• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bakılının erməni musiqisinə qulaq asmağı

  • 03 Dekabr 2018
25
SHARES
FacebookTwitterPinterest

Hikmət Nazim

Medianın azadlığı məhdudlaşdırılanda jurnalist xəbəri sosial şəbəkələrdə axtarır. Hətta bir məşhur agentlik bölgələrdə fəaliyyət göstərən saytların “lenta”sını oğurlayır. Yalançılar sözü, iki-üç oğurluğunu özüm tutmuşam. Ən maraqlısı o idi ki, xəbəri sayta yerləşdirən şəxs şəklini çırpışdırdığı saytın loqosunu düzgün kəsə bilməmişdi.

Əslində, işlətdiyi fotoşop proqramını yaxşı öyrənsə, məni aldatmaq çox asandır, çünki o qədər diqqətli adam deyiləm. Böyük xəbər agentliyinin belə öz oxucusunu aldatmağa çalışdığı dövrdə yazılan istənilən xəbərə təəccüblənmək olmaz.

Təxminən bir neçə həftə bundan qabaq məşhur saytlardan biri teleaparıcı Elçin Əlibəylinin “Feysbuk” profilinə istinadla xəbər yazmışdı: “Bakıdakı mağazalardan birində erməni musiqisi səsləndirilib”. Çox pakizə! Bu adamlar heç olmasa istinad verməyi unutmamışdılar. Amma bu məqamda məsələ verdikləri istinad deyil, mövzularıdır.

Başa düşürəm, Ermənistan Azərbaycanın düşmənidir və müharibə yaraları hələ də sağalmayıb, lakin jurnalist olan kəs ölkənin deyil, birbaşa qələmin mövqeyindən çıxış etməlidir.

Bu mövzuda xeyli maarifləndirici yazı yazılıb. Təkrarlamaq istəmirəm…

Üstəlik, musiqinin dili, dini, irqi olmur. Adi Bakı sakininin erməni yazıçısının kitabını oxumağında, rəssamının tablosuna baxmağında, rejissorunun filmini izləməyində, musiqiçisinin ifasını dinləməyində nə qəbahət iş ola bilər axı? Əksinə, bu, azərbaycanlıları bir xalq olaraq böyük göstərər. Səhvən dinləmiş olsa belə, onun atdığı addım sülhə, humanizmə xidmət edir.

Üstəlik, ermənilər də Müslüm Maqomayevdən tutmuş Röya Ayxana qədər əksər azərbaycanlı sənətçinin ifasını dinləyirlər. Toy-nişan məclislərində sifariş verir, qol qaldırıb oynayırlar. Bundan əlavə, “Yutub”da Azərbaycan ritmlərini ifa edən kifayət qədər erməni nağara ifaçısı var. Çoxu da uşaqdır. Böyüklü-kiçikli oturub qulaq asır, alqışlayırlar. Baxdıqca bir daha əmin olursan ki, musiqi ruhun qidasıdır. Pafoslu səslənsə də, belədir.

Həmin görüntüləri izləyən erməni jurnalist niyə götürüb xəbər yazmır ki, əmim oğlunun dayısı nəvəsinin toyunda “bədnam qonşularımız”ın musiqisi ifa olundu. Yoxsa onların jurnalisti yoxdur, yaxud bizim qədər ağıllı deyillər?

Yox, elə düşünmürəm ki, düşmən olduğu xalqın mədəniyyət abidəsini öz mədəni irs siyahısına daxil edən xalq bu qədər ağılsız olsun. Sadəcə, belə hesab edirəm ki, onlar toylarında ifa olunan Azərbaycan musiqisindən zərər gələcəyini gözləmirlər. Ən əsası, musiqidən zərər-ziyan gözləmirlər.

İndi kimsə deyəcək ki, öz musiqiləri yoxdur, ona görə də əlimizə baxırlar.

Bəli, Azərbaycanda bu tip populist çıxışlar çox sevilir. Onlar isə konkret iş görürlər: azərbaycanlılar erməni musiqisini dinləyən fağır mağaza sahibinə vətənpərvərlik dərsi keçəndə dolmanı adlarına çıxır, hansısa bir sənətkarın nəinki musiqisinə, hətta həmin sənətkarın özünün erməni olduğuna dair iddia qaldırırlar. Belə-belə, bala-bala mənəvi, mədəni üstünlük əldə edirlər.

Bu yazını hazırlayanda yunanların türk, türklərin yunan nifrətinə dair iki məqalə oxudum. Onlarda da təxminən eyni mənzərə olub. Hətta tarix müəllimləri orta əsrlərdən misallar gətirib uşaqların beynini yuyur, bir balaca yumşaldıcı fikir söyləyən şagirdin ağzını yumurmuşlar.

Yadımdadır, 2004-cü ildə məsələni kökündən həll etmək üçün türk-yunan ortaq istehsalı olan “Yabancı damat” adlı serial çəkdilər. Yunan oğlanla türk qızın məhəbbətindən bəhs edirdi. Serialın axırlarına yaxın qızın yunanlara qarşı döyüşmüş babasının, oğlanın türklərə nifrət edən nənəsinin fikirləri dəyişirdi. Həmin serialı izləyən insanların da… Təbii, problemin tam həlli mümkün olmasa da, cəhdə söz ola bilməz.

Hazırda Azərbaycan və Ermənistanın ortaq film istehsal etməsini gözləmək tezdir, amma ən azından media insanları qıcıqlandıracaq oyunlardan (yuxarıda qeyd etdiyimiz xəbərdəki kimi) çəkinməlidir.

Müəllifin başqa yazıları:

Jurnalist də Tanrı kimi…

Yayılan cəsəd şəkilləri nəyə xidmət edir?

“Düz bazar”, yoxsa bazar?

“Kirpi”, “Mozalan”, yoxsa “Kobramedia”?

Mediada təcrübə

11 min manat ödənişi üzrə yeni statistika

  • 03 Dekabr 2018

Qətər OPEK-dən çıxır

  • 03 Dekabr 2018

Son materiallar

comments
ManşetXəbər

Dörd cəbhəçinin şikayəti, iki qərar

comments
ManşetXəbər

İlqar Məmmədov prezidentə üz tutub

comments
Dünyanın səsiManşetXəbər

Zelenski NATO-ya iki yol göstərir

comments
ManşetXəbər

Tofiq Yaqublu Avropa Məhkəməsinə müraciət edib

Rəylər

Do not miss

comments
ManşetXəbər

Dörd cəbhəçinin şikayəti, iki qərar

Son materiallar

comments
ManşetXəbər

Dörd cəbhəçinin şikayəti, iki qərar

comments
ManşetXəbər

İlqar Məmmədov prezidentə üz tutub

comments
Dünyanın səsiManşetXəbər

Zelenski NATO-ya iki yol göstərir

comments
ManşetXəbər

Tofiq Yaqublu Avropa Məhkəməsinə müraciət edib

comments
Dünyanın səsiManşetŞərh

Türkiyənin razılığı Putinə zərbədir – “Nyu-York Tayms”

comments
ManşetXəbər

Büdcə yeniliyi son oxunuşdan keçdi

comments
ManşetXəbər

ADR Partiyasının sənədləri yenə geri qayıtdı

comments
ManşetTribunaYazarlar

Qaş qayırmağın göz çıxarması

comments
Dünyanın səsiManşetXəbər

NATO 32 yolunda

comments
Dünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə nə qədər xəstə var?

comments
Dünyanın səsiManşetXəbər

Ukraynanın nə qədər ərazisi zəbt olunub?

comments
Dünyanın səsiManşetXəbər

NATO döyüş hazırlığını yeddi dəfədən çox artırır

comments
ManşetXəbər

Dotasiya alan və almayan bölgələr

comments
ManşetXəbər

Büdcə zərfi, icra qanunu

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Putinin yubatdığı qayıdış – “Financial Times”

comments
ManşetTribunaYazarlar

Sanksiya bataqlığı

comments
AktualManşetXəbər

Cəmil Həsənliyə Təbriz sorağı

comments
AktualManşetXəbər

Yarım ilin populyar adları

comments
ManşetXəbər

Kəlbəcərdə çıxış

comments
ManşetXəbər

26 iyun səfəri

comments
AktualAktual 2ManşetXəbər

Dünya futbol çempionatı

comments
Dünyanın səsiManşetXəbər

Xalqların Rusiyaya münasibəti necə dəyişib? – Sorğu

comments
AktualDünyanın səsiManşetXəbər

Yaxın ölkələrdə benzin necəyədir?

comments
Dünyanın səsiManşetXəbər

Rusiyaya təzyiq, Çinə nəzarət – “Reuters”

comments
AktualManşetŞərh

Dalana doğru

comments
AktualManşetXəbər

Dərs ili haçan başlasın? (Sorğunun nəticələri)

comments
ManşetXəbər

Avropa Məhkəməsindən yeni qərarlar gəlir

comments
ManşetXəbər

Manatdan baha valyutalar

comments
ManşetXəbər

Azərbaycanın koronavirus statistikası

comments
Dünyanın səsiManşetXəbər

Avropa İttifaqı Ukrayna və Moldovaya namizəd statusu verdi

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda