• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yuxudan oyananda nə edirsiniz?

  • 26 Sentyabr 2019
  • comments
  • hikmet
  • Posted in ManşetMediaTribunaYazarlar

Hikmət Nazim

Çox güman, atom parçalamırsınız. Hər normal insan kimi ilk olaraq təbii ehtiyacınızı ödəyirsiniz. Bəs bunu edərkən nə işlə məşğul olursunuz? Divarlara baxmır, yerə döşənmiş kafeli saymırsınız hər halda. Sayırsınızsa, demək, internet deyilən şeydən anlayışınız yoxdur. Hətta internetin bu qədər geniş yayılmadığı vaxtlarda belə insanlar tualetdə boş durmur, qəzet oxuyur, jurnal səhifələyirdi. İndi isə ya “Youtube” kanallarında onlara maraqlı gələn mövzularda videolara baxır, ya da xəbər saytlarını səhifələyirlər. 

Səhərin gözü açılmamış internetin canına canlanan heç kəs “Youtube” kanallarında, elə gündəlik xəbər saytlarında da ilk olaraq qanlı-qadalı xəbərlərə baxmır. İnsanlar daha çox əyləncəli mövzulara müraciət edirlər; çünki öyrədilmiş bir şey var: günə necə başlayırsan, eləcə də davam edir. Yəni günə intihar hadisəsi ilə bağlı xəbəri oxuyaraq, yaxud da dünyanın dağılması ilə bağlı fərziyyələrlə dolu bir videoya baxaraq başlasanız, axşama kimi də onun təsirində olacaq, işə can yandırmayacaqsınız. 

Bu gün yəqin sizin də tanıdığınız bir çox insan ictimai-siyasi mövzulara yumoristik üslubda münasibət bildirən köşə yazarlarını oxumağa üstünlük verir. Maraqlıdır, onlar kimləri oxuyur? 

Azərbaycanda bir neçə il əvvələ qədər az da olsa qəzet oxuyan insanları dindirən kimi Zamin Hacının səhərki köşəsindən sitat gətirir, qarşısındakı insanın da əhvalını yüksəldirdilər. Hazırda Zaminin yazıları o qədər də geniş kütlənin maraq dairəsində deyil; bu da onunla bağlıdır ki, həm qəzet oxunmur, yəni əvvəlki kütlə yoxdur, həm də haqqında danışdığımız yazar, mənim fikrimcə, tükənmək üzrədir. 

Köhnə oxucularla söhbət edəndə anlamaq olur ki, onlar da bir zamanlar sevə-sevə oxuduqları yazarın yazılarından artıq o qədər də zövq almırlar; ya o yazarın yumor hissi korşalıb, ya da köhnə yazılarını bir başqa formada təkrar edir. Sözsüz, köşə yazarı hər zaman güldürmək məcburiyyətində deyil. Ümumilikdə isə köşə yazarı güldürməlidirmi – bu özü başqa söhbətin mövzusudur. Məsələ burasındadır, Zamin Hacı müraciət etdiyi mövzulara sarkastik yanaşması ilə məşhurlaşmışdı. Yumor hissi korşaldıqca oxucu da ondan qaçmağa başladı. 

Bu gün gündəlik köşə oxuyan Azərbaycan oxucusu daha çox Türkiyə mediasının iki məşhur simasından – Yılmaz Özdil və Sonər Yalçından danışır. Emin Çölaşan, Uğur Dündar kimi yazarlar da oxunur, gəl ki, daha çox Yılmaz və Sonərə üstünlük verilir. Əslində bu iki yazar bir-birinə olduqca zidd adamlardır. Buna baxmayaraq hər ikisi həm Azərbaycanda, həm Türkiyədə eyni səviyyədə oxunub müzakirə olunur.

Hələ Türkiyədə “yandaş media” deyə qiymətləndirilən saytlarda yazan nə qədər məşhur köşə yazarı var, onları demirəm. Hamısı da gündəlik oxunur. Bir növ ölkədə rəqabət mühiti formalaşıb. Bir-birilərinin yazılarına cavab verirlər. Rəcəb Teyyub Ərdoğan belə Yılmaz Özdilə neçə dəfə tribunadan təhdid mesajı göndərib, təhqir edib. Dil amilinə görə Türkiyə siyasətilə yaxından maraqlanan Azərbaycan oxucusu bunları oxuya-oxuya, izləyə-izləyə özünü virtual da olsa prosesin mərkəzində hiss edir. 

Bu rəqabət mühiti “Yeni Müsavat” qəzetinin qılıncının dalı-qabağı kəsən vaxtları Azərbaycanda da var idi; çünki onda “Azadlıq” qəzeti də bağlanmamışdı. Heç siyasi sferada da vəziyyət indiki kimi deyildi. Yazarlar Türkiyədəki kimi hər gün atışmasalar belə bir-birinə rəqib iki qəzet vardı. Qəzet köşkünün qabağından keçən insan müqayisə üçün hər ikisini alırdı. “Azadlıq” qəzeti bağlanandan sonra əksəriyyət qəzet almaq alışqanlığını itirdi. Bununla yanaşı, oxumaq alışqanlığını da. Şahvələd Çobanoğlu, Elnur Astanbəyli kimi yazarlar yazmadı. Zamin təkləndi. 

Təbii ki, Yılmaz Özdillə Sonər Yalçının geniş kütlə tərəfindən oxunmasının bir səbəbi də hər ikisinin köşə ilə yanaşı, araşdırma yazıları, kitab yazmasıdır. Bir köşə yazarından daha çox kitab yazarı, araşdırıcı jurnalist kimi tanınırlar. Azərbaycanlı yazarlar isə daha çox gündəmə yönəlik içi boş köşə yazıları ilə kifayətlənirlər. Bu da önəmli məsələdir. Amma yenə də ən böyük problem rəqabət mühitinin olmamasıdır. 

Medialararası rəqabət mühitini siyasi rəqabət formalaşdırır. Eləcə də qəzetlərin tirajının artmasını, saytların oxu sayının yüksəlməsini… Azərbaycan siyasətində rəqabət daha çox şəxsi müstəvidədir, ondan o yana keçə bilmirlər. Sosial şəbəkələrdə o qədər müzakirə olunur ki, köşə yazarlarının yazmağa sözü qalmır. Əvəzində xatirə tipli yazılar yazmaqla kifayətlənirlər. Oxucular da hansısa tanımadıqları yazarın uşaqlıq xatirələrini oxumaq əvəzinə klassiklərin xatiratlarını oxumağa üstünlük verirlər. Bu da ilin əvvəlindəki kimi qəzetlərin bağlanmasına, saytarın bir-bir, ikibir sıradan çıxamasına gətirib çıxarır. 

Müəllifin başqa yazıları:

Jurnalist də Tanrı kimi…

Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?

“Düz bazar”, yoxsa bazar?

“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?

Mediada təcrübə

Bakılının erməni musiqisinə qulaq asmağı

Yola verənlər…

Medianın azad fikrə reaksiyası

Bloqçu Mehman və jurnalist…

Səhv kimdədir: müxbirdə, redaktorda, yoxsa?

Qanalı Əhməd və azərbaycanlı Rasim

Senzura haqqında bir neçə kəlmə

Çörəklə sınağa çəkilənlər…

Hakimiyyətdən ev alan jurnalistlərə deyilənlər

İntim görüntüləri yayılan kimdir?

“Sevgilisi var – ona görə”

Şura “11” deyir, İşçi Qrupu “9”…

Hamamda “iki nəfər ölüb”, yoxsa “kişi və qadın”?

Müxbiri müsahibin ayağına verənlər…

Bölgələrdən niyə xəbər yoxdur?

Moskva razılaşması haqqında bir neçə söz

Zamanla ayaqlaşmaq

Bir cümlədə üç xəta

Televiziyalar niyə hələ də var?

Efir ehtirası…

Media və ikili standart

“Zombiləşmiş” müxbir

Əminənin qətlində türk seriallarının payı

Yüksək oxu sayına güvənmək olarmı?

Ezop dili və yayınan hədəf

Neft neçəyədir?

  • 26 Sentyabr 2019
  • comments

Siyahıyaalınma: hazırlıq necə gedib?

  • 26 Sentyabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Media
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda