“Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitablar haqda məlumatları təqdim edirik.
Cəfər Cabbarlı, “Od gəlini” (21 şəkildə pyes)
“Od gəlini” əsas etibarilə IX əsrdə baş vermiş tipik tarixi hadisələrə və bu hadisələrin başında duran xalq sərkərdəsi Babəkin ərəb işğalçılarına qarşı mübarizəsinə həsr edilib.
Əsərin ilk variantı 1925-ci ilin ortalarında hazır olduğu halda, Cabbarlı onun üzərində tam üç il də işləyib, təkmilləşdirib və ancaq bundan sonra teatra verib.
Kitabın satış qiyməti 4.49 manatdır.
Frans Kafka, “Atama məktub”
“Atama məktub” Frans Kafka tərəfindən 1919-cu ildə atasına yazılmış, ancaq göndərilməmiş məktubdur. Məktub onun vəfatından sonra Maks Brod tərəfindən çap etdirilib. Məktubun mətni Kafkanın şəxsi həyatına toxunur və bununla onun haqqında psixoanalitik və bioqrafik araşdırmalar üçün əsas sayılır.
1919-cu ilin yanvarında Kafka Şlesendəki kurortda müalicə olunan zaman Yuliya Voriçek ilə tanış olur və bir neçə ay sonra onunla nişanlanır. Buna Kafkanın atası pis münasibət bəsləyir. Güman edilir ki, bu, Kafkanın atasına belə uzun məktub yazmağa məcbur edib. Məktub 10-13 noyabr 1919-cu ildə yazılıb. Kafkanın toyu noyabr ayına təyin edilsə də, baş tutmur. Səbəb kimi guya mənzil problemi götərilir.
Yüz səhifəlik əlyazmadan ibarət bu məktubda Kafka atası ilə konflikti çözməyə çalışır. Bu münasibətdəki problemləri o, atası ilə mənəvi cəhətdən uyğunsuzluqla əlaqələndirir. Məktubun sonunda o ümid edir ki, bundan sonra onların ikisi də müəyyən qədər sakitləşəcək, yaşamaq və ölüm asanlaşacaq.
Əsəri Vilayət Hacıyev tərcümə edib.
Kitabın satış qiyməti 2.49 manatdır.
Şərif Ağayar, “Arıların səssizliyi”
“Arıların səssizliyi” kitabında müəllifin 20 illik yaradıcı fəaliyyəti zamanı qələmə aldığı hekayələrdən 20-si seçilərək təqdim edilib. Hekayələr Qarabağ və müharibə insanı üstünlük təşkil etməklə müxtəlif mövzuları əhatə edir.
Kitabın satış qiyməti 9.99 manatdır.
Stefan Sveyq, “Dəhşətli sirr” (təkrar nəşr)
Mülayim xasiyyətli baron on iki yaşlı Edqarın anasının xəyallarını həyata keçirməyə çalışır. Bunun üçün onu da özü ilə götürür, üçü birlikdə Avstriya dağlarının ətəklərinə istirahətə yollanır. Onun ilk cəhdləri cavabsız qalır. Baron arzuladığı qadınla yaxın olmaq üçün Edqarla dost olmağa başlayır.
Başlanğıcda heç nədən şübhələnməyən uşaq bir müddətdən sonra bəzi şeylərin yolunda getmədiyini başa düşsə də, yaxın vaxtlarda onun həyatını həmişəlik dəyişdirəcək alovlu sirdən tamamilə xəbərsizdir.
Kitabın satış qiyməti 3.49 manatdır.
Сабир Рустамханлы, “Последнее слово академика”
Главными героями романа Сабира Рустамханлы, народного поэта Азербайджана, известного общественного деятеля, «Последнее слово академика» являются историк Зияд Шихли, его сын Валерий, командир оккупационной армии, и Мурад, аспирант академика. Их судьбы позволяют автору пролить свет на трагедии оккупации, депортации, геноцида, репрессий с которыми столкнулись азербайджанские турки в последние два столетия. Все это этапы генетической войны против азербайджанцев. Это художественный результат работы.
Публикация романа на азербайджанском языке была встречена с большим интересом читателей.
Kitabın satış qiyməti 9.99 manatdır.
Николай Гоголь, “Записки сумасшедщего”
Один из петербургских знакомых Гоголя, во время чайных вечеров на его квартире, подробно, по много часов, рассказывал Гоголю о психологии сумасшедших. Материалы из этих рассказов и вошли «Записки сумасшедшего».
Повесть была написана в 1834 году и представляет собой дневник мелкого чиновника. В начале записей он описывает свою жизнь, работу и окружающих его людей. Пишет о своих чувствах к дочери директора, и вскоре после этого начинают проявляться признаки сумасшествия. Через несколько дней он полностью отрывается от реальности, считая, что он — король Испании. Его безумие видно даже по числам в дневнике. Герой попадает в сумасшедший дом, и в конце записи полностью теряют смысл, превращаясь в набор фраз.
Kitabın satış qiyməti 2.99 manatdır.