Turistləri ən çox cəlb edən ölkələr
- 09 Sentyabr 2019
- comments
- Səidə Hüseynova
- Posted in ManşetXəbər
Dünya İqtisadi Forumu turistləri ən çox cəlb edən ölkələrin adlarını açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabat 140 ölkənin təhlükəsizlik, səhiyyə və gigiyena; turizm siyasəti və infrastruktur (nəqliyyat şəbəkəsi, turistə xidmət); təbiət və mədəni resurslar kimi meyarlar üzrə qiymətləndirilməsinə əsaslanır.
Azərbaycan 71-ci yerdə göstərilir.
Rusiya 39-cu, Türkiyə 43-cü, Gürcüstan 68-ci, Ermənistan 79-cu, İran 89-cu pillələrdə yer alır.
Estoniya 46-cı, Latviya 53-cü, Litva 59-cu, Ukrayna 78-ci, Qazaxıstan 80-ci, Moldova 103-cü, Tacikistan 104-cü, Qırğızıstan 110-cu yerdədir.
Turistlər üçün ən cəlbedici ölkələrin ilk beşliyində İspaniya, Fransa, Almaniya, Yaponiya və ABŞ qərar tutub.