• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Düşüncə tərzi”, “Pəri cadu”, “Dəyirmanın mühasirəsı” və…

  • 07 Yanvar 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

“Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitablar haqda qısa məlumatları oxucuların diqqətinə çatdırırıq.

Riçard E.Nisbett, “Düşüncə tərzi” (Ağıllı düşünmə vasitələri)

“Düşüncə tərzi” (“Mindware”) kitabı məşhur psixoloq Riçard E.Nisbettin ən çox satılan əsərlərindən biridir.

Kitabı tam psixoloji kateqoriyaya aid etmək doğru olmazdı, eyni zamanda fəlsəfə, psixologiya, iqtisadiyyat, elm tarixi və şüur fəlsəfəsi – koqnitiv elmlərə maraq göstərən hər kəsin oxuması tövsiyə edilən bir kitabdır.

Nisbett bu əsərdə psixoloji bəhsləri digər elmlərlə müqayisəli təhlil edərək, oxucuya sadə izahda aşılaya bilib.

Əsəri Bəhruz Əsədli tərcümə edib.

Kitabın satış qiyməti 13.90 manatdır.

Əbdürrəhimbəy Haqverdiyev, “Pəri cadu”

Mövzusu və süjeti xalq yaradıcılığından alınmış “Pəri cadu” pyesində əsasən ailə-məişət məsələsi həll edilir.

Real ailə münasibətlərinin, məişət səhnələrinin üstünlük təşkil etdiyi bu əsərdə simvolizm təsirləri, xəyali surətlər, səhnələr də var.

Ədib özü deyirdi ki, “Pəri cadu”nu simvolizmin təsiriylə yazıb.

“Pəri cadu”nun ideyası belədir: hər kəsin öz əlinin əməyi onun müqəddəratını təmin edir. İnsan taleyini kənarda yox, özündə axtarmalıdır. 

Kitabın satış qiyməti 2.99 manatdır.

Emil Zolya, “Dəyirmanın mühasirəsı”

Emil Zolyanın bu əsəri 1870-1871-ci illər Fransa-Prussiya müharibəsinin dramatik epizodlarından biri haqqındadır.

Həmin müharibə öz yumruğunu dinc və zəhmətkeş bir yer üzərinə qaldırmışdı. Merlye dayının fransız əsgərləri tərəfindən müdafiə olunan dəyirmanı qalaya çevrilir. Amma müharibə dinc adamları silah götürməyə məcbur edir.
“…O gözəl yay axşamı Merlye dayının dəyirmanında böyük bir təntənə vardı. Üç stol həyətdə bir-birinin yanına bitişdirilib qonaqların intizarını çəkirdi. Bütün mahal bu gün Merlyenin qızı Fransuaza ilə Dominikin nikahlanacağını bilirdi. Dominik avara bir gənc idi, lakin buna baxmayaraq üç lyö uzaqlara qədər mahalın bütün qadınları həsrətlə ona baxırdılar, – o bu qədər yaraşıqlı bir oğlandı…”

Əsərin tərcüməçisi Ənvər Məmmədxanlıdır.

Kitabın satış qiyməti 2.99 manatdır.

Onore de Balzak, “Polkovnik Şaber”

Balzak yaradıcılığının mükəmməl nümunələrindən biri ­– “Polkovnik Şaber”.

Əsər hamının müharibədə ölmüş bildiyi zabit Şaberin ağrılı-acılı həyatından bəhs edir. Dəhşətli döyüşlərdə möcüzəvi şəkildə sağ qalmağı bacaran Şaber “ölü” qalmağı seçir. Çətinliklərlə vəkil Dervilin köməyi ilə itirdiklərini geri qaytarmaq istəyən Şaber var-dövlətini mənimsəyib başqasına ərə gedən arvadına diriliyini sübut edə bilmir.  

Kitabın satış qiyməti 2.99 manatdır.

“Azərişıq”da yeni sədr. Prezidentin ona dedikləri&...

  • 07 Yanvar 2020
  • comments

Pedro Sançes baş nazir oldu

  • 07 Yanvar 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ədəbiyyat
  • Mədəniyyət
  • Nəsr
  • Yazarlar

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda