• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ezop dili və yayınan hədəf

  • 20 Sentyabr 2019
  • comments
  • Səidə Hüseynova
  • Posted in ManşetMediaTribunaYazarlar

Hikmət Nazim

Jurnalistin işi həm də şübhə etməkdir. Yəni çalışdığı redaksiyaya daxil olan xəbərə şəkk-şübhəsiz inanmaq yox, xəbərin gəldiyi ilkin mənbəyə, ayrı-ayrı ekspertlərə, qurumlara sual ünvanlamaqdır. Hadisə dalınca qaçmaq əvəzinə ofisə qapanıb qalmış müxbir heç olmasa bunu etməlidir.

Təəssüflər olsun ki, Azərbaycanda media qurumlarının cəmi bir-iki mənbəyi var – o da mətbuat xidmətlərinin yolladığı press-relizlər və dövlət qurumlarının rəsmi saytlarıdır. Çox zaman rəsmi saytlar da informasiyanı press-reliz şəklində yerləşdirir.

Press-relizlər rəsmi, qeyri-rəsmi təşkilatlar və ya şəxslər üçün lazım olan, daha doğrusu, onların işinə yarayan informasiya ictimaiyyətə ötürülsün deyə yazılır. Belədə onlar bir o qədər də “mötəbər mənbə” sayılmır. Hər halda, ötürüləcək informasiyada qeyd olunan – şişirdilmiş və ya kiçildilmiş – rəqəmlərin, haqqında danışılan hadisələrin bir neçə mənbədən yoxlanılmasında yarar var.

Belə deyək, aid olduğun media orqanının oxucusunu bəzəkli cümlələr, “dolğun” rəqəmlərlə aldatmağa çalışırlar, sənin işin isə buna rəvac verməməkdir. Sənin əsas işin içində həqiqət olan məlumatı seçib oxucuya çatdırmaqdır. Buna da yalnız araşdırmaqla, ekspertlərə sual ünvanlamaqla nail olmaq olar.

Lakin xəbər saytlarının əksəriyyətinə baxanda aydınca görmək olur ki, redaktorundan tutmuş müxbirinə kimi – heç kəs özünü əziyyətə salmaq istəmir. Bəlkə də “başlarını ağrıtmaq istəmirlər” desək, daha dəqiq olar.

“Atları yəhərləyin!” filmində Qaçaq Nəbinin şilləsini yeməmiş “şahın fərmayişi”nin əhaliyə zərər verdiyini anlamayan obrazın günündədirlər. Kimsə bunları sözün məcazi mənasında “şapalaqlamalıdır” ki, bəlkə bir-birinizi sorğu-sualsız təkrarlamayasınız! Həm də nöqtə-vergülünə qədər təkrarlayırsınız. Bu, xəbərçilik deyil, “kopi/peyst” jurnalistikasıdır. Hətta bəziləri press-relizlər üzərində işləyib onları özəlləşdirməyə belə ehtiyac görmürlər. Xəbər agentlikləri necə dərc edib, elə o cür də götürüb saytlarına qoyurlar.

Bu kimi nümunələr dünya mediasında da var. Yəni elə onlarda da kimsə kimisə aldatmağa çalışır, amma heç biri digərinin səhvlərini tirajlamır, əksinə – araşdırıcı jurnalistikanın imkanlarından yararlanıb doğruları yazmağa çalışırlar. Çox zaman da nə xəbərin çıxdığı ilkin mənbəyə, nə də hər hansı bir ekspertə müraciət edirlər. Sadəcə, açıq mənbələrdən istifadə edərək istəklərinə çatırlar.

Azərbaycanda isə demək olar açıq mənbələr yoxdur. Əslində birini bu yaxınlarda yaradıblar: Opendata.az. Orada da lazım olan datanı axtarıb-tapmaq müşkül məsələdir; çünki ya sənin axtarıb tapmaq istədiyin data orada olmur, ya da tapdığın informasiya qane etmir. Belə olan halda tələm-tələsik xəbər yazmazdan qabaq şübhəli məqamları qeyd edib axtarılan məlumatı əldə etmək üçün əlaqədar qurumlara sorğu ünvanlamaq, buna vaxt yoxdursa, aidiyyəti üzrə ekspertlərə müraciət etmək lazımdır.

Təbii ki, bunlar bir jurnalistin bilməli olduğu ən sadə şeylərdir. Bunları bilmək əlinə qələm (günümüzə uyğunlaşdırsaq: noutbuk, planşet, telefon və s.) almış hər müxbirin borcudur. Bəs o zaman niyə vəziyyət o yerə gəlib çıxıb ki, müxbirlər press-relizlərdəki fikirləri dırnağa alıb olduğu kimi təqdim etməkdən çəkinmirlər?

“Borc”

Gözəl sözdür.

Qısa izahı: bir tərəfin müvəqqəti olaraq pul, yaxud ölçü, çəki, say və s. ilə müəyyən edilən əşyaları digər tərəfin mülkiyyətinə verməsini və onların mütləq həmin ölçüdə geriyə qaytarılmasını bildirən müqavilə.

Müstəqillik dövrü Azərbaycan mediasının kimə borcu var ki, az qala yaranan gündən borc ödəyir? Kimə yoxdur ki?! Prezidentə – ondan ev alır; prezidentin köməkçisinə – onun ev alanların siyahısının tərtib olunmasında əməyi böyükdür. Saytlara pul ayırıb zamanı gələndə onlar üzərindən müxalifət nümayəndələrinə qarşı qarayaxma kampaniyası aparan nazir və deputatları bu yazıya daxil etməyə ehtiyac yoxdur. Heç o qədər vaxt da yoxdur.

Bu qədər borc-xərclə araşdırıcı jurnalistika kimi bir işə girişmək çətin məsələdir. Gözlənilən təhlükələr: imtiyazların geri alınması, təzyiq, təqib, işdən qovulma və nəhayət, həbs.

Nə qədər doğru olub-olmaması mübahisəli olsa da, bir neçə il qabaq bir jurnalist evinin qabağında döyüldü və işlədiyi qəzet bu hadisənin əməkdaşının peşə fəaliyyətini ləyaqətlə yerinə yetirdiyi üçün baş verdiyi barədə yazılar yazdı.

Doğrudan da hadisə jurnalistin peşə fəaliyyətini yerinə yetirdiyi üçün baş vermişdisə (lap peşə fəaliyyətini yerinə yetirməmiş olsayadı belə), məsələyə məhkəmədə aydınlıq gətirilməli idi, ancaq nə o jurnalist, nə də çalışdığı qəzet hadisənin üzərinə getdi; çünki bilərəkdən, ya bilməyərəkdən “yuxarılar”da kimlərinsə “ayağı tapdanmışdı “. Susdular. Bir müddət sonra o jurnalist qələmini də “götürüb” mühacirətə getdi.

Azərbaycanda bütün hadisələr belə həll olunur; ilkin mərhələdə başı alovlu-alovlu “Ezop dili”ndə nə istəsən deyə, hədəf yayındıra bilərsən. Lakin soyuq başla hər şey daha dəqiq analiz olunur deyə günlər keçdikcə yavaş-yavaş susmalısan.

Müəllifin başqa yazıları:

Jurnalist də Tanrı kimi…

Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?

“Düz bazar”, yoxsa bazar?

“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?

Mediada təcrübə

Bakılının erməni musiqisinə qulaq asmağı

Yola verənlər…

Medianın azad fikrə reaksiyası

Bloqçu Mehman və jurnalist…

Səhv kimdədir: müxbirdə, redaktorda, yoxsa?

Qanalı Əhməd və azərbaycanlı Rasim

Senzura haqqında bir neçə kəlmə

Çörəklə sınağa çəkilənlər…

Hakimiyyətdən ev alan jurnalistlərə deyilənlər

İntim görüntüləri yayılan kimdir?

“Sevgilisi var – ona görə”

Şura “11” deyir, İşçi Qrupu “9”…

Hamamda “iki nəfər ölüb”, yoxsa “kişi və qadın”?

Müxbiri müsahibin ayağına verənlər…

Bölgələrdən niyə xəbər yoxdur?

Moskva razılaşması haqqında bir neçə söz

Zamanla ayaqlaşmaq

Bir cümlədə üç xəta

Televiziyalar niyə hələ də var?

Efir ehtirası…

Media və ikili standart

“Zombiləşmiş” müxbir

Əminənin qətlində türk seriallarının payı

Yüksək oxu sayına güvənmək olarmı?

“Heydər Əliyev dedi ki, biz Rusiya ilə döyüşürük”

  • 20 Sentyabr 2019
  • comments

Gender niyə bərabər deyil?

  • 20 Sentyabr 2019
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Media
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda