• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Saltıkov-Şedrin Şəmsi müəllim haqqında nə yazardı?

  • 02 Mart 2020
  • comments
  • Novator.az
  • Posted in ManşetTribunaYazarlar

Mətləb Ağa

Saltıkov-Şedrin Şəmsi müəllim haqqında nə yazardı?

İnsanın mahiyyəti, necəliyi onun vicdanlı olub-olma­ma­sında ortaya çıxır, insanlığımızın “hara qədər” olması ürə­­yimiz­də­ki vicdan məhfumunun “hara qədər” olma­sın­dan, ümumiy­yət­lə, vicdanımızın olub-olmamasından asılı­dır.

Başqa sözlə, ibarəli desək, insanın boyu onun vicdanıyla tən mütanasibdir və yaxud ayrı cür ifadə etməli olsaq, insan kəlməsinin sinonimi məhz vicdan anlayışıdır.

Türk memarı və yazıçısı A.Boysan yazır: “Bütün insan­lar dünyaya baş və ürəklərindəki daxili bir məhkəmə ilə gəlirlər. Bu məhkəmə vicdan adlanır”.

Nə vaxtsa yaşlı bir nəfərlə (müəlliməylə) söhbət­lə­şərkən, ki­fayət qədər həyat təcrübəsi olan o qadın mənə: “Vicdanlı olmaq o deməkdir ki, sən gecələr yatmaq üçün yerinə girib uza­nan­da sə­nin­lə Allahın arasında heç kim və heç nə dayanmır və buna görə də sən Allahla istədiyin kimi danışa, dərdləşə bilir­sən” demişdi…

ABŞ-ın yaradıcılarından olan Bencamin Franklinin elə buna oxşar sözləri aforizmə çevrilib: “Rahat yatmaq istəyirsənsə, yatağa təmiz vicdanla uzan”.

Rejissor Tofiq İsmayılovunsa belə bir filmi var, “Yay gün­­lərində xəzan yarpaqları” adlanır, adı kimi özü də ma­raq­lı­dır.

“Yay günlərində xəzan yarpaqları” 1986-cı ildə ekran­laşdırılıb, ancaq nədənsə, yəqin ki, rus dilində olduğundan (dili­mizə dublyaj edilib) Azərbaycan tamaşaçıları arasında bir o qədər məşhur deyil.

Səyavuş Aslanın barmaqla sayıla biləcək “ciddi” rolla­rın­dan saydığım Şəmsi müəllim uzaq dağ kəndi Daşda­tük­də mək­təb direktorudur (təəssüfləndiricidir ki, Şəmsi müəllim obyek­tiv, vicdanlı və halal adam olması səbəbin­dən öz rəhbərlərinin qəzəbinə tuş gəlib və əslində, bu dağ kəndinə sürgünə göndə­ri­lib), bura yeni təyin olunub, özü ədəbiyyat fənnindən dərs deyir. Film bu xətt üstündə köklənib ki, Şəmsi müəllim sələfi Kazım müəllimin (Şahmar Qəribli) buraxılış sinfində direktor yoxla­ma­sı keçirməkdə israrlıdır, çünki onuncu sinif şagirdləri məktə­bə vaxtlı-vaxtında gəl­mək­dən, dərs oxumaqdan savayı hər bir şeylə məşğuldurlar, birini anası Səməngül tezliklə ərə verməyi arzulayır, o sə­bəb­dən ki, bu ananın on iki qızı var, onları dolan­dıra bilmir, digəri aşıq paltarında toylarda saz çalıb beş-on manat pul qazanmağa çalışır, o biri şagird yeməkxanada işləyən atasının yanında ofisiantlıq eləyir, bu birinin başısa atası Riz­va­nın (Yaşar Nuri) mağazasında alverə qarışıb və s.

Bu şagirdlərə Həsən bəy Zərdabinin Lev Tolstoya ya­z­dı­ğı məktubu oxutdurmaq əsl məşəqqətdir, onları Zərda­bi­nin Tolsto­ya nə yazması qətiyyən maraqlandırmır, düz­dür, bir-iki kitab oxusalar da bu mütaliə uzaqbaşı, Şəmsi müəl­limin təbirincə, Cəm­şid Əmirovun “Qara Volqa”sından o yana geçməyib.

Kazımdan yerdən-göyə qədər fərqlənən Şəmsi müəllim vicdanlı, dürüst insandır, ürəyinin hökmüylə uşaqların bu gündə olmasıyla razılaşmır, şagirdlərin gələcəyi üçün məsuliyyət daşı­dı­ğını ürəkdən dərk edib onları indiki “ba­taq­lıq”dan çıxarmaq­dan ötrü yanıb-tutuşur, bunun yolusa ilk növbədə Kazımın uçu­ru­ma sürüklədiyi şagirdləri direk­tor yoxlamasından keçir­mək­­dən başlayır və bu sorğu-sualdan kəsilən uşaqlar sinifdə qalıb attestat almayacaqlar.

Şəmsi müəllimin öz oğlu Yalçın da bu sinifdədir və de­yə­sən o da məktəbi qurtara bilməyənlərin siyahısında olacaq…

Şəmsi müəllim bu sinifdə oxuyan uşaqların valideyn­ləri ilə bir-bir görüşüb söhbətləşir, bununla onların həyat, gələcək barədə dünyagörüşlərini dəyişmək istəyir.

Dükançı Rizvanın evinə gəlib onunla oğlundan danı­şar­kən Rizvan Şəmsi müəllimi bərk acılayır: “Mən elə uşağımın gələcəyini düşünürəm, pulum, maşı­nım, evim var, nəvələrimə da bəs eləyər, səninsə bu pencəkdən başqa axı nəyin var?”

Şəmsi müəllim bu tənələrin qabağında Rizvana: “Ömür gedir, heç olmasa bir az da olsa həyatı necə yaşa­dı­ğın haqqında fikirləş, televizora bax, qəzet oxu, sənsə qəzetə ancaq qaloş bükürsən” deyir.

Doğrudan da, oğlunu mağazada oturdub özü “böyrək­lə­rim xəstədir” bəhanəsiylə evdə və yeməkxanada ava­ra­lanan, Şəmsi müəllim gələrkən həyətdən əyilə-əyilə evə qaçıb ardınca belini mələfəylə bağlayaraq ah-ufla evdən çıxıb direktoru qarşılayan Rizvanda insan şəxsiyyətindən başqa nə istəsən tap­maq olar, ancaq o, bu rəzil halıyla belə Şəmsi müəllimə mey­dan oxuyur, puldan-paradan ötrü ortalıqda təlxəklik eləməyinə baxmayaraq, özünü hamı­dan ağıllı sayır.

Hər necə olsa da, belələrinin Şəmsi müəl­limə dərs keç­mə­si, ağıl verməsi ürəkağrıdıcı və kədərlidir.

Burada əsas problem təkcə insanların (Rizvanların) vic­dan­sızlığı yox, həm də təhsilsizliyi və təhsilsizlikdən tö­rə­yən hə­yat ba­xışıdır ki, Şəmsi müəllim də məhz bununla çarpışır, bilir ki, bü­tün bu dar düşüncələrin kökündə əsasən təhsilsizlik durur, bu gün oxumaqdan qaçan uşaq­lar vicdanlı olub-olmama­la­rından ası­lı olmayaraq sabahın Rizvanlarına çevrilməyə əsl namizəddirlər.

Çünki cəhalət və nadanlıq onların vicdanını qaral­dacaq, böyüdükdə həyata alver prizmasından baxacaqlar.

Kazım müəllimləsə məsələ başqa cürdür, o da xasiyyətcə elə Rizvan kimidir, təhsili bazar sayır və əlbəttə, burada Şəmsi müəl­­limin vucdanlı olması artıq hər şeyə nöqtə qoyur, onu Ka­zım­­dan ayırır, necə deyərlər, Kazımın nə vicdanı, nə də müəllim olsa da savadı var, Zərdabini tanı­ma­ması da öz yerində.

Şəmsi müəl­lim uşaqların gələcəyinə, təhsilinə vicdanla yanaşır, onların hə­qiqi insan kimi böyümələrini, düşüncəli olmalarını istəyir və elə buna görə də arvadı Nərgiz (Nəcibə Hüseynova) və uşaqları onu atıb şəhərə qayıtsa da, rayon təhsil şöbəsinin başbilənləri onun­­­la düşmənçilk həddinə çatsa da, o, dediyindən dönmür, film də belə yekunlaşır ki, Şəmsi müəllim direktor yox­la­ması ba­rə­də qəti qərarını yerinə yetirib qələbə çalır, bu, Şəmsi müəl­lim­lərin əbə­diyaşarlığına bir işarədir, bu qələbə bizdə bir əmin­lik yaradır ki, insanlığın və vicdanlılığın heç bir alter­na­tivi yox­dur, heç bir vaxt da olmayacaq, hər bir halda belə yaşamaq daha rahatdır, ümu­miyyətlə, bü cür yaşamaq bütün insanlardan ötrü daha yaxşı olardı…

…19-cu əsr məşhur rus yazıçısı Mixail Yevqrafoviç Sаltı­kоv-Şеdrinin əsərlərindən biri “İtmiş vicdan” adlanır.

Ezop üslubunda, nağıl dilində yazılmış “İtmiş vic­dan”da ondan danışılır ki, bir gün vicdan ortadan yoxa çıxır və vicdanın itməsindən insanlar heç xəbər də tutmurlar.

(“Bir çoxları özlərini hətta gümrah və sərbəst hiss etməyə baş­ladılar. Hər şey çox asan alınırdı: yaxın adama badalaq vur­­maq adi hal idi, yaltaqlıq eləmək, quyruq bu­lamaq, kəf gəl­mək, söz gəzdirmək və böhtan atmaq daha əlverişli olmuşdu. Bütün qadağalar elə bil birdən qeybə çəkilmişdi… heç nə onları kədərlən­dirmirdi, heç nə düşün­dür­mürdü… müdrik adamlar ba­şa düş­dülər ki, əl-qollarını bağlayan sonuncu əsarətdən, nəha­yət, azad olub­lar və aydın­dır ki, bu azadlığın bəhrəsindən istifa­də etmə­yə tələs­dilər. Camaat azğınlaşdı: soyğunçuluq, quldur­luq ayaq açdı, talanlar hər yanı başına götürdü”).

Sonra iş elə gətirir ki, itmiş vicdanı bir nəfər əyyaş tap­dı və bu tapıntının nəticəsində əyyaşın ağlı başına gəl­di, hə­yatı olduğu kimi gördü, “sonra da, əlbəttə məhkəmə quruldu”.

Bütün bunlarsa əyyaşın nəyinə lazımdı?! Ona görə də vic­danı başından eləyib onu birtəhər meyxanaçı Pro­xo­rıça sırıyır;

 (“Zavallı əyyaş fikirləşir: Yox, bunu birtəhər başımdan eləməliyəm! Yoxsa it gününə düşərəm”).

Sonra hamı vicdanı bir-birinə ötürmək, ondan yaxa qur­tar­maq yarışına qoşulur.

Ortalıqda qalmış vicdan axırın­cı yiyəsinə, meşşana yal­varır ki, onu bir uşağın qəlbinə qoysun ki, heç olmasa orada rahat yaşasın;

(“…Mənim üçün balaca bir rus uşağı axtar tap… onun pak qəlbini aç və məni orda saxla! Bəlkə o günahsız tifil mənə sı­ğı­nacaq verər, qulluq edər, bəlkə o, öz paklığı ilə məni adam elə­yər, mənimlə camaat arasına çıxar və bunu özünə ar bilməz”).

Və beləliklə; “körpə uşaq böyüdükcə, onunla bir­lik­də vicdan da boy atırdı. Və o böyüyüb yekə kişi olanda vic­danı da böyük olacaqdı. Onda bütün yalanlar, riyakar­lıqlar, hər cür zorakılıq itib batacaq, cünki vicdan cəsarətli olacaq və hər şeyi özü idarə etmək istəyəcək”.

Bax, Şəmsi müəllim də elə bunu istəyirdi, arzulayırdı ki, dərs verdiyi uşaqlar vicdanlı böyüsün, çünki körpə ürək­lərdəki vicdan zoğlarının cücərməsi daha asan­dır, nəinki Rizvan və Kazım kimi artıq pozulub məhv olmuş, düşüncəsiz adamların islahı.

Ümid o balalaradır ki, təhsil, döğru-düzgün həyat tə­səv­­vürü və düşüncəylə ürəklərində doğuluşdan var olan vicdanı ölməyə qoymayacaq və yaşadacaqlar…

…Saltıkov-Şedrinsə Şəmsi müəllimi tanısaydı, yəqin ya­zar­dı ki, itmiş-tapılmış vicdanı uşağa yox, elə Şəmsi müəl­limə də etibar etmək olardı…

Müəllifin başqa yazıları:

Korolenkonun Nəcib Məhfuza cavabı

Sevgi haqqında demaqogiya

Mətləb Ağanın yeni kitabı işıq üzü görüb

Boyunbağı əhvalatları

Harinin ikinci intiharı

Varavva və çar İrodu nə birləşdirirdi?

“Yol mahnısı” və “Velosipedçinin ölümü” haqqında

Yakovun skripkasının havasında yazılmış aprel tezisləri

Apokalipsis haqqında

Gecikmiş mələk və ya “Uşağlığın son gecəsi” haqqında

Ürəyimdəkilər

İnsanlıq dərsi

Valyuta ehtiyatında artım

  • 02 Mart 2020
  • comments

Tacikistan: seçkini prezident partiyası uddu

  • 02 Mart 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ədəbiyyat
  • Mədəniyyət
  • Nəsr
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda