• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ayrılığın əvvəli

  • 13 Mart 2019
  • comments
  • Novator.az
  • Posted in AktualManşetTribunaYazarlar

Hikmət Sabiroğlu

Həyətimizin girəcəyində armud ağacı vardı. Toxumu haçansa Fransadan gətirilmiş, Şuşada bənzərsiz olan o armudun ətrində böyüdük. Elə qonşu uşaqlar da başını yola sarı əyən o armudun ətrində boy atdılar – daşlamaq lazım gəlməzdi, yetişən kimi özü yerə düşərdi.

Avqustun axırında yığıb qohum-qardaşa, qonum-qonşuya pay verərdik. Qalanını üst evə sərərdik, ətrindən doyardıq.

Armudun kölgəsində heyva ağacı vardı. Bar gətirdiyi yadıma gəlir, amma sonra qurudu, kəsəsi olduq.

Heyva ağacından azca aşağıda alça ağacı vardı. Qaş qaralan kimi toyuq-cücə tara çıxardı. Hər birinin öz yeri vardı alça ağacında – biri lap yuxarıda, biri tən ortada, biri lap aşağıda, hansılarsa iki-iki, üç-üç, hansılarsa tək gecələyərdi. Sübh tezdən uçub yerə dönərdilər.

Ağacı kəsəndən sonra şər qarışanda toyuq-cücəni hinə yığmaq lazım gəldi.

Alçanın kölgəsində, təndirin qırağında göyəm ağacı vardı. Göy-göy yeyərdim, dişim qamaşardı.

Həyətin düz ortasında yasəmən ağacı vardı. Yaz gecələrində adamı bihuş edərdi.

Yasəmənin iki addımlığında, su quyusunun üstündə qoz ağacı vardı. Uşaq ovcunda da asanca sınan bar gətirərdi.

Qoz ağacının kölgəsində daşarmudu vardı. Yana əyilmiş budağında yelləncək qurardıq.

Daşarmudundan azca yuxarıda gavalı ağacı, yanında alça ağacı vardı.

Gavalının, alçanın qoşa kölgəsindən fındıq kolu boylanardı.

***

O ev XIX əsrdə tikilmiş, bizə nənəmiz Zibadan qalmışdı.

Alt evdə qalardıq.

Adi vaxtlarda mətbəxdə, qonaq gələndə şüşəbənddə çörək yeyərdik.

Uşaq vaxtı əl-ayaq çəkiləndə köhnə papağımdan düzəltdiyim topla futbol oynayardım şüşəbənddə.

Üst evin nəhəng zalının divarlarını təbrizli ustanın çəkdiyi təbiət rəsmləri bəzəyərdi. O zalda nəslimizin toyları, bir də bacımın nişanı olmuşdu.

Son məclis atamın hüzrü oldu.

Bacımın nişanından sonra çöl darvazasını böyütdük. Amma bacımı o qapıdan gəlin köçürmək qismət olmadı.

Nişandan sonra o qapı iki dəfə taybatay açıldı.

Birinci dəfə – atamı son mənzilə yola salanda.

İkinci dəfə – 1992-ci ildə, axır çərşənbəyə az qalmış, martın 12-də.

Mən o günü – Şuşadakı son günümü “Qarabağ söhbətləri”ndə təsvir eləmişəm.

Həyətimizin çıxacağından – armud ağacının böyründən ötüb ayrılığa doğru getdim.

***

Ayrılığın əvvəli varsa, yəqin sonu da olar…

13 mart 2012-ci il

Ürəyi alovlu Əhsənlə ərköyün Qədirin sənət möcüzəs...

  • 13 Mart 2019
  • comments

Qarabağ mitinqinə yenə icazə verilmədi

  • 13 Mart 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ədəbiyyat
  • Media
  • Nəsr
  • Siyasət
  • Tarix
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda