“Qanun” Nəşrlər Evi İradə Tuncayın “A.A. – Ağ adam, Ağrılar adamı” və Boris Akunin “Türk qambiti” kitablarını çap edib.
İradə Tuncay
“A.A. – Ağ adam, Ağrılar adamı
Kəlbəcərdən Laçına gedəndə Gəlin qayasını keçəndən sonra Yüzbulaq adlandırılan bir yaylaq var. Bu yaylaqda bir-birindən bəzən on metr, bəzən əlli metr, bəzən bir az da aralı göz yaşı kimi bulaqlar qaynayır. Axırıncı dəfə saymaq istədim, görüm doğrudanmı burda yüz bulaq var, sayıb qurtara bilmədim. Yoruldum. Dedim gələn dəfə sayaram, gələn dəfə də…
İnşallah, bir gün qismət olar, sevinc göz yaşlarımı o bulaqların suyu ilə yuyaram. Çox qəribədir ki, orda olmayanları inandıra bilmərəm ki, hər bulağın öz dadı var. Dəniz səviyyəsindən 1500, 1700 metr hündürlükdə olan yaylaqda bu bulaqların qaynaması Tanrının möcüzəsidi. Yerin təkindən daşları, qayaları, torpağı oya-oya və saflaşa-saflaşa qaynayan dupduru, gün işığı tək təmiz bulaqlar.
Kitabın satış qiyməti: 4.99 AZN
Boris Akunin
“Türk qambiti”
Boris Akuninin “Erast Fandorinin macəraları” seriyasından ikinci romanı olan “Türk qambiti”ndə hadisələr 1877-78-ci illər Rus-Türk müharibəsi dövründə cərəyan edir.
Tarixi detektiv janrında yazılmış roman qeyri-adi hadisələr və maraqlı personajlarla elə ilk səhifələrdən oxucunu öz sehrinə alır.
Plevna şəhərində rus hərbi düşərgəsindəki türk kəşfiyyatçısının aşkar edilməsi üzərində qurulan kəskin süjet xətti tarixi hadisələr konteksində daha cəlbedici təsir bağışlayır.
Əsəri Mehman Cavadoğlu tərcümə edib.
Kitabın satış qiyməti: 9.99 AZN