• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İnsanlıq dərsi

  • 18 Fevral 2020
  • comments
  • Novator.az
  • Posted in ManşetTribunaYazarlar

Və ya arqonavtlardan Əziz Babaya qədər olan məsafə haqqında

Mətləb Ağa

Gec, ya tez, elə bir gün gəlir ki, etdiklərimizin cavabını verməli oluruq…

…Arqonavtlar haqqında qədim Yunan əfsanələrində yazılıb ki, qardaşı Peliy tərəfindən taxt-tacdan salınmış, Fessaliyada, körfəz sahilində yerlə­şən İolk şəhərinin keçmiş çarı Ezonun kiçik oğlu Yazonun hakimiyyəti geri qaytarmaq barədə tələbini yerinə yetirmə­mək üçün Peliy, keçmiş şahzadəni Kolxida çarlığındakı qızıl yunlu qoyun dərisini gətirməyə, öz fikrincə, gedər-gəlməzə yollayır.

Söz arası, Aleksandr Düma “Qafqaz” səyahətnamə­sin­də xatırladır ki:

“Strabon öz “Coğrafiya” əsərində Kolxi­dadakı qızıl mədənlərindən geniş bəhs edir; bu mədən­lərdən yağış və sel sularına qarışıb axan külçələr torpağı qızıl tozları ilə zəngin­ləşdirirdi; svanlar, yəni bugünkü minq­rellər onları tüklü qoyun dərilərinə yığırdılar və par­laq ovuntular belə dərilərdə ilişib qalırdı. “Qızıl yunlu qo­yun dərisi” haqqında qədim yunan əfsa­nəsi də elə buradan yaranmışdır“.

Saysız çətinliklərin ardından Kolxidaya çatan Yazona, Kolxida çarı Eetin kiçik qızı Medeya atasının çarlığın­dakı qızıl yunlu qoyun dərisini oğurlamasında yardım edib, bu köməyinin əvəzində ondan öz vədinə əməl etməsini istəyir:

“- Mən sizi və özümü xilas edərəm, amma, Yazon, and iç ki, sən məni heç vaxt tərk etməyəcəksən, məni yad ölkədə tək qoymayacaqsan!”

Yazon cavabında qızın qolundan yapışıb dedi:

”- And içirəm ki, əgər mənə vətənə sağ-salamat qayıtmaq qismət olsa, sən mənim arvadım olacaqsan və mən heç vaxt səndən əl çəkməyəcəyəm!”

Hətta Medeya Yazonu xilas etməkdən ötrü öz qarda­şı Apsirtə də tələ qurub onu öldürtdürür;

“…Medeya Yazona qılınc verib tapşırdı ki, Apsirti öldürsün. Qardaşının meyitini o, dənizə tulladı”.

Medeyanın köməkliyiylə qızıl dəriyə sahiblənib sağ-salamat öz ölkəsinə, İolka dönən Yazon çox keçmir ki, Medeyanı aldadıb atasının dostu çar Kreontun qızıyla evlənmək eşqinə düşür;

“Bu qəhrəman qorxulu gecə vaxtı Fazis sahilində, onu və yoldaşlarını ölüm gözləyəndə və yadelli qız onları xilas edəndə içdiyi andı yadından çıxartdı. Amma o, Medeyaya düzünü demədi, özündən uydurdu ki, çar (Kreont) onu öz yanın­da qulluğa götürmüşdür, ona görə də o, saraya köçməlidir”.

Medeya xəyanətinə görə Yazondan öz heyfini artıqlamasıy­la alır;

“Yazon öz andını unutdu, yadından çıxartdı ki, mən onun həyatını və şərəfini xilas etdim, ona görə mən öz doğma ölkəmi tərk etdim, atamın iradəsinə zidd getdim! O, məni uşaqlarla tək-tənha, yad adamların arasında köməksiz və arxasız qoymaq istəyir!”

Və Yazon haqqında əfsanə belə yekunlaşır ki, o, vədinin arxasından qaçmasının, xəyanətinin əvəzini öz canıyla-qanıyla ödəyir və ən ibrətamizisə budur ki, yekunda Yazon hamının çoxdan unutduğu sevimli “Arqo” gəmi­­sinin sınıq-sö­kükləri altında qalıb tələf olur;

“Yazon dünyada tək qaldı. Heç kim onunla yaşamaq istə­mə­di, daha heç kim onun nağıllarına qulaq asmadı. O, şəhər­bə­şə­hər gəzdi və heç yerdə özünə nə iş tapdı, nə də dinclik. Bir dəfə o, dənizin kənarına gəldi. Onun qarşısında qumun üstün­də yarı dağılmış, sınıq-sökük, yarıya qədər quma quylanmış, da­yaq­lar vurulmuş bir gəmi dayanmışdı. Yazon onu tanıdı: bu onun özü kimi tək-tənha və hamı tərəfindən unudulmuş “Arqo” idi. Yazon onun dövrəsinə dolandı, göz­dən keçirtdi, yorulduğu üçün gəminin kölgəsində, sükanın altında uzanıb yatdı. O, uza­nıb xoşbəxt yürüş gün­lərini, cəsur yoldaşlarını, uzaq yad tor­paq­ları yadına saldı və keçən bu saysız günlər ərzində ilk dəfə ürəyində yün­güllük və sakitlik hiss etdi. Sonra o, yuxuladı. O, yatmışkən birdən külək əsdi, köhnə “Arqo” aşıb arqonavt­ların başçısını öz altında dəfn etdi…”

…Rejissor Tofiq Tağızadənin 1981-ci ildə ekranlaşdır­dığı “Babamızın babasının babası” kinofilminin ilk kadr­larında 160 yaşlı Əziz baba öz gündəlik adi həyatını yaşa­maqdadır. Lakin kənddə arxeoloji qazıntı­lar aparan profes­sor təsadüfən Əziz babanın 160 yaşının olmasını öyrə­nir və bu kəşf Əziz babanın hamının diqqət mərkə­zinə düşməsinə səbəb olur, sanki o günədək rayonun başbilənləri Əziz ba­banı heç görmürlərmiş, tanı­mır­larmış.

Beləliklə, əvvəllər kimsənin maraqlanmadığı Əziz ba­ba az vaxtda qəhrəmana çevrilir. Daha doğrusu, “Əliqulu­yevlər” gözə girməkdən, rəhbərlərindən bir “sağ ol, afərin” qopar­maq­dan ötrü Əziz babaya yarınmaq, yaltaqlanmaq yarışına qoşu­lurlar. Əziz babanınsa belə saxta münasi­bət­lərə, yalan sevgilərə, riyakar üzəgülümsəmələrə heç bir ehtiyacı yoxdur, həyat özü ömrü boyu dürüst yaşamış, sadəliyin, vicdan­ın, ədalətin, yaxşılığın, bir sözlə, insanlığın sim­volu olan, öz ilk məhəbbətini ürə­yində ömrü boyu qoruyub yaşadan, ge­cələr yerində rahat yatan, gündüzlər üz-üzə gələndə heç kəsdən utanmayan Əziz baba­nı uzun ömür, can sağlığı və insanların sevgisiylə mükafatlandırıb.

Yeri gəlmişkən, Əziz babanı özü cəmi 68 il yaşayan məşhur aktyorumuz Hüseynağa Sadıqov canlandırıb.

Əliquluyev (Səməndər Rzayev) keçmişlərdə Əziz baba­nın nişan­lısını zorla qaçırmış Cəfər bəyin (Eldəniz Rəsulov) nəslindən­dir, indi oğlu kiçik Cəfərə toy çaldırır, arzulayır ki, Əziz baba Cəfərin toyunda ağsaqqal kimi xeyir-dua versin. Haçansa böyük Cəfərin zorla qaçırdığı böyük Zeynəb kimi, yenə də kiçik Cəfərin zorla evləndiyi kiçik Zeynəb (Həmidə Ömərova) öz sirrini Əziz babaya açır, nəticədə baba da öz qisasını çoxdan tor­paqlara qarışmış böyük Cəfərdən alır; kiçik Zey­nəbi “qaçı­rır”, “qisas qiyamətə qalmır”, bununla da Cəfər bəyin kökün­dən gələn, zahirən, danışıqlarından və hərəkətlərindən də elə ey­nən ulu babasına oxşayan kiçik Cəfərin “papağını yerə soxur”, bu əhvalatdan Əliquliyev havalanır, böyük Cəfərin gorusa, yəqin ki, bir daha çatlayır.

Ancaq növbəti kadrlarda Əliquliyev necə olursa yenidən “dirilir”, damarlarında Cəfərin qanı axdığını təzədən isbatlayır, yeni­dən kreslosu xatirinə utanmadan Əziz babaya yarınıb yaltaqlanır, ta o vaxta qədər ki, Əziz baba onu və dəs­təsini iti qovantək öz qapısından qovur…

Şahidi olduğum əhvalatlardan da yazım. E.nin sovet milisində xırda bir vəzifəsi vardı. Həmin kiçik işindən faydalanıb qohum-qonşulara, kasıb insanlara badalaq vurub pul qazanırdı.

E. o adamlardandı ki, onu yaxından tanıyandan sonra sovet dövrünün məşhur rus yazıçısı Mixail Zoşşenkonun: “…pul qamarlamaq həvəsi hörmətli bəşəriyyəti sarsıdan ən güclü ehtiras­lardandır…” cümləsini boş yerdən yazmadığını təsdiq etməli olursan…

Çox illər keçdi, pensiyaya çıxmış, qocalmış, daha əlindən nə yaxşı, nə də pis bir iş gəlməyən E. artıq toy və yas məclislərində, yığıncaqlarda gəncliyində özünün xeyirxah, vicdan­lı, dürüst adam olmasından ağızdolusu danışır, bu zaman elə bərk həvəslənir ki, ətrafdakı insanların istehzalı baxışlarının fərqində belə olmur…

Görünür ki, bu, E.nin gənclikdəki “fəaliyyətinə” həyatın özünəməxsus qiymətidir, istehzalı nəzərlər, onu din­ləyən (əgər dinləyirlərsə) insan­ların ironiyasından yox, həyatın ironiyasından doğur, belə ki, hamı pensiyaçımızın gənclikdə nə işlərlə məşğul oldu­ğunu, hoqqalarını bilir, onunsa bu gün keçmiş pislik­lə­rini düzəltməyə gücü və imkanı yoxdur, əlacı yal­nız otu­rub özü­nü tərifləməyə, yekundasa yan-yörəsindəkilərin iztehzalı gülüş hədəfi olmağa qalıb, ancaq yəqin ki, böyür-başın­dakılardan heç kəs yaşını-başını nəzərə alıb onun xətrinə dəymək, qoca ürəyini incitmək istəmir. E. sözsüz ki, indi bu söh­bətləriylə özünə, cavanlıqdakı naqisliklərinə haqq qazan­dır­maq, gələcəkdə, öləndən sonra özünə rəhmət oxutdurmaq istəyir. Başqa heç nə…

…E.nin bir böyük qardaşı da vardı, həmin qardaş, S. sovet dövründə rayonda çox yüksək vəzifədəydi, sadə, kasıb insanlara yuxarıdan aşağı baxan, onları heçə sayan, yüksək rütbəlilərin qarşısındasa yeddi yerdən qatlanan birisiydi. S.də sanki elə bir hiss vardı ki, adamlar arasında bir az sadə davransa, guya bu onun haqqında kimlərdəsə olan ali fikirlərə zərbə vuracaq, bir az insani rəftarı yük­sək vəzifəsinə nəsə zərər toxunduracaq.

Danışırlar ki, hətta kənddə ölü dəfn eləməyə aparanda belə S. qəbristanlığa xidməti maşınında gedir, orada elə maşındaca oturub avto­mobilin açıq qapısından dəfnə yığışan insanlara təkəbbürlə baxmaqla işini bitmiş hesab edirdi.

Çox illər keçdi, sovet rejimi tarixə qovuşdu, bir gün S.ni ayaqlarında rezin qaloş, çiynindəsə dəmir bellə çöldəki torpaq sahəsindən su su­var­­maqdan qayıdarkən gördüm… Əlbəttə, çörək qazan­maq, zəh­mət çəkib alın təriylə yaşamaq eyib deyil, çox gözəl bir işdir, ancaq hədsiz təkəbbürlü o adamın indi bu vəziyyətə düşməsi sözsüz ki, həyatın acı istehzası, onu amansız cəza­lan­dırmasıydı.

Bunu S.nin özünün başa düşüb-düş­məməsini, dərk edib-etmə­mə­sini bilmirəm və heç vaxt da bilməyəcəyəm, çünki o, indi sağlı­ğında təkəbbürlə, heç vaxt ölməyəcəkmiş kimi ayaq bas­dığı qəbristanlığın əbədi sakinidir, ancaq bunu da birmənalı qəbul edib anlayıram ki, bu olanlar təkcə S.dən ötrü deyildi, digər insanlar üçün də ibrətamiz bir əhvalatdır…

Belə…

…Ancaq müəllif (müəlliflər) Arqonavtlar əfsanəsini düzüb-qoşarkən yekunda Yazonun “Arqo”nun qalıqları arasında can verməsini yazmasaydı da (yazmasaydılar da) olar­dı, çünki onsuz da həmin faciəyədək Yazon bir insan kimi öz yalan vədi­nin, şərəfsiz əməlinin və xəyanətinin altında qalıb məhv olmuşdu…

Müəllifin başqa yazıları:

Korolenkonun Nəcib Məhfuza cavabı

Sevgi haqqında demaqogiya

Mətləb Ağanın yeni kitabı işıq üzü görüb

Boyunbağı əhvalatları

Harinin ikinci intiharı

Varavva və çar İrodu nə birləşdirirdi?

“Yol mahnısı” və “Velosipedçinin ölümü” haqqında

Yakovun skripkasının havasında yazılmış aprel tezisləri

Apokalipsis haqqında

Gecikmiş mələk və ya “Uşağlığın son gecəsi” haqqında

Ürəyimdəkilər

Hansı sahədə nə qədər maaş verirlər?

  • 18 Fevral 2020
  • comments

Ən çox işsiz qeydə alınan bölgələr

  • 18 Fevral 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ədəbiyyat
  • Nəsr
  • Tarix
  • Təhsil
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda