Apostrof yadınıza gəlirmi? 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa edən kimi latın qrafikalı əlifbanın da bərpa edilməsi qərara alındı.
1940-cı ilə qədər Azərbaycanda latın qrafikalı əlifbadan istifadə edilmişdi. 1991-ci ildə həmin əlifba bir neçə dəyişikliklə qəbul olundu.
Yeni (əslində həm də köhnə) əlifbaya tam keçid 2001-ci ildə baş tutdu. Apostrof isə 2003-cü ildə – yeni orfoqrafiya lüğəti əsasında ləğv olundu.
Ancaq apostrof rəsmən ləğv edilənə qədər ondan istifadəyə demək olar ki, son qoyulmuşdu. Hələ qəzet-jurnalların kiril qrafikasında çap olunduğu illərdə, xüsusən 1990-cı illərin ikinci yarısından mətnlər apostrofsuz yığılır, bəzi qəzetlərin sonuncu səhifəsində bu barədə xəbərdarlıq verilirdi.
Apostrof yazıda istifadə edilən hərfüstü işarədir. Azərbaycan dilində kirillə yazılarda apostrof iki məqsədlə işlədilirdi: saitin uzun tələffüz olunmasını göstərmək üçün və ərəb mənşəli sözlərdə saitin aydın tələffüz olunmasına imkan yaratmaq üçün. Birinci məqsədlə apostrof saitdən sonra, samitdən əvvəl; ikinci məqsədlə samitdən sonra, saitdən əvvəl qoyulurdu.
Bir vaxtlar hansı sözlərin apostrofla yazıldığını indi tam xatırlamaq da olmur. Amma orfoqrafiya lüğətimizdə xeyli apostroflu söz olub.
Əgər apostrof ləğv edilməsəydi, indi bu cümlələr belə yazılmalı idi: “Sə’di e’tibarlı ustadır. Onun məs’uliyyətlə tə’mir etdiyi avadanlıqlar uzun müddət ə’la işləyir. Anası Rə’na xanım deyir ki, Sə’dinin atası E’timad kişi mə’dən sənayesində şö’bə müdiri vəzifəsində çalışdığı illərdə bə’zən şe’r yazarmış, e’zamiyyətə çıxanda isə təbiətin e’cazkar mö’cüzələrini seyr etməyi xoşlayarmış”.
Novator.az vaxtilə apostrofla yazılan sözlərin bir qismini oxuculara xatırladır:
tə’min
mö’təbər
mə’nəvi
cüz’i
sün’i
tə’nə
mö’tədil
sə’y
e’tina
na’məlum
in’ikas
tə’zim
nə’şə
rə’y
lə’l
tə’cili
mə’mur
mə’yus
mə’zun
mə’də
lə’nət
yə’ni
iste’dad
ən’am
də’vət
e’mal
şö’bə
ə’la
fe’l
şe’r
məs’ul
bə’zən
məş’əl
Rə’na
şö’lə
Sə’di
mə’na
cür’ət
tə’lim
tə’mir
tə’min
tə’sir
hey’ət
Kən’an
məs’ud
sür’ət
vüs’ət
Qur’an
e’tibar
e’tiqad
e’timad
e’lan
mə’ruzə
e’cazkar
ne’mət
zə’fəran
nə’rə
mə’dən
və’d
e’dam
e’tiraz
me’mar
iste’fa
me’yar
e’zam
mö’cüzə
Rö’ya
mö’tərizə
ən’ənə
tə’kid
tə’qib
tə’rif
tə’sis
mə’rifət
mə’ruz
Kə’bə
mö’min
mə’şuq
ə’yan
qit’ə.