“Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitabları oxucuların diqqətinə çatdırırıq.
Cim Kollins
“Yaxşıdan mükəmmələ doğru”
Mükəmməl kompaniyaya necə sahib olmaq olar? Məhz Cim Kollinsin müəllifi olduğu “Yaxşıdan mükəmmələ doğru” kitabı bu suala əhatəli şəkildə cavab verir. Kitabda müəllif peşəkar komandası ilə birlikdə həyata keçirdiyi altı illik tədqiqatın nəticələri haqqında yazır. Bu illər ərzində mükəmməl kompaniyalar uğursuz kompaniyalarla müqayisə edildi. Gərgin araşdırma nəticəsində mükəmməl kompaniyalarda uğurun oxşar elementləri aşkar edildi: “İntizamlı insanlar”, “intizamlı düşüncə”, “intizamlı hərəkət” və “dişli çarx” effekti bir çox orta göstəricilərə malik kompaniyaların mükəmməl kompaniyalara çevrilməsi üçün uğurun açarı oldu.
İnanırıq ki, “Yaxşıdan mükəmmələ doğru” kompaniya rəhbərləri, biznes məsləhətçiləri, menecment ixtisası üzrə təhsil alan tələbələr və biznes sahəsində çalışan hər bir kəsin sevimli kitabına çevriləcək.
Kitabın satış qiyməti: 10.90 AZN
Uolles D. Uottls
“Zəngin olmaq elmi”
Zənginləşməyi arzulamaqda yalnış heç nə yoxdur.
Zənginlik arzusu əslində daha təmtəraqlı, daha dolğun və daha zəngin həyat
istəyidir ki, bu da tərifəlayiqdir. Daha çox bolluq içərisində yaşamağı arzu
etməmək və istədiyi hər şeyi almaq üçün kifayət qədər pul qazanmağı
istəməmək anormallıqdır.
İnsan yaxşı qidalanmadığı, rahat geyinmədiyi
və isti
sığınacağı olmadan, eləcə də həddindən çox işləməkdən azad olmadığı halda öz bədənində
tam və dolğun, hərtərəfli şəkildə yaşaya bilməz. İstirahət və əyləncə də öz
növbəsində fiziki həyat üçün mütləqdir.
Kitablar olmadan və onları öyrənmək üçün lazımi vaxt sərf edilmədən, səyahət edərək müşahidə etmə imkanı olmadan, intellektual insanlarla əhatə olunmadıqca insan zehni cəhətdən dolğun yaşaya bilməz.
Kitabın tərcüməçi Leyla Əliyevadır.
Kitabın satış qiyməti: 6.00 AZN
Fyodor Dostoyevski
“Yeraltından qeydlər”
Dünya ədəbiyyatının birmənalı olaraq ən əhəmiyyətli müəlliflərindən biri kimi qəbul olunmuş məşhur rus yazıçısı Dostoyevskinin “Yeraltından qeydlər” bədii nümunə olmaqdan çox insanlığın zaman içindəki təkamülünü və bu təkamül nəticəsində gəldiyi nöqtəni ən yaxşı izah edən əsər kimi tanınır.
Xarakterin psixoloji analizini, onun ətrafındakı insan və hadisələrlə qarşıdurmalarını son dərəcə təbii və aydın şəkildə əsərində əks etdirən Dostoyevski, bu şəkildə yalnız öz dövrünün deyil, eyni zamanda günümüzün oxucusuna da xitab edə bilir.
Dostoyevskinin əsərləri arasında xüsusi yeri olan “Yeraltından qeydlər” xarakterin özü və xarici dünya ilə mübahisəsi kimi tanınır. Özünü zəif, heyvan kimi faydasız hiss edən xarakter digər insanları da düşüncəsiz, axmaq və yaşadıqları dünyadan xəbərsiz olaraq təsvir edir. O, bu insanlardan daha ağıllı və gözəl yaşamağa layiq olduğu halda qaranlıq yeraltında qalmağa və dünyaya ordan baxmağa məcburdur.
Kitabın satış qiyməti: 5.90 AZN
Orxan Pamuk
“Bəyaz qala”
XVII əsrdə türk piratların ələ keçirdiyi bir venesiyalı İstanbula gətirilir. Astronomiya, fizika və rəsm qabiliyyətinə sahib olan bu kölə bənzər cəhətləri olan bir türk tərəfindən satın alınır.
Bu iki insanın arasında sirli bir bənzərlik var. Qul sahibi öz köləsindən Venesiya və Qərb elmini öyrənmək istəyir.
Bu iki bənzər insan (ağa və qul) bir-birini daha yaxından tanımaq, dinləmək və danışmaq üçün Haliç tərəfdəki boş bir evdə, eyni masanın iki başında üz-üzə oturaraq danışırlar. Hekayələri və sərgüzəştləri onları vəba xəstəliyinin tüğyan etdiyi İstanbul küçələrinə, Uşaq Sultanın xəyal bağçalarına və heyvanlarına, qeyri-adi silahın hazırlanmasına və ən əsası “Niyə mən mənəm?” sualına aparacaq.
Hekayələr gündüzdən gecəyə doğru yol aldıqca şəxslərin kölgələri də yerdəyişmə edir.
Kitabın satış qiyməti: 6.70 AZN
Aslan Quliyev
“Quş və balıq”
Yazıçı romanda “Quş” və “Balıq” ləqəbli iki keçmiş döyüşçünün, oxuduğu əsərlərin müəllifləri kimi yazmağa başlayan, insanların sifətlərindəki ktabları oxuya bilən yazıçının, gözləri heç nədən doymayan qədim Ucubunuq tayfasının, bir-birindən xarakterlərinə görə kəskin fərqlənən digər insanların maraqlı, gərgin dünyalarını, bu dünyanı daha da həyəcanlı, canlı və cəzbedici eləyən sevgi, xəyanət, kriminal çəkişmələrlə zəngin olan hadisələri özünə xas olan yumorlu bir dillə təsvir edir.
Kitabın satış qiyməti: 9.99 AZN
Ахмед бек Агаев (Агаоглу)
“Где же наша интеллигенция?”
Эта книга задумана в год 150-летия со дня рождения выдающегося азербайджанского публициста Ахмед бека Агаева (Агаоглу) (1869-1939) и 100-летия со дня закрытия газеты «Каспий» (1881-1919). Взору современников третьего тысячелетия представлена панорама дореволюционной жизни Азербайджана сквозь призму единственного в Баку источника информации того времени – ежедневной общественно-политической газеты и ее самого плодовитого автора.
Ахмед бек занимал исключительное место среди авторов «Каспия» и в буквальном смысле слова стал лицом издания. В преддверии Первой русской революции, в 1898-1905 гг., на страницах «Каспия» были напечатаны около 600 его статьей, очерков, корреспонденций и т.д. Публикации отличались тематическим многообразием и широким географическим охватом, за которыми четко вырисовывался облик масштабной личности А.Агаева. Он стал стержневой персоной национального медийного поля и именно поэтому сумел направить прицельное внимание на проблемы, нужды и чаяния родного народа – азербайджанских тюрок, упорно называемых царскими властями татарами, инородцами, туземцами.
Представленная в данном сборнике подборка блестящих образцов публицистического наследия Ахмед бека Агаева озвучивает интонации той эпохи, в которой шло становление национального самосознания азербайджанцев. Глубокие и яркие мысли великого публициста дают пищу для размышлений широкому кругу читателей, среди которых прочное место занимают историки, филологи, журналисты и все люди с сильной гражданской позицией.
Kitabın satış qiyməti: 7.90 AZN