• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Elektron kitablar və virtual müsahibələr…

  • 22 Oktyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetMediaTribunaYazarlar

Hikmət Nazim

Elektron kitabdan qaçanların bir bəhanəsi var: qoxu. Kitab qoxusu. Guya kitabın qoxusunu hiss etmədən oxuya bilmir, oxuduqlarını başa düşmürlər. Halbuki gün ərzində əllərindəki telefon vasitəsilə saya-hesaba gəlməyəcək qədər gərəksiz informasiya qəbul edirlər. Nə qəzet qoxusu alırlar, nə jurnal. O gərəksiz informasiyaları kimsə onların beyninə üfürmür, əlbəttə. Elə onları da oxumaq, göz yormaq məcburiyyətindədirlər. Oxuyurlar.

Bu dəxlisiz romantika jurnalistika sahəsində də özünü göstərir. Adamlar xəbəri çox zaman saytların sosial şəbəkələrdə açılmış səhifələrindən oxuyurlar, amma müsahibənin telefonla alınmasına qarşı çıxırlar ki, “canlı” alınmır.

Bir baş redaktorla “Messenger”də söhbət edirdik. Müxbirlərindən birinin hazırladığı müsahibəni təriflədim, dərdi açıldı. Müxbiri yıxıb-sürüməyə başladı. Dedi, ona işi öyrədə bilmirəm. Müsahibi üzbəüz görüşə razı sala bilmir, hər bəhanəyə aldanır.

Nədən şikayətçi olduğunu anlaya bilmədim. Düzü, oxu sayı üçün ürəyi gedir. Haqqında danışdığım müsahibənin çox yaxşı oxunduğunu, üstəlik, bu müsahibədən sonra polemika açıldığını, ciddi-ciddi adamların reaksiya verdiyini dedim. Yenə öz bildiyini çağırdı: “Qaqa canı, alınmamışdı, quru idi…” Fikrimcə, müxbirlə aralarında problem vardı.

Birincisi, müsahibənin “ölü” olduğunu görən redaktor özü onu canlandırmağa çalışmalıdır ki, peşənin sirlərinə hələ təzə-təzə yiyələnməyə çalışan müxbir vəziyyətdən çıxa bilsin. Hərçənd mən o müsahibənin virtual yolla alındığını yalnız baş redaktor deyəndən sonra bildim. Yəni olduqca oxunaqlı, axar-baxarlı alınmışdı. Bəlkə də müxbir müsahiblə görüşsə, ikisindən birinin dili topuq çalacaq, müsahibə o qədər gözəl alınmayacaqdı.

Müxbirlə baş redaktoru baş-başa buraxıb keçək əsas məsələyə. O redaktor tək deyil, çoxu bir bəhanə ilə müasir texnologiyanı başından eləmək istəyir. Halbuki bir balaca fikirləşsələr, başa düşərlər ki, 500 səhifəlik kitab daşımaqdansa, 150-200 qramlıq elektron kitab daşımaq daha rahatdır; ona görə ki, belədə bir kitabı oxuyub yorulanda e-kitabın yaddaş kartına yüklənmiş digər kitaba da baxmaq imkanı olacaq.

Eləcə də müsahibə məsələsində vəziyyət eynidir. Müxbir müsahiblə görüşüb sadəcə sual verəcəksə, müsahibin cavabından sual çıxarmayacaqsa, yəni öncədən hazırlanmış sualları verib canını qurtarmağa çalışacaqsa, eləcə də müşahidələri əsasında qeydlər (bu qeydlər müsahibin jestlərini, mimikalarını mötərizədə yazmağa kömək edə bilər) aparmayacaqsa, ofisdə oturub telefonla danışmağı, yaxud görüntülü söhbət etməyi daha məqsədəuyğundur; çünki bunun ardınca bir başqa müsahiblə də danışa bilər.

Bunun əvəzinə redaksiya gücü reportyorlara verə bilər. O reportyorlar sahəyə gedər, müşahidə də edər, müsahibə də… Yeri gələndə şəkil çəkib, qeyd də aparar.

Təəssüf ki, bu gün əksər saytlarda redaktorlar müxbirə tapşırıq verməyin daşını atıb. Əslində isə yeri gələndə müsahibəyə göndərdikləri müxbirin suallarını belə gözdən keçirməli, əlavələr etməlidirlər. Redaktorlar materiala sifarişçi gözüylə baxmalıdırlar. Əyər-əskiyinə baxıb ona görə sayta yerləşdirməyə, qəzetdə yayımlamağa qərar verməlidirlər. Həm də bir növ müxbiri işlədə-işlədə öyrətməlidirlər.

Müxbirin hər hazırladığı materialı sorğu-sualsız dərc edəcəklərsə, istifadə olunan alətlərin nə olduğunun bir önəmi qalmır. Yəni müxbir müsahiblə görüşsə də, görüşməsə də, reportyor hadisə yerinə getsə də, getməsə də öz qabındakını yazacaq; çünki üzərinə heç nə qoyulmayıb, özü “yontulmayıb”, plyus redaktorun, oxucunun ondan nə istədiyini bilmir.

Bir ara müxbir işləmiş biri kimi deyirəm, istənilən halda istifadə olunan alətlərin nə olduğunun o qədər önəmi yoxdur. İşə qəbul zamanı çalışdığım media orqanlarından birinin redaktoruna dedim ki, səhhətimdən dolayı mən hər dəqiqə hadisə yerinə gedə bilməyəcəm, öhədliyimdə olan ərazilərdəki əlaqələrimdən istifadə edəcəm. Dedi, necə edirsən elə, səndən tələb olunan materialları vədəsində çatdır.

Dediyim odur, sürət əsrində yaşayırıq, hər kəs çalışdığı sahədə əlində olan müasir texnoloji imkanlardan maksimum dərəcədə yararlanmalıdır. Ən azı bunu unutmamaq lazımdır ki, hər yarım saatda bir hansısa qurumun press-relizini, xəbər agentliklərinin hazırladığı xəbərləri kopyalamaqdansa, telefonla alınmış müsahibəni işləyib, sayta elə onu yerləşdirmək daha faydalıdır.

Müəllifin başqa yazıları:

Jurnalist də Tanrı kimi…

Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?

“Düz bazar”, yoxsa bazar?

“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?

Mediada təcrübə

Bakılının erməni musiqisinə qulaq asmağı

Yola verənlər…

Medianın azad fikrə reaksiyası

Bloqçu Mehman və jurnalist…

Səhv kimdədir: müxbirdə, redaktorda, yoxsa?

Qanalı Əhməd və azərbaycanlı Rasim

Senzura haqqında bir neçə kəlmə

Çörəklə sınağa çəkilənlər…

Hakimiyyətdən ev alan jurnalistlərə deyilənlər

İntim görüntüləri yayılan kimdir?

“Sevgilisi var – ona görə”

Şura “11” deyir, İşçi Qrupu “9”…

Hamamda “iki nəfər ölüb”, yoxsa “kişi və qadın”?

Müxbiri müsahibin ayağına verənlər…

Bölgələrdən niyə xəbər yoxdur?

Moskva razılaşması haqqında bir neçə söz

Zamanla ayaqlaşmaq

Bir cümlədə üç xəta

Televiziyalar niyə hələ də var?

Efir ehtirası…

Media və ikili standart

“Zombiləşmiş” müxbir

Əminənin qətlində türk seriallarının payı

Yüksək oxu sayına güvənmək olarmı?

Ezop dili və yayınan hədəf

Yuxudan oyananda nə edirsiniz?

O dövrün adamları…

  • 22 Oktyabr 2019
  • comments

MSK-da yenilik

  • 22 Oktyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Media
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda