• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Soruşmayın mən kiməm…” (Budaq Təhməzin şeirləri)

  • 18 Fevral 2019
  • comments
  • Novator.az
  • Posted in AktualManşetTribunaYazarlar

Budaq Təhməz

Sən gərək dərəydin…
        Sevilən şairimiz Sabir Sarvana

Əzəl yaranışdan yox idi baxtı,
Baharın ilk vaxtı qarşına çıxdı,
Qəmli-qəmli durub üzünə baxdı,
Sən gərək dərəydin o bənövşəni.

Deyirsən üzünə gülmüşdü tale,
Sənin ürəyini bilmişdi tale,
Qapına gizlincə gəlmişdi tale,
Sən gərək dərəydin o bənövşəni.

Kədərdən sinəsi dolu ah idi,
Yanında çiçəklər, güllər çox idi,
Sən ona baxanda heç kim yox idi,
Sən gərək dərəydin o bənövşəni.

Fikirlər dolanıb dünənə gəlir,
Heç kəs nə haraya, nə ünə gəlir,
O qız gözlərinin önünə gəlir,
Sən gərək dərəydin o bənövşəni.

Güldən gözəl idi, incədən incə,
Təzə pardaxlanmış açılan qönçə,
Unuda bilmədin onu ölüncə,
Sən gərək dərəydin o bənövşəni.

Söz göyərdirəm

Söz mülkünü yara-yara
Sinəmdə söz göyərdirəm.
Söz düzürəm misralara,
Sinəmdə söz göyərdirəm.

Hikmətli söz gəlmir ələ,
Sözləri tuturam dilə,
Əriyirəm gilə-gilə,
Sinəmdə söz göyərdirəm.

Dindirsən torpağı, daşı,
Milyon ildi sözün yaşı,
Sözün qədrin bilməz naşı,
Sinəmdə söz göyərdirəm.

Düşündükcə yaza-yaza,
Sözlər özün qoyur naza.
Yalvarıram insafsıza,
Sinəmdə söz göyərdirəm.

Gözəl olur sözün düzü,
Hər yerdə ağ edir üzü,
Çox şirindi Vətən sözü,
Sinəmdə söz göyərdirəm.

Söz var ki, desən hədərdi,
Söz də var qızıldı, zərdi.
Məni üzür Vətən dərdi,
Sinəmdə söz göyərdirəm.

Dağlara qar yağıbdı…

Dağlar ağ donunu geyinib yenə,
Zirvələr bənzəyir təzə gəlinə.
Qara qucağını dərələr açıb,
Soyuqdan dağların yuxusu qaçıb.

Hayana baxırsan hər tərəf ağdı,
Təpələr elə bil bir ağ otaqdı.
Şaxtadan şəlalə buz bağlaybdı,
Qaya saçlarını qucaqlayıbdı.

Bulaqlar susubdu, yoxdu nəğməsi,
Daha eşidilmir kəkliyin səsi.
Qış yaman gəlibdi yenə dağlara,
Yalquzaq da yalqız düşübdü tara.

Dağlar məst olubdu qar qoxusuna,
Ayılar gedibdi qış yuxusuna.
Baharın sədası uzaqlardadı,
Bərəkət dağlara yağan qardadı.

Fəsillər dəyişir gələcək bahar,
Baharda donunu soyunar dağlar.
Yanar dağ döşündə qızıl lalələr,
Dağların qoynuna qonaqlar gələr.

Soruşmayın

Sözün sərrafı mənəm,
Çöllərdə sünbül, dənəm,
Mən torpağam, Vətənəm,
Soruşmayın mən kiməm.

Dünya mənim içimdə,
Ürək dünya biçimdə.
Nələr yatır içimdə,
Soruşmayın mən kiməm.

Torpağım çox uludu,
Yolum haqqın yoludu.
Sinəm sözlə doludu,
Soruşmayın mən kiməm.

