• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ömrümüzün mənası və əsl sevginin qələbəsi

  • 17 Oktyabr 2019
  • comments
  • Novator.az
  • Posted in ManşetTribunaYazarlar

“Düşüncələr” silsiləsindən

Mətanət Natiq

Ömrümüzün mənası

Həyatımızı rəngləndirən, mənalandıran, bizi yaşamağa sövq edən bir varlıq var. O qədər saf, məsumdur ki, deyəndə: “Yalan danışsan burnun Buratinonun burnu kimi uzanacaq” – o dəqiqə sözünə inanır. Söhbət saf, məsum uşaqlarımızdan gedir.

Onların öz dünyaları var. Onlar küpəgirən qarının süpürgəsində göylərdə uçmağı arzulayanlardır (vaxtilə o süpürgədə uçmağı mən də arzulamışam). Çərpələng üstündə dünya səyahətinə də çıxa bilərlər. Bir oyuncağın canlı olduğuna inanıb onunla danışarlar.

Uşaqlar rəngləmə albomları deyil, biz onları sevdiyimiz rənglərlə rəngləyə bilməliyik. Mən bunu gözəl bilirəm. Uşaqlar öz sevdiyi şirniyyatları belə oyuncaqlarıyla paylaşırlar. Bizim uşaqlardan biri əlindəki şokoladı oyuncağa yedirtməyə çalışırdı. Məsum və saf… Özləri balaca, ürəkləri böyük insanlar…

Bir gün uşaqlara Qırmızıpapağın nağılını oxuyurdum. Canavarın Qırmızıpapağı yemək istədiyi yerə çatanda hıçqırıq səsi eşitdim, dönüb baxanda gördüm uşaqlardan biri ağlayır. “Niyə ağlayırsan?” Cavabında dedi ki: “İndi canavar Qırmızıpapağı yeyəcək. Yeməsin onu”. Bax, onlar belə varlıqlardır.

Onlara baxanda öz uşaqlığım yadıma düşür. Qonşumuzun həyətində böyük hovuz var idi. Bu hovuzda rəngbərəng balıqlar üzərdi. Mən qonşunun qızıyla hovuzun kənarına çıxıb bu rəngli balıqlara baxardım. Əlimizi suya salıb tərpədəndə balıqlar yaxınlaşardı. Mən balıqlara baxıb fikirləşərdim ki, yeganə canlılardır ki, səsləri yoxdur.

Bir gün atamdan soruşdum: “Ata, niyə balıqların səsi yoxdur?” Atam fərqli cavab verdi: “Ağıllı canlılardır, susurlar”.

Balıqlar məni həmişə cəlb edərdi. Hətta bir dəfə balığın karikaturasını çəkmişdim. Qardaşım gülmüşdü bu şəklə. Axı balıqların buynuzu olmur. Nəysə, uşaq fantaziyası idi bu.

Yenə bir gün balıqlara baxanda sürüşüb hovuza düşmüşdüm. Böyük qardaşım Şakir məni hovuzdan çıxarmışdı.

Məhəllədə çərpələng uçurduğumuz günləri də xatırlayıram. Həmişə istəmişəm ki, bizimki çox yuxarı qalxsın və buna nail olurduq. Kiçik qardaşım Natiqin sayəsində. Eh, uşaqlıq illərim…

Mən deyirəm ki, Azərbaycanda yaşayan uşaqlar xoşbəxtdirlər. Doğrudur, uşaqlarını küçəyə atan valideynlər də var. Amma çox şükür ki, belələrinin sayı çox azdır. Qoy bütün uşaqlar xoşbəxt ailədə, sağlam yaşasınlar!

Əsl sevginin qələbəsi

Bir gün bir zəng gəldi mənə. O, idi. Həzin, məlahətli səsiylə salam verdikdən sonra: “Mətanət xanım, mən sizi çox sevirəm” dedi. Bir ay keçmişdi, amma onu yaddan çıxara bilmirdim. Demişdi ki, boşanacam.

İndi danışdıqca səsi titrəyirdi, deyirdi: “Yoldaşım məni gəlib apardı evimizə. Çox xoşbəxtəm. Amma məni evə gətirdiyinə görə qohum-qardaşı ondan üz döndəriblər. Çox sevinirəm evimə qayıtdığıma görə. İstədim sevincimi sizinlə paylaşım. Axı dərdimi də paylaşmışdım”.

Mən həmin dərdi “Məcburi boşanma, əsl sevgi hekayəti” başlığı altında qələmə almışdım. O yazı onun həyat hekayəti idi.

İndi qalır övladının olması. O da qismət. Mən ona dedim: “Darıxma, səbir elə, ən gözəl şeylər səbirdən sonra gəlir. Allah daşı belə göyərdir. Hər şey Allahın əlindədir. Səbirli ol. Allahın mərhəməti qəzəbindən böyükdür”.

Bir vaxtlar Ləhəc bağlarının qayalıqlarında gəzərkən daşların üstündə bitmiş xırda çiçəklərə, kollara baxıb təəccüblənərdim. Fikirləşərdim ki, bu otlar, çiçəklər necə bitib daşın üstündə? İndi o suala cavab tapmışam. Bu Allahın işidir. Allah istəsə daşı da göyərdər.

Mən deyirəm ki, bu əsl sevginin qələbəsidir. Kaş bütün işlər belə sonluqla bitə – məcburi boşanmadan əsl sevginin qələbəsinə çevrilə…

Müəllifin başqa yazıları:

Ümidlə yolçuluq

Səssizlik

Vətənim

Atılmış

Göz yaşı və biganəlik

Örnək adamlar

Darıxıram, ana

Balaca vətənpərvər, cənnət bağçası və ağlayan ağaclar

İnsanı yoran nədir?

Nurlu insan

Qabarlı əllər, gözəl insan

Payız yağışı

Xilaskar, müsəlman dünyası, tənha ağac, təhqir edilmiş şair…

Əsgər şalvarı, yeraltı dünyanın qəhrəmanları, sehirli aləm və yenilik

Adamlar, sevgi hekayətləri, qəbir daşı və dostluq

9 aylıq sərmayə hesabatı

  • 17 Oktyabr 2019
  • comments

19 oktyabr xəbərdarlığı

  • 17 Oktyabr 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Anım
  • Cəmiyyət
  • Ədəbiyyat
  • Gender
  • Gənclər
  • Nəsr
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda