• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Rafiq Tağının ölümü: 7 il keçdi

  • 23 Noyabr 2018
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Yazıçı-publisist Rafiq Tağının ölümündən 7 il keçir.

Novator.az xatırladır ki, Rafiq Tağı 2011-ci ilin noyabr ayının 19-da Bakıda evlərinin yaxınlığında bıçaqlanıb, 4 gün sonra isə müalicə aldığı xəstəxanada vəfat edib.

İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb, Rafiq Tağını bıçaqlayan şəxsin kimliyi müəyyən edilməyib. Yazıçıya qarşı sui-qəsdlə bağlı cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır.

Rafiq Tağı 1950-ci il avqustun 5-də Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1981-1983-cü illərdə Moskva Tibb İnstitutunun daxili xəstəliklər üzrə klinik ordinaturasında təhsil alıb.

2006-cı ilin noyabrında Bakıda nəşr olunan “Sənət qəzeti”ndə çap etdirdiyi “Avropa və biz” məqaləsinə görə tutulan Rafiq Tağı Səbail Rayon Məhkəməsinin 2007-ci il 4 may tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum olunub. O, həmin il dekabrın 28-də dövlət başçısının imzaladığı əfv fərmanı ilə azadlığa buraxılıb.

Rafiq Tağı gənclik illərindən bədii yaradıcılıqla məşğul olub. 1968-ci ildə ilk şeiri Masallının “Çağırış” rayon qəzetində, “Fərqanə” adlı ilk hekayəsi 1977-ci ildə “Ulduz” jurnalında işıq üzü görüb. Çoxsaylı şeir, hekayə, esse, məqalə, oçerk və portret yazıları Azərbaycanın və xarici ölkələrin dövri ədəbi mətbuatında mütəmadi dərc edilib.

Sonrakı illərdə onun “Yanaşı ulduzlar” (1987), “Düşmənimin xatirinə” (1991), “Pozitiv. Neqativ” (1996), “Şahzadə Dipendranın məhəbbəti” (2005), “Ucaboy liliput” (2005) və “Gənc qraf Kenterberiyski” (2006) adlı kitabları işıq üzü görüb.

Rafiq Tağı Bakıda dəfn olunub.

 

Ukrayna büdcəsi qəbul olunub

  • 23 Noyabr 2018
  • comments

Qaldı bir imza

  • 23 Noyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0

Tags

  • Ədəbiyyat
  • Hüquq
  • Nəsr
  • Poeziya
  • Yazarlar

Rəylər

Do not miss

comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

Son materiallar

comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda