“Qanun” Nəşrlər Evi “İmperator Nadir şah Əfşar” və “Saxta kupon” əsərlərini kitab şəklində çap edib. Həmin kitablar haqda qısa məlumatları oxucuların diqqətinə çatdırırıq.
Ədalət Tahirzadə, “İmperator Nadir şah Əfşar”
Bu kitab XVIII yüzildə dünyanın ən azman hökmdarlarından biri və əzəmətli türk Əfşar İmperatorluğunun qurucusu Nadir şah Əfşarın (1688-1747) yaşamından və işlərindən danışır.
Çoxsaylı qaynaqların incələnməsi sonucunda yazılmış bu əsər müəllifin Nadir şah haqqında Azərbaycan tarixşünaslığında ilk dəfə qələmə aldığı və bir neçə dəfə nəşr edilmiş “Nadir şah Əfşar (Tərcümeyi-hal oçerki)” kitabı (ilk nəşri: Bakı: “Kür” nəşriyyatı, 2002) əsasında hazırlanıb.
Kitab bütün təbəqələrdən olan oxucular, özəlliklə məktəb yaşlı uşaqlar üçün nəzərdə tutulub.
Kitabın satış qiyməti 4.99 manatdır.
Lev Tolstoy, “Saxta kupon”
Bu kitab bir cinayətin – saxta kuponlar istehsal etməyin necə silsilə qanlı cinayət və ölümlərə aparması haqda məşhur povestdir. Bir saxta kupon neçə-neçə ailənin “faciəsinə” çevrildi. Povest bu gün də aktual olan mövzuları özündə əks etdirir.
“…Qəribə əhvalatdır. Cəllad tapa bilməyiblər. Moskvada biri var imiş, o da, oğlumun dediyinə görə, “İncil”i oxuyandan sonra deyib ki, adam öldürə bilmərəm. Özü qətl üstündə katorqa işlərinə məhkum edilib, indi isə birdən-birə qanunla adam öldürə bilmir. Ona deyiblər ki, qamçı ilə səni döyərik. Döyün, deyə cavab verib, fərq etməz, öldürə bilməyəcəm”.
Əsəri Y.Əzimzadə tərcümə edib.
Kitabın satış qiyməti 4.49 manatdır.