• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Kosmos”, “Lujin müdafiəsi”, “Kustarlar və Rokfellerlər”, “Üç gonbul”

  • 16 Dekabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

“Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitabları oxucuların diqqətinə çatdırırıq.

Karl Saqan, “Kosmos”

Məşhur amerikalı astrofizik Karl Saqanın kitabı kainatın təkamülü, qalaktikaların formalaşması, həyat və şüurun meydana gəlməsindən bəhs edir. Müəllif qədim müdriklərin fikirlərindən, Kepler, Nyuton və Eynşteynin kəşflərindən söz açır, müasir kosmik missiyalara qədər kainatın dərkinə aparan yolda oxucuya bələdçilik edir.

Elmin bütün cəmiyyətlərdə yayılması, astronomiya, astrobiologiya və astrofizika kimi mövzularda ümumi bir dünyagörüşünün formalaşması məqsədilə yazılmış bu kitab eyni zamanda kosmos və astronomiyaya dair biliklərdən bəhs edərkən, bəşəriyyətin tarix boyunca kainat haqqındakı qavrayışlarına da yer verir.

Müəllif kitabda klassik yunan düşüncəsindən bu günə qədər insanın kainata dair yanlış və doğru fikirləri üzərində elmi müzakirə açaraq, kosmosun gələcəyi haqqında öz fərziyyələrini də irəli sürür. Kitab sadəcə elmi cəhətdən deyil, fəlsəfi olaraq da kainatla insanın əlaqəsini araşdırır.
Yerdənkənar sivilizasiyaların varlığına inanan Saqan Dreyk tənliyi kimi formulların və qiyamət fərziyyəsinin kainatda başqa varlıqlar olduğunu riyazi olaraq təsdiq etdiyini, ancaq bəşər övladının buna dair aşkar dəlillər əldə etməsinin bir az uzun sürəcəyini deyir. Saqan kainatda tənha olmadığımızı düşünərək, kosmik dünyaların varlığına dair öz fərziyyələrini irəli sürür.

Elmi və tarixi məlumatlarla zəngin olan, maraqlı bir dildə yazılmış bu kitab sizi Yerdəki gündəlik qayğılardan ayırıb, sirlərlə dolu kainata aparır.   

Bu kitab dünyada 5 milyon nüsxədən çox satılıb.

Kitabın satış qiyməti 15.40 manatdır.

Vladimir Nabokov, “Lujin müdafiəsi”

“Lujin müdafiəsi” romanı dünyanın ən qədim oyunlarından sayılan və Nabokovun özünün də əla bacardığı şahmat haqqındadır.

Romandakı impressionizm çalarları, rənglərin zənginliyi, metafora sıxlığı yazıçının bu əsərini də dünya inciləri ilə bir sıraya qoyur. Oyun ehtirası romanın emosional-fəlsəfi poetikasına rəng qatır, onu oxucu üçün daha da maraqlı edir.  

Əsəri Səfər Kəlbixanlı tərcümə edib.

Kitabın satış qiyməti 6.49 manatdır.

Eduard Omarov, “Kustarlar və Rokfellerlər” (Müvəffəqiyyətli olmaq istəyənlər üçün)

“Müvəffəqiyyətli olmağı bir çoxları xəyal edir, lakin buna nail olmağın yolunu bilənlər azdır. Halbuki xəyal edənlərin əksəriyyəti artıq müvəffəqiyyətlidir və ya müvəffəqiyyətli olmaq üzrədir. 

Tələb olunan isə sadəcə insanın diqqətlə özünə baxması, gözlərini geniş açıb ətrafa boylanması və azacıq səy göstərməsidir”.

Kitabın satış qiyməti 12.00 manatdır.

Yuri Oleşa, “Üç gonbul”

Yuri Oleşa bu əsəri yazmağa başlayanda Rusiyada sovet hakimiyyəti hələ üç il idi qurulmuşdu. İnqilabi hadisələr, xalqın qələbəsi, məğlub olmuş sinfin simasızlığı yazıçının gözləri qarşısında baş vermişdi. Bu hadisələr hələ o qədər “isti”ydi ki, hətta tam uydurmanın məhsulu “Üç gonbul”da öz əksini tapmalı idi.

Olmuş və fantastik əhvalatlar əsərdə harmonik şəkildə birləşib. Xalqın üç gonbulla mübarizəsi, şübhəsiz, alleqoriyadır və yəqin ki, romanın ən balaca oxucuları da başa düşür ki, bu gözəl əsərin əsas ideyası inqilabi mübarizələrlə bağlıdır.

Əsər üç gonbulun hakimiyyətindən əziyyət çəkən xalqın mübarizəsindən bəhs edir. Üç gonbulun qarşısında qorxmadan çıxan Prospero, Tibul, Doktor Qaspar kimi obrazlar bu mübarizənin əsas nümayəndələridir. Xalqın zəhməti, malı sayəsində günü-gündən gonbullaşan bu gonbullar öz əməllərindən əl çəkmir, öz hakimiyyətlərinə qarşı çıxanları edam etmək qərarına gəlirlər. Əsərdəki yüksək yumor, alleqoriya oxucuların marağını cəlb edəcək.

Əsəri R.Şıxəmirova tərcümə edib.

Kitabın satış qiyməti 4.99 manatdır.

Qaregin Njde və onun “Seqakron” təlimi

  • 16 Dekabr 2019
  • comments

1/16 final cütlükləri

  • 16 Dekabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ədəbiyyat
  • Mədəniyyət
  • Nəsr
  • Yazarlar

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda