• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni kitablar: “Startap sənəti 2.0” və “Kiçik ölkə”

  • 09 Oktyabr 2019
  • comments
  • hikmet
  • Posted in Xəbər

“Qanun” Nəşrlər Evi Qay Kavasakinin “Startap sənəti 2.0” və Laşa Buğadzenin “Kiçik ölkə” kitablarını çap edib.

Qay Kavasaki
“Startap sənəti 2.0”

Bu kitab startap yaratmaq üçün məşhur müəllifin təlimatıdır. Kitabda Qay Kavasaki bir ideyanı effektiv şirkətə çevirməyin sirlərini bölüşür. Onun məqsədi nəzəriyyədə və lazımsız detallarda ilişib qalmadan, bütün zəruri bilgiləri əldə edərək, nəsə böyük bir şey yaratmağınıza yardım göstərməkdir.

“Necə edəsən ki, səhvə yol verməyəsən” tipli məsləhətlərin xeyri yoxdur, onsuz da səhvlər olacaq. Ən maraqlısı buraxdığınız səhvdən sonra ayaq üstə qalaraq, nəhayət, inkişafa başlamağın yollarını aydınlaşdırmaqdır.

Kavasaki tez-tez deyir ki, sahibkarlıq iş deyil, zəkanın halıdır.

“Startap sənəti 2.0” sizi bu əhvala kökləyəcək.

Bu kitabı niyə oxumağa dəyər?

– Bu, öz biznesini qurmaq və gəlir gətirməsinə nail olmaq istəyən hər kəsin ömür yolunda əsas kitabdır.

–  Bu kitabda o qədər sağlam məntiq və konkretlik var ki, təkcə yeni əlavə, yaxud offlayn biznes qurmaq istəyənlərə deyil, hansısa layihə üzərində düşünən hər insanın işinə yarayar.

– Kavasakinin boş söhbətlə, uzun-uzun mülahizələrlə arası yoxdur. Hər şey mətləbin içində və dəqiqdir – siz təxirə salmadan işinizi inkişaf etdirməyə başlaya bilərsiniz.  

İş başlayan hər kəsə vacib olan bələdçi kitabı

Kitabın satış qiyməti: 13.90 AZN

Laşa Buğadze
“Kiçik ölkə”

“Kiçik ölkə” romanı, demək olar ki, həm bioqrafik, həm də bədii-sənədli romandır. Əsərin baş qəhrəmanı müəllifin özüdür.

Romanda yeni sözün, yeni mövqenin cəmiyyətdə necə çətinliklə yer almasından söhbət açılır. Romanın baş qəhrəmanı gürcü cəmiyyətində əsrlər boyu tətbiq olunan, idrakın təmayülünü müəyyənləşdirən milli-mədəni ənənədən çıxır və mühafizəkar qüvvələrin ciddi müqavimətinə məruz qalır…

Nəticədə o, yenilik uğrunda apardığı mübarizənin də əbəs olduğunun fərqinə varır, yaşadığı zaman və məkan arzu olunan gerçəkliyin ölçülərinə uyğun gəlmədiyindən hər şey parodiyaya çevrilir… 

Əsəri gürcü dilindən İmir Məmmədli tərcümə edib.

Kitabın satış qiyməti: 12.90 AZN

Yadigar Sadıqov İsa Qəmbərin açıqlamasına münasibə...

  • 09 Oktyabr 2019
  • comments

Litium-ion batareyalarını yaradanlara Nobel mükafa...

  • 09 Oktyabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Elm
  • Ədəbiyyat
  • Gənclər
  • Mədəniyyət
  • Nəsr
  • Sosial
  • Yazarlar

Rəylər

Do not miss

comments
Xəbər

İllər, qiymətlər

Son materiallar

comments
Xəbər

İllər, qiymətlər

GLOBALS:0
comments
Xəbər

Müstəqillik illərində əhalinin təbii artımı

GLOBALS:0
comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda