• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Media koronavirusla bağlı hansı suallara cavab tapmalıdır?

  • 10 Mart 2020
  • comments
  • Novator.az
  • Posted in ManşetMediaTribunaYazarlar

Seymur Kazımov

Dünyanı koronavirus adlı bir xəstəlik bürüyüb – ən çox Çində, İtaliyada, hətta qonşumuz İranda insanları öldürür. Azərbaycanda isə bununla bağlı ictimai müzakirə keçirilmir. Təbii ki, söhbət mediadan gedir. Bir-iki müsahibə və məqaləni çıxmaq şərtilə, yalnız protokol tipli xəbərlər verilir.

Əsas suallar və onlardan doğan narahatlıqlar:

  • Qlobal Sağlamlıq Təhlükəsizliyi İndeksi dövlətlərin epidemiyalara qarşı mübarizə hazırlığı barədə reytinq cədvəlini açıqlayıb. Keçmiş SSRİ ölkələrindən Latviya, Rusiya və Ermənistan ən yaxşı, Qazaxıstan, Azərbaycan və Türkmənistan isə ən zəif hazırlıqlı ölkələr olan cərgədə göstərilib. Digər tərəfdən də ABŞ Dövlət Departamenti vətəndaşlarına Azərbaycana və bir neçə ölkəyə səfər etməyi tövsiyə etmir.
  • Virusa qarşı əsas tədbirlərdən biri də şəxsi gigiyenadır. Masallı və Astaradakı xəstəxanalarda karantində saxlanılan bir qrup pasiyent günlərlə isti suyun olmadığından şikayət edib.
  • Bir ay müddətində bağça, məktəb və universitetlər bağlı olacaq – koronavirus təhlükəsinə görə. Nəzərə alsaq ki, Novruz tətili yaxınlaşır, əksəriyyət məlum virusa görə xarici ölkələrdəki tətillərini də təxirə salmalı olub, deməli, Bakı və digər böyük şəhərlərdə də insanlar meydanlara, parklara, ticarət və əyləncə mərkəzlərinə axışacaq. Bu tip kütləvi və ictimai məkanlarda hansı tədbirlər görüləcək? İçərişəhərdə 19-29 mart tarixində Novruz festivalının keçirilməsinə hazırlıq gedir.
  • Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, virusdan ölənlərin çoxu yaşı 50-dən yuxarı olanlardır. Dəmiryol vağzalında, avtovağzallarda hansı profilaktik tədbirlər aparılır? Yəqin ki, İrandan gəlib, Azərbaycandan keçib Gürcüstana gedən və xəstəlik aşkarlanan şəxs barədə məlumatlısınız. Dövlət Avtomobil Nəqliyyat Xidmətindən deyiblər ki, o şəxs İrandan Azərbaycana müntəzəm daşıma olmayan marşrutla gəlib və müntəzəm olmayan marşrutla da Gürcüsana gedib. Maraqlıdır, həmin şəxslə bərabər o maşrutda neçə nəfər olub və onların aqibəti məlumdurmu? Ümumiyyətlə, bu tip qanunsuz sərnişindaşımanın qarşısı niyə alınmır?
  • Gürcüstanda martın 2-dən 16-dək tədris prosesinə fasilə verildi. Onlar bunu apreldəki yaz tətili ilə kompensasiya edəcəklər, yəni proqram öncədən planlaşdırıldığı kimi davam edəcək. Uzun illərdir ki, Azərbaycan məktəblərində yay tətili iyunun 14-də başlayır və tez-tez şikayət olur ki, tədris proqramı bitib, amma uşaqlar məktəbə getməyə məhkumdurlar. Azərbaycanda bu sistem necə tənzimlənəcək, dərs ili uzadılacaqmı, yoxsa?..
  • Tədris və təlim-tərbiyə müəssisələri demək olar ki, mart ayı ərzində qapalı olacaq. Hansı təxirəsalınmaz tədbirlər görülür? Büdcədən 10 milyon manat vəsait ayrılıb. Nəyə xərclənəcək bu pullar? Apteklərdə spirt və maska qıtlığı yaşanır, hətta dövlət başçısı da bununla bağlı göstərişlərini verib.
  • Koronavirus maliyyə bazarlarını çökdürüb, dünya iqtisadiyyatı təhlükə altındadır. Proses Azərbaycana necə təsir edib?
  • Virusla mübarizə aparmaq üçün əsas şərtlərdən biri də qida məhsullarının – ətin və yumurtanın yaxşı bişirilməsidir. Qida Təhlükəsizliyi Agentliyi bununla bağlı restoran və kafelərdə monitorinq aparıbmı?
  • Virusun yayılmasından ən çox zərər çəkən sahələrdən biri də turizmdir. Dövlət Turizm Agentliyi turoperatorlara tövsiyə edib ki, koronavirusun yayıldığı ölkələrə getmək arzusunda olan vətəndaşlarımızı səfərin mümkün riskləri barəsində məlumatlandırsınlar. Ölkə daxilindəki turizim obyektlərində, otellərdə vəziyyət necədir?
  • Gigiyena və Epidemiologiya Mərkəzi Çindən onlayn sifarişləri dayandırmağı məsləhət görür. Bugünədək Çindən gətirilən məhsullar yoxlamaya məruz qalıbmı? Virus demək olar ki, bütün dünyada yayılıb və Gigiyena və Epidemiologiya Mərkəzinin fəaliyyəti yalnız məhsulların yoxlanılması ilə məhdudlaşırmı?
  • Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri hesab edirlər ki, yoluxucu xəstəliklərin çoxalması həm də iqlim dəyişiklikləri ilə bağlıdır. Azərbaycan da bu dəyişiklikdən əziyyət çəkən ölkələrdən biridir.

Suallar çoxdur, elə bu suallarla müşayiət olunan narahatlıqlar da. Amma çoxusunun ya cavabı yoxdur, ya da natamam cavablardır. Bunun isə bir izahı var – azad, müstəqil medianın olmaması. Olsaydı, bu və digər hallar müzakirəyə çıxarılar, həll yolları göstərilər və insanlar da maariflənərdi.

Azərbaycan mediası koronavirusa qədər sıradan çıxıb. Əksini sübut etmək indi jurnalistlərin və medianın öhdəsinə düşür.


Müəllifin başqa yazıları:

Jurnalistika fakültəsi və “qabiliyyətli” tələbələr

Ədəbi dil normalarına əməl etməklə yalan danışmaq olarmı?

Jurnalist seçim qarşısında: vicdan, yoxsa pul?

Medianın yaratdığı “qəhrəman” və “düşmən” obrazlarının cəmiyyətə təsiri

Sosial medianın ənənəvi media üzərində qələbəsinin əsas səbəbləri

Azərbaycanda media niyə biznesə çevrilə bilmir?

“Ölü jurnalist material hazırlaya bilməz”

İtkin düşən alpinistlər, mübahisə edən nazirliklər, susqun media və bloqçular

Peşəkar jurnalist olmağın yükü… Azərbaycanda

Azərbaycan televiziyalarının seçki reallıqları

Medianın “həqiqəti üzə çıxarmaq” problemi

Gənc jurnalistləri kimlərdən qorumalı?

Mətbuat Şurasının qurultayı nə ilə yadda qaldı?

Keyfiyyətli jurnalistika tədrisinə necə nail olmalı?

Tənqidə dözümsüzlük problemi və onun fəsadları

Sosial medianın qanuni yollarla inhisara alınması

Təhlükəli tendensiya: jurnalistin siyasətə qarışması

Jurnalistin vətəndaş mövqeyi olmalıdırmı?

Məsuliyyətsiz jurnalistika

Vətəndaşın “informasiya aclığı” problemi

KİV-lə işin düzgün qurulması təlimatı

Azərbaycan əhalisinin “media savadlılığı” göstəriciləri

Natamam jurnalistika, məlumatlı əhali

İnformasiya təminatı effektiv kommunikasiyanın əsas şərtidir

Mətbuat konfransını işıqlandırmaq qaydaları: nələrə diqqət etmək lazımdır?

Jurnalistə hücum: demokratiyaya, vətəndaşa, dövlətə vurulan zərbə

ABŞ söz, mətbuat azadlığı sahəsində hegemonluğunu itirirmi?

Jurnalistlərin Posttravmatik Stress Pozuntusu problemi

KİVDF-nin “Qəzetlər nə zaman öləcək” sualına cavabı

Keyfiyyətli jurnalistika təhsilinin bazası: azadlıq, müstəqillik

Qeyri-peşəkar mətbuat katibləri və “psix” jurnalistlər

Mətbuat günümüz və bu günün reallığı

Manipulyasiya – jurnalistikanın gizli funksiyası

KİV-in nəzarət mexanizmi niyə çalışmır?

Dağlıq Qarabağ məsələsini beynəlxalq tədbirlərdə necə səsləndirməli?

Jurnalist mitinqdə və ya PRESS gödəkcəsi indulgensiya deyil

Seçkidə məğlub olan jurnalistin peşəsinə dönüşü etikdirmi?

Manat təhlükədə: ekspertlər nə təklif edir?

  • 10 Mart 2020
  • comments

Koronavirus statistikası

  • 10 Mart 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Media
  • Səhiyyə
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda