• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Öyüd

  • 10 May 2019
  • comments
  • Novator.az
  • Posted in AktualManşetTribunaYazarlar

Hikmət Sabiroğlu

O, dağ başında doğulub böyüyüb. Göyə yaxın yerdə. Allaha sarı dikələn minarələrin kölgəsində. Hamının dilində bir kişinin – O KİŞİNİN adı olan ucalıqda.

– Televizorun səsini al, günahlı aydır – anası deyərdi.

Dağlar məhərrəmlik matəminə bürünən vaxt belə olardı.

– Nənəm orucdur, mənim də boğazımdan tikə keçmir – sinif yoldaşı deyərdi.

Orucluq belə olardı dağ başında.

– O qoşa minarə haqqı! – and içərdilər.

Qan yatardı dağ başında.

– İkisi də Allahın evidir – kilsəni məsciddən ayırmazdılar.

Şəkk gətirən olmazdı buna dağ başında.

Dağ başının hər məhəlləsinin öz məscidi olmuşdu. Məscidləri qapatsalar da, Allahla bəndənin arasını kəsə bilməmişdilər.

Ruhlar evlərə dönən gün – cümə axşamları bir əl dəsmalı da yuyulmazdı dağ başında. İnanc vardı ki, onda əzizlərin ruhu inciyir.

İl uzunu aşa-aşa gəzən adamların da yerişi düzələrdi məhərrəmlikdə.

Bir həyətdən də tüstü qalxmazdı orucluqda.

Hamısı yadındadır.

Amma ən çox bir sözü xatırlayır.

***

Hərdən soruşurlar: “Dindarsan?”

“Yox” deyir. Namaz qılmır, oruc tutmur. Hələ şərab içməyi də var.

Amma “Qıl körpüsündən keçəndə orucdan, namazdan uzaq olmağına necə bəraət qazandıracaqsan?” soruşana “Adamları məni dizinin üstündə böyütmüş babamı sevirmiş kimi istədim, üzünü görmədiyim nənəmi sevirmiş kimi istədim” deyir.

Dindar adam – Allah adamı deyilmi? Bir insan Allahı başının üstündə bilib yaşayıbsa – Allahdan qorxa-qorxa yox, Allah eşqi ilə, – qıl körpüsündən gözüyumulu keçər.

O, üzündən işıq süzülən ruhanilərin yurdunda mərhəmət və sədaqət öyüdü alıb. Onun Ramazanı təqvimə bağlı deyil – ildə bir ay yox, həmişə qüvvədədir.

O, Zamanla Zəmanə arasında xoş gündə gözü olmadan yaşayır. Bir sözün işığında.

Həmin sözü ilk dəfə eşidəndə dağ başında, göyə yaxın yerdə, Allaha sarı dikələn minarələrin kölgəsində, hamının dilində bir kişinin – O KİŞİNİN adı olan ucalıqda minbərlərdən ot-ələf boylanırdı, o məscidlərin açılmasına, o minbərlərdən azan verilməsinə hələ çox qalırdı:

– Allahla ürəyini düz saxla!

Dağ başında ata öyüdü belə olardı.

27 iyul 2011

Müəllifin başqa yazıları: 

Ayrılığın əvvəli

Yol uzunu 

Şuşada qış

Şuşada ölməklə Şuşasız ölməyin fərqi 

Qardaşımın barmaqları

Bağışlamasa yaxşıdır

5+2 neçə eləyir, Şuşa?

İlham İsmayil

Qarabağ üzərində İuda kabusu

  • 10 May 2019
  • comments

Elmar Hüseynovla bağlı DTX-yə müraciət ünvanlanıb

  • 10 May 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Din
  • Ədəbiyyat
  • Nəsr
  • Tarix
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda