• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Evlilik və əxlaq”, “Aktyor və rejissor sənəti”, “Vinni-Pux”, “Xatirələr”

  • 20 Dekabr 2019
  • comments
  • Novator.az
  • Posted in Xəbər

“Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitablar haqda qısa məlumatları oxucuların diqqətinə çatdırırıq.

Bertran Rassel, “Evlilik və əxlaq”

Böyük ingilis riyaziyyatçısı və filosofu Bertran Rasselin 1929-cu ildə yazdığı “Evlilik və əxlaq” əsəri öz dövrünü qabaqlayan, bu günümüz üçün də aktuallığını itirməyən ideyalarla zəngindir.

İnsanların azadlığı və xoşbəxtliyi üçün maneəyə çevrilən köhnəlmiş əxlaqi prinsiplərin dəyişilməli olduğunu uca səslə dilə gətirən, vəziyyətdən çıxış yolunu göstərməyə çalışan mütəfəkkirlər sırasında Bertran Rassel öncül yer tutması ilə seçilir. Təsadüfi deyil ki, Rasselin 1950-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı almasında böyük rol oynamış “Evlilik və əxlaq” kitabı ilk nəşrindən keçən onilliklər ərzində ən çox oxunan kitablar sırasında qalmaqda davam edir və Qərb dünyasında yenilikçi əxlaqi-mənəvi dünyagörüşün formalaşmasında böyük rol oynayır.

Geniş oxucu kütləsinə ünvanlanmış əsərini anlaşıqlı və oxunaqlı esse janrında yazan Rassel ailənin yarandığı dövrdən keçdiyi tarixi inkişaf yolunu araşdırıb, onun gələcək inkişafında hansı istiqamətlərə yönələcəyi ilə bağlı maraqlı və düşündürücü hipotezlər irəli sürüb.

Əsəri Araz Gündüz tərcümə edib.

Kitabın satış qiyməti 9.99 manatdır.

B.Y.Zaxava, “Aktyor və rejissor sənəti”

Bu dərs vəsaiti qabaqcıl teatr təhsili müəssisələrində, o cümlədən B.V.Şukin adına Teatr Məktəbində aktyor və rejissor sənəti üzrə tələbələrlə aparılan iş təcrübəsini ümumiləşdirir.

Burada rol üçün material toplanması mə­sələləri nəzərdən keçirilir, məşq prosesinin əsas mərhə­lələri izlənilir.

Vəsaitdə gənc aktyor və rejissora kömək edəcək çalışmalar sistemi verilib, müəllif buraya pyesin rejissor tərəfindən interpretasiyası məsələlərinə dair yeni materiallar daxil edib.

Şagird və tələbələr üçün yazılmış bu kitab bədii öz­fəaliyyət rəhbərləri üçün də faydalı olacaq.  

Kitabın satış qiyməti 13.90 manatdır.

Alan A.Miln, “Vinni-Pux”

Bu əsərin obrazları yazıçının oğlu Kristofer Robinin oyuncaqlarıdır. Kitabın əsas qəhrəmanı əsərin adından da göründüyü kimi, oyuncaq ayı balası Vinni-Puxdur.

Əsərdə həmçinin ulaq İa-ia, Pələng, Dovşan, Bayquş, Potabala, kenquru Kenqu və onun balası Ru kimi obrazlar maraq doğurur.

Bu oyuncaqlar meşənin ən gözəl guşəsində yaşayır, əsl adamlar kimi çətin sınaqdan keçirlər. Əsərdə məzlumlara, köməyə ehtiyacı olanlara böyük rəğbət hissi var. 

Əsəri Füzuli Əsgərli tərcümə edib.

Kitabın satış qiyməti 10.90 manatdır.

Fərəh Pəhləvi, “Xatirələr” (Yıxılan rejimin və bitməyən eşqin hekayəsi). Təkrar nəşr

Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı, əslən azərbaycanlı olan Şahbanu Fərəh Pəhləvinin (Diba) xatirələri bu ölkənin az qala 60 illik tarixinə işıq salır.

Bu əsər memuar və tarixi janrda olsa da dramatik bir sevgi dastanını xatırladır, bu baxımından geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Əsərin tərcümə və redaktə tərzi tərcüməçinin təqdim etdiyi qaydada saxlanmışdır.

Kitabın satış qiyməti 10.40 manatdır.

Prezident Rusiyadadır

  • 20 Dekabr 2019
  • comments

Şotlandiya yenə üz çevirir

  • 20 Dekabr 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ədəbiyyat
  • Gender
  • Gənclər
  • Mədəniyyət
  • Nəsr
  • Təhsil
  • Yazarlar

Rəylər

Do not miss

comments
Xəbər

Beşlikdə son nöqtə

Son materiallar

comments
Xəbər

Beşlikdə son nöqtə

GLOBALS:0
comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda