“Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitablar haqda qısa məlumatları oxucuların diqqətinə çatdırırıq.
Aqata Kristi, “Ölümlə görüş” (təkrar nəşr)
Romanda Herkül Puaronun Yaxın Şərqdəki macəralarından söz açılır. Qüdsdə istirahət edərkən məşhur detektivin təsadüfən eşitdiyi söhbət böyük bir cinayətin üstünü açmağa kömək edir. Tiran, sadist, qəddar ana olan miss Boyntonun qatilini axtararkən Puaro bütün ailə ilə üzləşməli olur. Bəs kimdir günahkar? Puaro əmindir ki, sadəcə şübhəlilərlə söhbət etmək canini tapmağa kifayət edir.
Aqata Kristinin “Ölümlə görüş” detektiv romanını ilk dəfə Böyük Britaniyada “Collins Crime Club” nəşriyyatı 1938-ci ilin mayında çap edilib. Amerikada isə kitabı “Dodd, Mead and Company” nəşriyyatı elə həmin ildə çap edib.
Əsəri ingiliscədən Gülər Qasımova tərcümə edib.
Kitabın satış qiyməti 5.49 manatdır.
Jorj Simenon, “Komissar Meqre. Latış Pietr”
İki qardaş ikilikdə böyümüşdü, ancaq Pietr həmişə Hansı kölgədə qoyurdu: uşaqkən ən yaxşı şagird, gənc ikən aktivist-qiyamçı idi. Bir qədər sonra dələduzluq istedadı sayəsində çox varlı adamlarla işləməyə başladı.
Beynəlxalq quldur dəstələrinin ittifaqını yaradan insana çevrildi. Hans Çexov kimi dramaturq olmaq istəyirdi. Qardaşının təhqirlərinə dözür, Berti bütün varlığı ilə sevirdi.
Əsəri fransızcadan Minə Candan tərcmə edib.
Kitabın satış qiyməti 4.49 manatdır.
Kamran Novruzzadə, “Metempsixoz”
“Mən hər dəqiqəni xatırlayıram. Düyməsi həmişəlik yanılı qalmış diktofonam elə bil. Uşaqlıqda özümü çox güclü hesab edirdim, əmimin qalxanını əlimdə tuta bilmirdim, indi isə sığır. Bir şey davamlı baş verəndə, sayını itirirsən artıq. Məndə də belə olub: neçə Günəş, neçə Ay görmüşəm, heç xəbərim yoxdur. Gör nə qədər il keçib?! Mən balaca, zəif və aşırı dərəcədə sadəlövh idim. İndi isə sən bunu görməyəcəksən: zaman içində itirməyə məcbur olduqlarımı və itirdiklərimi. Çünki mən bir daha səni qəlbimə buraxmayacağam, yox. Mən rədd edilməkdən imtina edirəm”.
Kitabın satış qiyməti 4.90 manatdır.
Baltasar Qrasian, “Kamillik elmi”
XVII İspan mütəfəkkiri, böyük Alman şairi H.Heynenin təbirincə desək, “əsrinin birinci adamı” Baltasar Grasianın “Kamillik elmi” fəlsəfi traktatı uzun əsrlər nəinki dövlət adamlarının, həm də filosofların belə masaüstü kitabı olmuşdur. Sevindirici haldır ki, belə bir dərin məzmunlu və eyni zamanda anlaşıqlı əsər doğma dilimizdə nəşr olunub, həm indiki, həm də gələcək gəncliyi kamilliyə və saflığa çıxaracaq.
Kitabı Abib Rzayev və Məlahət Əsədova tərcümə ediblər.
Kitabın satış qiyməti 4.99 manatdır.