• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qabarlı əllər, gözəl insan

  • 22 Oktyabr 2018
  • comments
  • Novator.az
  • Posted in AktualManşetTribunaYazarlar

“Düşüncələr” silsiləsindən

Mətanət Natiq

Harada əli qabarlı, ağ saçlı adam görsəm atam düşür yadıma. Atamın saçları çox erkən yaşlarından ağarmışdı. Neçə il Keşlə maşınqayırma zavodunda briqadir-maşinist vəzifəsində işləmişdi. Atam çox zəhmətkeş insan olub. Övladlarına da zəhmətkeş olmağı, yaxşı oxumağı tövsiyə edib.

Çox nikbin, həyatsevər adam idi. Yadımdadır, bizi maşınla Bakıdan Siyəzən rayonunun dilbər guşəsinə – Qalaaltına aparardı. Çox sevinərdik. Həftədə bir dəfə isə Bakının mərkəzinə, ya da Bakı ətrafına gəzintiyə çıxarardı.

Yadımdadır, Sumqayıta aparmışdı bizi. Şəhərin girəcəyində üzünü çevirib: “Uşaqlar, bura gənclik şəhəri Sumqayıtdır” – dedi. Hələ şəhər haqqında əfsanəni də danışdı bizə. Hər şeydən məlumatlı adam idi atam. Xüsusilə Hacı Zeynalabdin Tağıyev haqqında çoxlu əhvalat bilirdi.

Oxumağı çox sevirdi. Atamın ən çox sevdiyi kitab – Süleyman Rəhimovun “Şamo” romanı bizim kitabxananın ən qiymətli, sevimli kitabıydı. Bir də qəzet oxumağı çox sevərdi. O dövrün məşhur “Kommunist” qəzetinə abunə idik. Bizi hərdən cəzalandıranda çox gülməli cəzalandırardı. Deyərdi: “Sən çox şuluqluq edirsən, bura gəl, götür qəzeti oxu başdan ayağa”. Atamızın bizə verdiyi “cəza” üsulu idi bu.

Hər gün gündəliyimizi yoxlayardı. Yalan danışmamağı, heyvanları incitməməyi tövsiyə edirdi. Yadımdadır, qardaşımla mən bağda cubbulu kərtənkələlərə daş atardıq, çəyirtkələri şüşə bankaya yığardıq. Atam bunu gördü, dedi ki, belə etmək olmaz, onlar da sizin kimi canlıdırlar. O sözlərdən sonra utandıq, bir daha belə etmədik.

Axşamüstü bağ yolunda oturub atamızın işdən gəlməsini səbirsizliklə gözləyərdik. Bağımız Ləhəc bağlarındaydı. Yol qoşa qayanın arasından çəkilmişdi. Qoşa qayanın arasından atamın maşınını görən kimi qabağına qaçardıq. Daşlar, çınqıllar ayağımızı əzsə də, qaçıb özümüzü maşına çatdırardıq. Üç dəqiqəlik yolu atamla gəlməyi qənimət bilərdik. Çox xoşbəxt olardıq, nə yaxşı ki, etmişik.

Atam torpağa bağlı adam idi. Bağda əkdiyi meyvə ağacları və üzüm tənəklərinə quyudan vedrəylə su daşıyıb sulayardı. Bizə deyərdi: “Bu almalardan yeyin, bunlar dərmansızdır. Şirəsini torpaqdan alır”.

Çoxlu çinar ağacı əkmişdi. Deyirdi qoy bağımıza “çinarlı bağ” desinlər.

Kövrək adam idi atam. Qardaşım Natiq çox cavan yaşında vəfat etdi. Atamın dostu var idi – Mirsəlim. Tez-tez bizə gəlirdi. Ona dediyi sözlər indi də qulağımda səslənir: ”Ən böyük yük oğul tabutunun altına girməkdir”. Çox dərd çəkirdi, amma bildirməməyə çalışırdı. Deyirdi ki, olduyla öldüyə çarə yoxdur.

Biz onu çox sevirdik. Axşam evə gəlməyincə yemək yeməzdik, onu gözləyərdik. Anam həmişə deyərdi ki, qoyun atanız gəlsin, bir yerdə yeyək.

Deyirəm nə yaxşı ki, nə yaxşı ki, belə etmişik. İndi həmin günlər üçün darıxıram. Sevinirəm ki, mənim atam qayğıkeş və gözəl insan olub.

Müəllifin başqa yazıları:

Ümidlə yolçuluq

Səssizlik

Vətənim

Atılmış

Göz yaşı və biganəlik

Örnək adamlar

Darıxıram, ana

Balaca vətənpərvər, cənnət bağçası və ağlayan ağaclar

İnsanı yoran nədir?

Nurlu insan

Rusiyada jurnalistə inanırlarmı?

  • 22 Oktyabr 2018
  • comments

General oğlunun itirdiyi postu qadın tutdu

  • 22 Oktyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ədəbiyyat
  • Nəsr
  • Təhsil
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda