan, ora Vətəninin dərdi, yaxud hansısa azadlıqlar üçün yox, neçə illərdən bəri üst-üstə qalanan xırda, məişət dərdləriylə gəlib o birilərlə birgə “Azadlıq!” deyə qışqıran insan kütlələrini də görürdüm. Bu isə tamam ayrı, sarsıdıcı bir mənzərə idi. Onda məni belə bir hiss bürüdü ki, bu adamlara baş verənlərin mənasını anlatmaq, azadlığın mahiyyətini izah etmək lazımdır. Roman belə yazıldı”.

Media qadağası necə şərh olunur?

  • 11 İyun 2020
  • comments

İstehsal, işçi və maaş hesabatı

  • 11 İyun 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ədəbiyyat
  • Nəsr
  • Yazarlar

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda