Hasilat hesabatı açıqlanıb
- 09 Sentyabr 2019
- comments
- Səidə Hüseynova
- Posted in Xəbər
Sentyabrın 9-da Energetika Nazirliyi yeni hesabat yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, 2019-cu ilin avqust ayında Azərbaycanda gündəlik 749 min barrel neft hasil olunub. Gündəlik 501 min barrel xam neft, 59 min barrel kondensat, 4,5 min barrel neft məhsulları ixrac edildiyi vurğulanır.
Yanvarda Azərbaycanın gündəlik neft hasilatı 793 min barrel, fevralda 806 min barrel, martda 798 min barrel, apreldə 683 min barrel, mayda 776 min barrel, iyunda 768 min barrel, iyulda 778 min barrel göstərilib.
Səkkiz ayın orta gündəlik neft hasilatı 769 min barreldir.
Azərbaycanın 2019-cu il büdcəsində neftin qiyməti 60 dollardan götürülüb. “AzəriLayt”ın bir barreli yanvara 57,19, fevrala 63,69, marta 67,62, aprelə 70,82, maya 75,55, iyuna 67,09, iyula 66,75, avqusta 67,44, sentyabra 60,85 dollarla start verib.