Xankəndini sonuncu tərk edən azərbaycanlı məmurun yazdıqları
1988-ci ildə Azərbaycanın Mardakert, Əsgəran, Martuni, Hadrut, Şuşa rayonları və Stepanakert şəhərindən ibarət Dağlıq Qarabağ vilayətinin Ermənistana verilməsi tələbi ilə başlanan separatçı hərəkat, hərbi təcavüz 1991-ci ildə ermənilərin Dağlıq Qarabağı “müstəqil dövlət” elan etməsi və 1994-cü ilədək Dağlıq Qarabağı, onun ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarını ələ keçirməsi ilə nəticələndi.
Həmin şəhər və rayonlarımız hələ də işğal altındadır.
İşğala məruz qalan ilk şəhərimiz isə Xankəndidir.
Bu ay Xankəndinin işğalından 27 il ötür. 1991-ci ilin dekabr ayının sonlarında Kərkicahan qəsəbəsinin işğalı ilə düşmən Xankəndinin işğalını başa çatdırıb.
Mərhum Fərrux Hüseynov o zamanlar Xankəndi şəhərini sonuncu tərk edən azərbaycanlı olub.
Fərrux Hüseynov 1936-cı ilin fevralında Qərbi Azərbaycanın Zəngibasar rayonunun Mehmandar kəndində doğulub. 1957-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat-mühəndis fakültəsini bitirib. 1976-78-ci illərdə Şuşa Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1978-91-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi sədrinin birinci müavini işləyib.
Fərrux Hüseynov 2016-cı ilin iyulunda Bakıda vəfat edib.
Sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayəti İcraiyyə Komitəsi sədrinin birinci müavini vilayətdə azərbaycanlılar üçün ən yüksək vəzifə idi. Həmin vəzifədə çalışdığı dövrdə Fərrux Hüseynov Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsinin on bir büro üzvü arasında yeganə azərbaycanlı olub. O, Xankəndini Qarakənd faciəsindən – 1991-ci il noyabrın 20-də vilayətin Qarakənd kəndi səmasında bir sıra dövlət adamlarını, hərbiçiləri, jurnalistləri aparan vertolyot vurulandan sonra tərk edib.
Təqdim olunan şeirləri Dağlıq Qarabağ Muxtar Vilayəti İcraiyyə Komitəsi sədrinin birinci müavini Fərrux Hüseynov vilayətdə separatçı hərəkat vüsət almağa başladığı illərdə yazıb. Şeirlərdən biri 1989-cu, digəri 1990-cı ildə qələmə alınıb. O illər həm də Fərrux Hüseynovun separatçıların mənəvi-psixoloji və fiziki təzyiqlərinə məruz qaldığı dövrlər olub.
Şeirləri Novator.az-ın redaksiyasına Fərrux Hüseynovun qohumu Ramiz Cəbrayılov təqdim edib.
DEDİM – DEDİLƏR
Dedim: Vətən gedir əldən!
Dedilər ki, biz bilirik əvvəl səndən!
Dedim: Çox zəifdir tədbirlərimiz!
Dedilər ki, qorxma dayan, tükənməzdir səbrimiz!
Dedim: Qalmayıbdır səbir daha!
Dedilər ki, asi düşmə sən Allaha!
Dedim: Allah bizə ağıl verib, kamal verib,
Deməyib ki, gedin yatın, yasa batın,
Vuruşmağın daşın atın,
Yurdumuzu yada satın!
Dedilər ki, təmkinli ol, məsləhətli don gen olar!
Moskvadan göstəriş var, sakit olaq!
Dedim: Moskvada, MK-da əlləşirlər ermənilər,
Arkadilər, Genrixlər, Qriqoryanlar, Dadamyanlar,
Petrosyan və Köçəryanlar,
Nə bilim mən nə yanlar, nə ilanlar.
İlanlar və onlara oxşayanlar boğuşurlar, dalaşırlar,
Amma yenə bizə qarşı çevriləndə
Göz-göz edib barışırlar, birləşirlər,
Bir cəbhədə cəmləşib,
Süurlarda silahlara sarmaşırlar,
Canımıza daraşırlar!
Dedilər ki, səhv eləmə, mərkəz düz həll edər məsələni!
Mən yanırdım, yaxılırdım,
Ət tək şişə taxılırdım.
Heç kəs mənə inanmırdı.
Deyəndə ki, gunah elə mərkəzdədir,
Mərkəz özü sərsəridir!
Dedilər ki, bir az dayan, görəcəksən
Nələr olur, ermənilər şər qüvvə tək
sakitləşib, məzlumlaşıb,
yazıq-yazıq susacaqlar,
xəyanətlə yediklərin yaxınlarda qusqcaqlar!
Bu minvalla hər gün, hər an, yavaş-yavaş
başımıza düşdü daş!
Tənqid edib qohum-qardaş dedilər:
Ermənidən olmaz yoldaş!
Biz də buna inanırdıq,
yaxılırdıq və yanırdıq.
Dedilər ki, başlayıblar qayıtmağa,
ermənilər axışmağa,
Bakıdakı evlərinə yığışmağa!
Muştuluq da istədilər sonra,
hədə-qorxu gəlib yüksək tonla bildirdilər:
“Ermənilər bizə qardaş,
etməyəcəyik onlarla savaş!”
Utanmayıb, qızarmayıb,
bilməyərək nədir abır,
bu sözləri lap ekrandan söylədilər,
kökümüzə bir balta köklədilər.
Dedim: İnanmayın,
ermənini dost sanmayın.
Qəlbi qara, özü xain, dili yaman zəhərlidir,
məqsədi də məkrlidir,
o ilandır, yatağandır,
çox zəhərli bir heyvandır!
Fürsət düşə qalxacaqdır,
zəhərli ox atacaqdır!
Anlamayıb dərdimizi,
bilmədilər qədrimizi!
Bizim vətən torpağında,
doğma ana qucağında
böyütdülər əqrəb, ilan.
Yandırıldıq oda yaman!
Beləliklə günlər ötüb, aylar keçdi,
Torpağımız qarış-qarış əldən getdi.
Ağdərə də, Sırxavənd də, Quşçular da, Malıbəyli də,
Xocalı da, Qayıblı da, Umudlu da, Çərəkdar da,
Tutqu da onun ətrafında.
Hər gün oldu bizə savaş,
dinlənildik yavaş-yavaş!
Böyük, kiçik qanan vətən!
od tutub yanan vətən!
Harayına gecikdilər,
Niyə belə atıldın sən!..
Teleqrafla, telefonla
haraylayıb çağırırdıq,
təlaşdan da bağırırdıq:
Kömək verin, kömək verin!
Canlı qüvvə, texnika!
Vətən əldən gedir baxa-baxa!
Yolumuzu bağlayıblar,
sinəmizi dağlayıblar,
zirehli tank, top çatışmır,
olanlar da yaxşı atmır!
Atan yoxdur, vuran yoxdur,
məsləhətsə verən yoxdur!..
Xankəndi, 1989-cu il
ÜRƏYİM AĞRIYIR…
Qərargahda tənha idim!..
Ürəyim ağrıyır, tək, yalqızam,
Təyziqim də qalxıb, tam halsızam!
Təkcə gecələyib qalıram burda,
Xidmət etmək üçün müqəddəs yurda!
Dostlarım da bilir, tanışlarım da,
Gecələr evdəyəm, yoxsa ki, harda,
Şuşada evimdə, yatağımdamı,
“Obkom”un üçüncü etajındamı.
Zirehli maşınla enirəm bura,
İstəyirlər namərdlər qəfildən vura.
Neçə dəfələrlə atəş açdılar,
Cavab atəşindən qorxub qaçdılar!
Telelefonla zəng edib təhqir etdilər,
Sonra hədələyib çıxıb getdilər.
Dedilər: Başını üzərik biz,
Rədd olun buradan, çıxıb gedin siz!
Dedi ki, alnından atacağam mən,
Bilərsən düz dedim, yoxsa yalan mən,
Qorxmayıb buradan getməyincə sən,
Növbəti öləcək Azərisən sən!
Dedim: Nahaq yerə qan axıtmayın,
Gecələr meşədə yatıb qalmayın,
Qayıdıb getsəniz Ermənistana,
Rahat nəfəs alar hər qız, hər ana!
Xəyanət edənlər Azərbaycana,
Xaraba qoydunuz neçə xana,
Naləsi göylərə qalxan o ana,
Neyləyib vətənin Ermənistana!
Gündüzlər meşədə gizlənirsiniz,
Gecələr vəhşi tək hirslənirsiniz,
Körpünü, yolları dağıdırsınız,
Gülləni yağış tək yağdırırsınız!
Azərbaycanımın lap ortasında,
Yaşayış evimin astanasında,
Girov götürürsüz siz insanları,
Töküb axıdırsız nahaq qanları!
Əllərin boyanıb insan qanına,
Vahimə salmısan uşaq canına,
Bir gün sızıldayıb ağlayacaqsan,
Sağalmaz yaranı bağlayacaqsan!
Onda deyəcəksən günahım çoxdur,
Boynuna almaqdan başqa yolun yoxdur.
İnsanlığa dönəsiniz, a canlı bəşər,
Nə qədər bizlərə edirsiniz şər!
Lənət, lənət olsun zatına sənin,
Yediyi çörəyi itirənlərin.
Tifaqı dağılsın, evi yıxılsın,
Özgəni yıxanın özü yıxılsın!
Fərruxam, yolumu kəsmisən yaman,
Sənə insan deyim, yosa ki, heyvan,
Yaman qudurmusan, yaman çıxmısan,
Həddi-hədəqəni yaman aşmısan!..
Xankəndi, 1990-cı il