Küləklər qanadımdı,
Vətən istedadımdı.
Azərbaycan adımdı,
Soruşmayın mən kiməm.

Bir Günəş var

Ürəyimdə bir günəş var,
Mənim gənclik yaşımdadı.
Nə yerdədi, nə göydədi,
Ürəyimin başındadı.

Bu günəşin zərrəsindən,
Ürəklərə şəfəq düşür.
Şeir-şeir nəğmələşir,
İnsanlarla o, görüşür.

Orbitində görünməyən,
Dünya boyda Vətən yatır.
İlhamıma qanad verir,
Ürəyimlə o, tən yatır.

Ürəyimdə bir günəş var,
Zaman-zaman o, yanacaq.
Misra-misra dilə gəlib,
Ürəklərdən boylanacaq.

Şeir nədir?

Demə şeir bir həvəsdi,
O, Tanrıdan gələn səsdi.
Əbədidi, müqəddəsdi,
Alovlanan közdü şeir.

Tanrının söz çələngidi,
“Çahargah”dı, o, “Cəngi”di.
“Bəstə-nigar” ahəngidi,
Çalınmamış sazdı şeir.

İnsanlara o, həyatdı,
Arzulara qol-qanaddı.
Bayatıdı, muğamatdı,
Oxunmamış sözdü şeir.

Acısı var, şirini var,
Dayazı var, dərini var.
Kəlməsində gülər bahar,
Gül-çiçəkli yazdı şeir.

Məhəbbətin ilk səsidi,
Sevənlərin müjdəsidi,
İki qəlbin nəfəsidi,
Qəlb oxşayan nazdı şeir.

Misrasında bir qız yatar,
Tənha gəzər, yalqız yatar.
Bax, ay yatar, ulduz yatar,
Bir bakirə qızdı şeir.

Məni soruşmayın…
  Budaqlı misralar

Deməyin ki, bir ağacda budağam,
Ötən bülbül, dinən diləm, dodağam.
Məndən sonra bircə misram yaşarsa,
Ölməmişəm demək, onda mən sağam.

Deməyin ki, bir ağacda budağam,
Vətən bağçasında güllü bir bağam.
Bir misram Vətənə gərək olarsa,
Ölməmişəm demək, onda mən sağam.

Deməyin ki, bir ağacda budağam,
Söz mülkündən qala quran bir dağam.
Haqq yolunda dara düşən hər kəsin
Sevincinə, kədərinə ortağam.

Deməyin ki, bir ağacda budağam,
Gərək bu dünyaya Günəş tək doğam.
Şəfəqim yayıla bütün cahana,
Ellər alqış deyə Azərbaycana.

Deməyin ki, bir ağacda budağam,
Üstünə şeh düşmüş yaşıl yarpağam,
Bir gün bu dünyadan köçəsi olsam,
Məni soruşmayın, daha torpağam.

Çəliyə söykənən qoca

De, köhlənin harda qaldı,
Keçən günlər bir xəyaldı.
Niyə birdən gözün doldu,
Çəliyə söykənən qoca.

Ömrün xəzan çağı çatıb,
Diş tökülüb, səsin batıb.
Daha sənin baxtın yatıb,
Çəliyə söykənən qoca.

Çəlik olub yol yoldaşın,
Həm həmdəmin, həm sirdaşın.
Əsir əlin, əsir başın,
Çəliyə söykənən qoca.

Cavanlığın düşər yada,
Çağırsan da yetməz dada.
Gözün qalıb bu dünyada,
Çəliyə söykənən qoca.

Dünyanın yox ehtibarı,
Neynədin o nazlı yarı?
Gedirsən ölümə sarı,
Çəliyə söykənən qoca.

“Sənayeləşmə öz gözəl nəticələrini verir”

  • 18 Fevral 2019
  • comments

Yaxın ölkələrlə alış-veriş

  • 18 Fevral 2019
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ədəbiyyat
  • Poeziya
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda