• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Əsgər şalvarı, yeraltı dünyanın qəhrəmanları, sehirli aləm və yenilik

  • 07 Mart 2019
  • comments
  • Novator.az
  • Posted in AktualManşetTribunaYazarlar

Mətanət Natiq

Əsgər şalvarı

Bacım oğlu Fərid ailəsiylə bizə qonaq gəlmişdi. Onun Yusif adlı balaca oğlu var. Uşağın əynindəki şalvar diqqətimi cəlb elədi. Bu, əsgər şalvarı idi. Üzümü ona tutub dedim: “Yusif, nə qəşəng şalvarın var!” O isə cavabında: “Əsgər şalvarıdır, amma əlimdə bayraq yoxdur” dedi və əlini göstərdi.

Üç yaşlı uşağın sözləri məni duyğulandırdı. Bu cür cavabın haradan qaynaqlandığını bilirdim. Atasından keçmişdi. Yadımdadır, Yusif doğulanda onu xəstəxanadan çıxarmağa gedəndə, atası maşını Azərbaycan bayrağının üç rəngində bəzəmişdi. Yusifə oyuncaq alanda atası tank, qırıcı təyyarə, hərbi maşın alır. Bəs bu vətənpərvərlik haradandır? Əlbəttə, ailədən.

Sözümün canı var. Televiziya kanallarına verilişlərə bəzən elə gəncləri dəvət edirlər ki, bilmirsən oğlandır, yoxsa qız. Aparıcı sual verəndə elə əzilib-büzülürlər ki… Gündən-günə bu tip adamların artdığını sezmək də çətin deyil.

Biz oğlanlarımızı kişi kimi böyütməliyik. Böyüyəndə ana-bacılarımızı yağı düşməndən qoruya bilsinlər. Mübariz İbrahimov kimi sinəsini gülləyə sipər etsinlər. Bizim Mübarizin anası Şamama ana kimi, atası Ağakərim kimi atalarımız çoxdur. Halal olsun belə ata-anaya ki, Mübariz kimi oğul böyüdüblər.

Fevralın 7-si Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun doğum günü idi. Xalq yenə öz sevgisini vətənin bu qəhrəman oğlundan əsirgəmədi. Mübarizin boya-başa çatdığı evin həyəti adamla dolu idi. Xalq qəhrəmanını heç vaxt unutmur. Mübariz İbrahimov Azərbaycan tarixinə həm də şəhidlik məktubu yazıb şəhid olan qəhrəman kimi düşüb. Televiziya kanalları belə qəhrəmanları təbliğ etməlidir, cinsi bilinməyən dırnaqarası oğlanları yox.

Gəlin oğlan uşaqlarımızı vətənpərvər ruhda böyüdək – balaca Yusif kimi.

Yeraltı dünyanın qəhrəmanları

Mən həmişə müşahidə etdiklərimi, gördüklərimi yazıram. Metrodaydım, nəzərimi vaqonun divarındakı kiçik monitor cəlb etdi. Monitorda gecə növbəsində çalışan metro işçilərinin hər gün gördüyü işlər film kimi nümayiş etdirilirdi. Bunu seyr etdikcə metro işçilərinin əməyinə, zəhmətinə heyran oldum.

Gecə yarıdan qatarların hərəkəti dayanır və səhər saat 5-ə kimi qızğın iş başlayır. Qatar depoya daxil olur, texniki baxışdan keçirilir, nasazlıqlar aradan qaldırılır. Yol xidmətinin işçiləri yollara, relslərə baxır, şpalları dəyişirlər. Tuneldəki qurğular yoxlanır, mərmərlər və tunel yuyulur. Qoşa rels arasında məsafə 1420 mm olmalıdır. Relslər düz olmasa qatar relsdən çıxa bilər. Yol ölçən vaqon var ki, relslərin nasazlığını aşkar edir. Vaqonlarınsa içi hər gün iki-üç dəfə yuyulur. Maşinistlər hər gün işə başlamazdan qabaq tibbi müayinədən keçirlər. Bütün bunlar bizim təhlükəsizliyimiz üçündür.

Hər gün bu möcüzəli nəqliyyatdan on minlərlə adam istifadə edir. Bu nəqliyyat bizi tıxaclardan xilas edir. Bizim təhlükəsizliyimiz və mənzil başına tez çatmağımız üçün görülən bütün işlər bu yeraltı dünyanın qəhrəmanlarının zəhməti bahasına başa gəlir. Bir vətəndaş olaraq bunu yazmağı özümə borc bildim. Mənzil başına rahat, tez və təhlükəsiz çatmağımıza görə bu insanlara – metro işçilərinə təşəkkür edək, sükanı belə saxlayın deyək!

Sehirli aləm

Doğma şəhərimizdə çox böyük ticarət mərkəzinə getdim. Birinci mərtəbədə bir məqam nəzərimi cəlb etdi və təsirləndiridi. Əvəllər bu mərtəbədə elektrik malları satılırdı. Çox sevindim. İnsanların bura axışıb gəldiyinin şahidi oldum. Mən də kitab aldım. Hər cür kitab var idi.

Burada – bu sehirli aləmdə dolaşdım. Düşündüm ki, kitab oxuyanlarımız çoxalıb. Bu da bir qələbədir. Bizi cəhalətdən ancaq bu kitablar qurtara bilər. Böyük maarifçi, ziyalı, milli mətbuatın banisi Həsən bəy Zərdabi deyib: “Maarifdən, elmdən məhrum olan xalq işıqdan məhrumdur”. Çox doğrudur. Mən də xalqımı işıqlı yolda görmək istəyirəm və belə kitab satılan yerlərin artmasını istəyirəm.

Məni ən çox sevindirən gənc oğlan və qızların kitab oxumasıdır. Onlar əllərində kitab kassanın önündə növbə gözləyirdilər. Gənclik gələcəkdir, uğura aparan yoldur!

Yenilik

Nəqliyyatda tez-tez yeniliklər baş verir. Xüsusən də şəhərə gətirilən “BakuBus” avtobusları əhalinin ürəyincədir. Hələ sayı az olsa da çox rahat və komfortlu avtobuslardır. Yayda sərin, qışda isti olur. Avtobusların kart sisteminə keçməsi də təqdirəlayiqdir.

Amma “BakuBus” avtobuslarından istifadə edəndə bəzən kiminsə kartının olmadığını da görürəm. Belədə həmin insan başqasından xahiş edir ki, öz kartıyla onu da keçirsin. Əgər bu, kimlərinsə kartını yaddan çıxarması, bəlkə yeni kart almağa imkanının çatmaması ilə bağlıdırsa, onda başqa məsələ. Amma bəzən bu mənə insanlarımızın hələ hamısının kart sistemi vərdişinə yiyələnməməsi, bu sistemi doğru-dürüst qavramaması, hətta deyərdim kimlərinsə bu sistemi qəbul etmək istəməməsi kimi də görünür.

Bir vaxt xaricdə olanda belə kartla işləyən avtobusa minmişdim. Ürəyimdə belə avtobusların vətənimdə olmasını arzulamışdım. Arzum yerinə yetdi. Amma… Yenə bir əmma var. Çox təəssüf edirəm ki, nəqliyyatda hələ köhnə avtobuslar da qalır. Oturacaqları cırıq, çirkli, qorxursan ki, geyimin nəyəsə ilişəcək və yaxud da çirklənəcək. Çirkli və yöndəmsiz. Allah bizi belə avtobuslardan qurtarsın!

Müəllifin başqa yazıları:

Ümidlə yolçuluq

Səssizlik

Vətənim

Atılmış

Göz yaşı və biganəlik

Örnək adamlar

Darıxıram, ana

Balaca vətənpərvər, cənnət bağçası və ağlayan ağaclar

İnsanı yoran nədir?

Nurlu insan

Qabarlı əllər, gözəl insan

Payız yağışı

Xilaskar, müsəlman dünyası, tənha ağac, təhqir edilmiş şair…

 

“Xanımlar baş tacıdır” deyək, amma…

  • 07 Mart 2019
  • comments

İki nəfərə general poqonu verildi (Başqa təltiflər...

  • 07 Mart 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ədəbiyyat
  • Gender
  • Gənclər
  • Mədəniyyət
  • Nəsr
  • Təhsil
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda