• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni kitablar

  • 29 Noyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

“Qanun“ Nəşrlər Evinin çap etdiyi yeni kitabları oxuculara təqdim edirik.

Herbert C.Uells

“Zaman maşını”

“Zaman maşını” Herbert C.Uellsin ilk iri həcmli fantastik əsəridir. Gələcəyə səyahətdən bəhs edən romanın qəhrəmanı Zaman Maşınını icad edən Zaman Səyyahı bəşəriyyətin gələcəyini tədqiq etmək üçün gələcəyə yollanır.

İnkişaf etmiş, parlaq və gözəl gələcək əvəzinə onu tənəzzül dövrünə qədəm qoyan dünya qarşılayır. Bəşəriyyət iki tam fərqli aləmə − Qaranlıq Dünyanın sakinləri morloklara və yer üzündə qayğısız həyat sürən eloylara bölünüb. Zaman Səyyahı gələcəkdə gözlənilmədən itirdiyi Maşınının axtarışları zamanı inanılmaz macəralar yaşayır, həmçinin özünə dost tapır. Zaman Səyyahı bəşəriyyətin milyon illər ərzində keçdiyi yolu, uğradığı tənəzzülün səbəbləri və motivləri haqqında düşüncələrini paylaşır.

Yenidən öz zamanına qayıdan Səyyah gələcəkdə səkkiz gün ərzində yaşadığı olayları dostlarına danışır və bunun sübutu kimi yenidən zamanın burulğanına atılır, lakin oradan bir daha qayıtmır. 

Əsəri Fərəh İsmayılzadə tərcümə edib.

Kitabın satış qiyməti: 4.99 AZN

Ülvi Əliyev

“İbrətli hekayələr”

Kitab onu toplayıb tərtib və təshih edən Ülvi Əliyevin oxucuya müraciəti ilə açılır:
“Əziz oxucu! Əlindəki bu kitabın ön sözünü yazmaq mənim qismətimə düşüb. Düzü heç bilmirəm, kitablara ön söz yazmaq nə zamandan qayda kimi ortaya çıxıb. Amma yazılmamış bu qanun, illərdir kitab nəşrində öz yerini qoruyub saxlayırsa, demək ki, ciddi bir zərurətin nəticəsində ortaya çıxıb.

Bəs görəsən, neçəmiz kitabı oxumağa «ön söz»dən başlayırıq? Ümumiyyətlə, kitab oxuyanların neçə faizinin «ön söz» hissəsini oxuması haqda statistika maraqlı olardı. Səmimi olsaq, özümüz də bəzi hallarda bu hissənin üstündən keçib, əsas hissənin səhifələrindən vərəqləməyə başlayırıq əlimizdəki kitabı. Halbuki kitabın əvvəlində yazılanlar, bu kitaba giriş üçün bir açar rolunu oynayır. Məhz bu sözləri oxuduqdan sonra kitab haqda fikir formalaşır, ya kitabı dərhal oxumağa başlayırsan, ya bir müddət «gözləmə»yə alırsan, ya da birdəfəlik oxunacaq kitablar siyahısından silirsən”. 

Kitabın satış qiyməti: 5.99 AZN

Fuad Səyyah 

“Şəkillərdə gülən qadın”

Qismətdən yaradıcı gənclər haqqında söz demək mənim taleyimə düşür. Əslində gənclik haqqında fikir söyləmək, onlara uğur diləmək o qədər də asan deyil. Çünki gənclik güzgüdür. Hər bir gənc bu güzgüyə inamla, məsuliyyətlə baxsa, özünü görər və kifayət qədər özünə diqqətli olar.
SÖZə ehtiyatla yanaşan gənclər daha fərqli olur.

İmzasını tanıyıb, yaradıclığını izlədiyim gənclər sırasında Fuad Səyyah diqqətimi çəkib. Düzü, özünü görməsəm də, şeirləri mənə doğma gəlib. Ruhu safdır. Bir neçə şeirini müxtəlif mətbu orqanlarda oxumuşdum.  

Tərcüməçi: Jalə Rüstəmova

Kitabın satış qiyməti: 5.00 AZN

İqor Buniç

“Partiyanın qızılları”

İqor Buniçin oxuculara təqdim etdiyimiz “Partiyanın qızılları” kitabı və son 10 ildə yazdığı silsilə əsərləri geniş Ru­si­­ya mə­kanında bir nömrəli ədəbi hadisə hesab edilir. Bu müvəf­f­ə­qiyyətin səbəbi nədir?

Axı dahi hiyləgər İliç, soyuq başlı əzazil komissarlar və çe­kist­lər, digər kommunist rəhbərlər haqqında xeyli ədəbiyyat möv­­­cuddur və indi də dəfələrlə onlar barədə yazılır.

Bu sualın cavabı aydındır. İqor Buniç Oktyabr inqilabının mahiyyətini, Lenin və onun silahdaşları tərəfindən hakimiyyətin zorla ələ keçirildiyini, həmçinin ondan sonrakı SSRİ-nin 70 illik tarixində mənfur hə­mişəyaşıl valyutanın – qızılın oynadığı əbədi rolu ilk dəfə olaraq kitablarında təsvir və təqdim edir. 

Tərcüməçi: Zakir Abbas

Kitabın satış qiyməti: 12.90 AZN

Büdcə parlamentdən keçdi

  • 29 Noyabr 2019
  • comments

Yeni ombudsman Konstitusiya Məhkəməsindən gəldi

  • 29 Noyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ədəbiyyat
  • Nəsr
  • Yazarlar

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda