• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sevgi haqqında demaqogiya

  • 13 Sentyabr 2019
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Və ya Prometey əfsanəsinin gerçək üzü

Mətləb Ağa

Vaxt olur ki, öz əməllərimizin əsl mahiyyətini gizlət­mək­dən ötrü hansısa əfsanələr (hər dövrə uyğun forma və məz­mun­da) uydurub danışır, fikirləşirik ki, yalanlarımıza inanmayan olsa da, hər halda, inanan da tapılacaq, beləliklə, əsl niyyətləri­miz ört-basdır olacaq…

Qədim Yunan əfsanələrinin birində Prometeyin Zevs­dən özünün dünyaca məşhur od oğurluğunu insanlara sonsuz sevgisi səbəbindən elədiyi iddia edilir. Əfsanədə o da and-aman olunur ki, bu sevgi qarşılıqlıydı, insanlar da Prometeyə güvənirdilər. Digər tərəf – Zevs də öz hərəkətinə – od oğurluğuna görə Prometeyi qayaya zəncirləmək əmrinə məhz belə haqq qazandırır, odu insanlardan uzaq tutmaq­la onları aclığa və soyuğa alışdıra­ca­ğını, bununla insanların möh­­­kəm və güclü olub çətinliklərə asanlıqla dözə biləcək­lərini, lakin Prometeyin bütün zəhmətini heçə-puça çıxart­dığını deyirdi…

Lakin elə bu əfsanələri diqqətlə oxusaq, görərik ki, Zevs və Prometeyin münasibətlərində daha əvvəldən ziddiy­yət vardı, Zevsin titanlarla on illik savaşının ikincilərin məğ­lubiy­yətiylə bitməsi tərəflər üçün fərqli situasiya yarat­mış, düşmənlər təzə planlar cızmışdılar, bundan baş­qa, bu çırpış­manın ardından, sülhü Prometey birinci özü poz­muşdu, biz bura onu da əlavə eləyə bilərik ki, Prome­teyin ad­dımbaşı dikbaşlığı da, təbii ki, Zevsin allahlıq qüruruna toxunurdu…

Necə izah etmək olar ki, müsbət obraz kimi təqdi­matına çalışılan Prometey, Zevsin titanlarla döyüşündə əvvəl öz xalqının – titanların daha şanlı nəsli sayılan titanidlərin sırasın­day­dı, lakin bu uzun sürməmiş, titanidləri satıb haqq və ədalət (!) ilahəsi statuslu anası Femidanın təki­diylə Zevsin bayrağı altına keçmişdi.

Yəni bu xatırlatmadan anlaşılır ki, anası Femida da Zevs və Prometey arasında yaxşı əlaqələrin, sülhün tərəfda­rıydı, müha­ribədə belə Femida Zevsi haqlı sayırdı, Prome­teysə döyüş­lər bitər-bitməz, hər dəfə islah olunacağına ümid bəsləyən və müharibə vaxtı anasının təkidiylə müvəqqəti qoşulduğu Zevsə, hər necə olur-olsun badalaq vurmağa can atır və bunu insanlara sevgisi haqqında demaqogiyayla pərdələməyə çalışırdı…

Kronidlərlə titanların döyüşünün titanlardan ötrü sar­sı­dıcı nəticələrindən sonra nəhayət, Zevs yer üzündə məhv olmuş həyatı yenidən canlandırmaq istədi və bu mü­hüm işi Pro­meteyə tapşırdı.

Prometeyə xoş münasibət, etimad bəsləməsəydi, Zevs bunu nə üçün etməliydi ki?!

Beləliklə, Zevsin tapşırığıyla, Prometey və qardaşları pal­çıqdan müxtəlif zəif, köməksiz və kiçik məxluqlar düzəlt­mə­yə başladı, (bu zaman, insanların yaradılışı prosesinə bar­maqarası münasibəti Prometeyin insan məhəbbəti barədə de­yilənlərin cəfəngiyat olduğunu bir daha isbat­layır), Pro­metey palçığı suyla yox, göz yaşlarıyla yoğurdu və de­məli, in­sanlara ilk yamanlığı o özü elədi, ancaq o, öz hərəkətinə belə bəraət qazandırdı ki, nə vaxtsa, gələcəkdə, Zevsin ha­kimiyyətinin insanlara fəlakətlər gətirəcəyi ona indidən agahdır…

Əfsanənin bu qismində o da söylənilir ki, bu insan “hazır­lama” prosesində bir gün Zevs Prometeyi niyəsə öz ya­nına çağırmışdı, lakin titan dönüb gələnədək qardaşı Epimetey bütün palçığı heyvanları düzəltməyə sərf etmiş, daha vacibini – insan nəslinisə hələ yaratmamışdı (bəlkə də unutmuşdu).

Odur ki, əfsanəni düzüb-qoşanların təbirincə, insan­ların “emalında” heyvanların hərəsinin bədənindən bir parça palçıq qoparmaq lazım gəldi, buna görə də təbiətən bərabər yaranmış insanlarda bəzən yaxşı olsa da, daha çox murdar heyvani sifətlərlə qarşılaşırıq…

Zevsin bu cür mühüm etimadından sonra da, Pro­metey yenidən səbəbsiz-filansız yerə hiyləyə əl atdı, Zevsə qurban vermə mərasimində allahı aldatmaq istədi, kəsdiyi öküzün ətini bütövlükdə özü götürüb allaha piy qatına bükülmüş sümükləri hədiyyə etdi…

Lakin ayıq-sayıq Zevs, Prometeyin bu hiyləsini də başa düş­dü, öküzün hədsiz qeyri-bərabər hissələrə bölündü­yünü ti­ta­na istehzayla irad tutub bildirdi ki, bu hiyləgər hərəkət insanlara ye­nə də bədbəxtlik və əzab-əziyyətdən savayı heç nə gətirməyəcək.

(Buradan Prometeyin nə üçün insanların palçığına göz yaşı qatmasının sirri aydın olur, titan, şöhrətpərəstliyinin və məsuliyyətsiz hərəkətlərinin gələcəkdə insanları hansı bə­la­lara sürükləyəcəyini yəqin ki, özü də proqnozlaş­dır­mamış deyildi və deməli, bais olduğu faciələrin günahını nahaq Zevsin üstünə atmaq istəyirdi).

Prometeyin Zevsə kələk gəlib barmağına dolamasının cavabı çox gecikmədi, tezliklə yer üzündə yoxsulluq və aclıq başlandı, özünün tətiklədiyi bu fəlakəti aradan qaldırmağa, insanların keçmiş qayğısız illərini geri qaytarmağa təbii ki, Prometeyin gücü çatmadı, odur ki, düşündü ki, insanları yeni həyata alışdırsın, onları əzab-əziyyətlərə üstün gəl­mək­dən ötrü əməyə öyrətsin və bu fikir titanın yeni avantü­rasına gətirib çıxardı, göylərdən, Zevsdən od oğurladı və qəzəbli allahı təzədən qızışdırdı…

Zevs Prometeyin bu cinayətinə görə insanları yeni bə­lalarla “mükafatlandırdı”, ancaq yenə də ürəyi soyuma­dı­ğın­dan, insan nəslinin böyük bir hissəsini daşqınla məhv eləmək qərarına gəldi…

O, insanları qırıb çatdıqdan sonra, onların zəlil günə düş­mə­­yinin əsas baiskarının özündən də qisas almaq istədi və məş­hur Prometey əfsanəsinin özəyi də elə bu əvəzçıxma əhvala­tı­dır…

Yeri gəlmişkən, Prometey “gələcəyi bilən, sonranı dü­şü­nən” deməkdir, lakin necə olmuşdusa, titan az sonra öz ba­şına gələcəkləri qabaqcadan görməyi qətiyyən bacar­mamışdı, əfsa­nələr bunun niyə belə olması barədəsə konkret bir söz demir…

İnsanları nə gözlədiyini bildiyi iddia olunan, avan­tü­ralarını məhz bu öncəgörmələri ucbatından törətdiyi tez-tez xatırladılan Prometeyin çox keçməmiş öz başına gələcək hadi­sələr nədənsə heç ağlının ucundan belə keçmir….

Əfsanələrdə sadəcə o deyilir ki, Prometey əl-qolunu sal­layıb heç bir təhlükə gözləmədiyi halda, öz köhnə dostu Hefestin köməkliyiylə, Zevsin qulluqçuları onu qəflətən yaxalayıb Skifiyada qayaya zəncirlədilər…

Orada insan nəslinin doqquz ömrü müddətində əzab-əziyyət çəkməsinin ardından, qulluqçular Prometeyi Tartar­dan-cəhənnəmin zülmət qaranlığından dartaraq yer üzünə çıxarıb yenidən zəncirlə Qafqaz dağlarında qayaya vurdular.

Burada, əfsanəni danışanlar inandırıcılıqdan ötrü real həyat­dan şahidlər gətirib and-aman edirlər ki, uzun illərdən sonra Makedoniyalı İsgəndərin əsgərləri həmin əra­zi­yə, Qafqaz dağlarına gəlib çıxmışdı, hansısa döyüşçü bölüyü bu torpaqlar­dan keçərkən, bir insanabənzər nəhəng qayaya rast gəldilər, başa düşdülər ki, vaxtilə Prometeyin zəncirləndiyi yerdədirlər və onlar hörmətlə diz çöküb, insanların böyük xilaskarı və dostuna (əfsanəni söyləyənlərin təbirincə) dua edib qurban verdilər…

Od oğurluğu əhvalatındasa, daha sonra işə allahlar qarışdı, titanla Olimp tanrısını barışdırdılar və Zevs yenə də xeyirxahlıq və böyük ürəklilik göstərib Prometeyi zəncir­lərdən azad etdirdi…

Əfsanə yaradıcıları bu barışığın səbəbini Zevsin Moy­raların – tale ilahələrinin bir nəğməsinin sirrini Prometey­dən öyrənmək cəhdiylə bağlayırlar…

(Guya hər şeyə gücü yetən qüdrətli allah sirri özü öyrənə bilməzdi?!)

Moyraların sirli nəğməsinin məzmunusa bundan iba­rət­di ki, həyat fasiləsiz dəyişir, istər allahlar, istərsə insan­ların hökm­dar­ları öz hakimiyyətlərinin əbədiliyinə nahaq yerə inanırlar, …bəlkə də məğlubiyyət günü o qədər də uzaq deyildir…

Beləliklə, əsrlərlə davam edən inadkarlığın ardından Pro­me­tey Zevsə təslim olub tövbə elədi və Moyraların nəğməsinin sirrini ona saysız əzab-əziyyətlər vermiş (hər hal­da) birinə açdı…

Və ardından, əhvalatların yekununda Prometey yenə də özünü pis ampulada göstərdi; əmisi oğlu Xironun öz yerinə ölməsinə razılıq verdi və Xiron öldü.

O da düzdür ki, Xiron özü də ölmək istəyirdi, ancaq əlbəttə ki, söhbət Xiron­la bağlı deyil, Prometeyin mənəvi key­fiyyətləri bir daha ortaya çıxmışdı…

Bax belə…

Prometey hər dəfə insanları bais olduğu bəlalardan qurtarmaqdan ötrü (qurtarmaqdan ötrümü?) təzə bir avan­türa planlaşdırıb həyata keçirir, nəticədə həm o özü, həm də insanlar yeni-yeni əzab-əziyyətlərə düçar olurdu, Pro­me­tey və təbliğatçılarısa titanın şöhrətinə kölgə düşməməsi naminə (axı o, “insanların böyük xilaskarı və dostu”ydu) bütün bu avantüraları onun insanlara dərin sevgisi səbəbindən etdiyini deməkdən qətiyyən usanmır və utanmırdılar…

Müəllifin başqa yazısı:

Korolenkonun Nəcib Məhfuza cavabı

Əhməd hara gedir?

  • 13 Sentyabr 2019
  • comments

Cəhənnəmdən keçmiş mələk (139)

  • 13 Sentyabr 2019
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Ədəbiyyat
  • Mədəniyyət
  • Nəsr
  • Tarix
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda