• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nurlu insan

  • 05 Oktyabr 2018
  • comments
  • Novator.az
  • Posted in AktualManşetTribunaYazarlar

“Düşüncələr” silsiləsindən

Mətanət Natiq

Nurlu insan
(Bütün müəllimlərə həsr edirəm)

Bunu yazmağı özümə borc bilirəm. Ən şərəfli peşə sahibləri müəllimlərimizdir məncə. Onların bizim həyatımızda rolu çox böyükdür. Bütün sahələrdə çalışan insanları müəllim yetişdirir. Onlar bir insan kimi də qayğımıza qalırlar. Üzümüzün ifadəsindən belə bilirlər halımızı. Onların nurlu simaları gözümün önündən heç vaxt getməz. Həyatımızda nə uğur, nə nailiyyət varsa, valideynlərimizdən sonra bu nurlu simaya borcluyuq. Bizim qazandığımız uğurlara valideynlərimizlə yanaşı onlar da şərikdirlər.

Peyğəmbərimiz elmli adamlara həmişə böyük rəğbət bəsləyib. Bir elmli adam başqasına bildiyini öyrədirsə, çox savab iş görür, – deyib.

Gəlin onları heç vaxt unutmayaq. Günəş kimi həyatımızı işıqlandıran biliyə görə müəllimlərə, bu gözəl insanlara həmişə var olun deyək!

 

Birinci axırıncı

Hələ orta məktəbdə oxuyanda boyum balaca olduğu üçün məni ön sırada, yəni birinci sırada saxlayırdılar. O vaxtdan istəmişəm ki, həmişə hər işdə öndə olum. Amma həyatda heç də hər vaxt bizim istədiyimiz olmur. Birinci olduğun halda axırıncı olursan. Buna bəzi situasiyalar yol açır.

Birdən həyatda elə hadisə baş verir ki, yanırsan, elə yanırsan ki, yandığını heç kim görmür. Eləcə yanıb içində qalırsan. Ancaq Allah görür bunu. Deyirəm ki, hər şey qoy axırıncı olmasın, axarınca olsun! Yəni su kimi hər şey axıb getsin!

 

Gecikmiş məktublar

Çox məktub var: sevgi məktubu, dosta məktub, bir də var vicdanını təmizləmək üçün yazılmış məktub, həm də gecikmiş məktub. Məktublar insanı əzablardan qurtarır, bir az da sakitləşdirir. Hər kəsin bir sirri var. Sirləri ancaq məktublara açmaq olur. Bu, insanı yüngülləşdirir. Demək, etirafı birinci məktublara edirik, sonra ünvanına yollayırıq.

Gecikmiş məktublarsa insanı çox üzür. Vicdanı təmizləmək üçün yazılmış məktublar ünvanına çatmasa belə, geciksə belə təqdirəlayiqdir. Bir insanın həyatını dəyişə bilən məktublar da var. Arzu edirəm ki, bütün məktublar ünvanına çatsın.

 

İtki

Bir dəfə qızıl boyunbağımı itirdim. Elə üzüldüm ki… Təxmin edirdim harada düşüb. Allaha dua edirdim ki, tapılsın.

Boyunbağımı yenidən tapdım. Elə xoşbəxt idim ki… Amma sonra düşündüm boyunbağımı tapdım, itirdiyimiz o qədər şey var ki, həyatda. Qızıldan qiymətli zamanımız, doğmalarımız, yaxınlarımız.

Ən ağır, ən qiymətli itkilərimiz yaxınlarımızdır. Qızılı tapmaq olur. Bəs o insanları geri qaytarmaq olarmı? Hələ itirdiyimiz o zamanı demirəm. Kaş onları da bu boyunbağı kimi tapa biləydik…

 

Uzaqlıq

Bəzən insanlar bir-birindən o qədər uzaqlaşırlar ki. Baxırsan bir evdə yaşayırlar, amma bir-birilərindən çox uzaqdırlar.

Tanıdığım adamlardan bir neçəsi belə həyat tərzi keçirir. Onları bir-birindən uzaqlaşdıran səbəblər müxtəlifdir. Günah axtarmaq asandır, amma günahı ədalətlə müəyyənləşdirmək çətindir.

Müəllifin başqa yazıları:

Ümidlə yolçuluq

Səssizlik

Vətənim

Atılmış

Göz yaşı və biganəlik

Örnək adamlar

Darıxıram, ana

Balaca vətənpərvər, cənnət bağçası və ağlayan ağaclar

İnsanı yoran nədir?

Bölgələr üzrə bank hesabatları

  • 05 Oktyabr 2018
  • comments

Ovlanması qadağan edilən balıqların siyahısı açıql...

  • 05 Oktyabr 2018
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ədəbiyyat
  • Gender
  • Nəsr
  • Təhsil
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda