Novator.az Dövlət Statistika Komitəsinə istinadla bildirir ki, 2019-cu il aprelin 1-nə Azərbaycanda 248 nəfər “Xalq” fəxri adına görə, 2924 nəfər “Əməkdar” fəxri adına görə təqaüd alıb.
Prezident İlham Əliyevin 25 may sərəncamı ilə Vahid Əziz, Ramiz Rövşən, Musa Yaqub xalq şairi, Kamal Abdulla, Natiq Rəsulzadə, Afaq Məsud xalq yazıçısı, İlqar Muradov, Cavanşir Zeynallı xalq artisti adı alıblar.
Vaqif Bayatlı Odərə, Elçin Hüseynbəyliyə, Firuz Mustafaya əməkdar incəsənət xadimi adı verilib.
6 nəfər əməkdar artist, 4 nəfər əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.
Hazırda xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı fəxri adları üçün aylıq təqaüdün məbləği 150 manatdır.
Əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 100 manat təqaüd müəyyən edilib.